Şimdi yükleniyor

Kənan Novruzov: Netanyahu geri addım atır: Yaxın Şərqdə savaş bitir?

 

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzada saxlanılan bütün girovların yaxın günlərdə azad ediləcəyinə ümidlidir.

O, ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymağı hədəfləyən planının birinci mərhələsi çərçivəsində baş tutacaq danışıqlardan öncə nikbin olduğunu nümayiş etdirib.

Netanyahu bildirib ki, İsrail çox böyük bir nailiyyətin astanasındadır və bu, ABŞ-ın vasitəçiliyi ilə irəliləyən planın mühüm mərhələsidir.
Netanyahu bunları da söyləyib: “Bu hələ yekun deyil. Biz bunun üzərində ciddi şəkildə işləyirik. Ümid edirəm ki, Tanrının köməyi ilə yaxın günlərdə, bütün girovların – həm sağ, həm də həlak olmuşların, bir anda geri qaytarıldığını elan edə biləcəyik. Bu zaman İsrail Müdafiə Qüvvələri (IDF) hələ də Qəzzanın dərinliklərində yerləşəcək”.
Netanyahu əlavə edib ki, İsrailin danışıqlar qrupu Qahirəyə göndərilib və orada “girovların azad edilməsinin texniki detallarını” müəyyənləşdirəcək. Onun sözlərinə görə, həm Qüds, həm də Vaşinqton “bu danışıqların cəmi bir neçə gün davam etməsini” planlaşdırır.
O, razılaşmanın ikinci mərhələsində “HAMAS-ın silahsızlaşdırılacağını və Qəzza zolağının demilitarizasiya ediləcəyini” bildirib. Netanyahu xəbərdarlıq edib: “Bu, ya diplomatik yolla, Tramp planına uyğun şəkildə, ya da hərbi yolla – bizim tərəfimizdən həyata keçiriləcək.”

Netanyahunun açıqlamasında diqqətçəkən bir neçə məqam var. Birincisi, onun Qəzzada saxlanılan bütün girovların yaxın günlərdə azad ediləcəyinə dair dedikləridir. Əgər, doğrudan da, belədirsə, deməli, HƏMAS- dan müsbət siqnal gəlib və ABŞ proseslərin konstruktiv mühitdə inkişafına zəmanət verib.

İkincisi, İsrail baş naziri ABŞ-nin vasitəçiliyini xüsusilə qeyd edib. Görünür, Təl- Əviv Vaşinqtonun şərtləri ilə artıq razılaşmağa başlayıb. Bu, həm də ABŞ-nin Qəzza ilə bağlı sülh planına aiddir.

Üçüncüsü, məlum olduğu ki, İsrailin müharibəyə son qoyulması ilə bağlı əsas şərti girovların qaytarılması idi. Əgər bu baş versə, onda savaşın başa çatması üçün də xeyli dərəcədə ümid yaranacaq.

Netanyahunun HƏMAS- a xəbərdarlığına gəldikdə isə, fikrimcə, o bununla Vaşinqtonun hələ də Təl- Əvivin yanında olduğuna dair mesaj vermək istəyib. Hərçənd reallıq fərqlidir: ABŞ ilə İsrail arasında ziddiyyət getdikcə artır.

Düşünürəm ki, qarşıdakı dövrdə Yaxın Şərqdə “sular durula”, müharibə bitə bilər. Hərçənd bu, İsrail üçün çətin və riskli qərar olacaq.

Kənan Novruzov

Share this content:

Yorum gönder