Şimdi yükleniyor

Kənan Novruzov: ABŞ Ukraynanın “qələmini qıracaq”?

 

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyətdən narazı olduğunu bildirib.
O, bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp narazı olmasına rəğmən, münaqişənin həllinə qovuşdurulacağına əminliyini ifadə edib.
“Bu vəziyyətdən narazıyam. Orada baş verənlər məni sevindirmir. Hesab edirəm ki, bu münaqişə həll olunacaq… Əminəm ki, biz bunu həll edəcəyik”, – Tramp qeyd edib.
Məlum Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri müharibəni dayandırmağa çalışır. Bunun bir neçə səbəbi var.  Birinsisi, ABŞ müharibəni dayandırandan sonra Rusiya isə iqtisadi əlaqələri genişləndirmək istəyir. İkincisi, Tramp Ukraynaya investisiya qoymaq niyyətindədir. Üçüncüsü, Şərqi Avropadakı müharibə bitəndən sonra rəsmi Vaşinqton diqqətini Çinlə münasibətlərə və Yaxın Şərqə yönəldəcək. Dördüncüsü, Ağ Ev rəhbəri Nobel sülh mükafatına iddialıdır. O, başa düşür ki, müharibəyə son qoysa, bu mükafata layiq görülə bilər.
Ancaq vəziyyət heç də Trampın düşündüyü kimi sadə deyilmiş. Bunu o, özü də başa düşdü.
Məsələ burasındadır ki, Şərqi Avropadakı müharibənin bitməsinə mane olan iki əsas məqam var. Bunlardan birinci, Avropa və ABŞ-nin müharibə ilə bağlı fərqli siyasətidir. İkincisi isə Rusiya və Ukraynanın kompromisə getməyə hazır olmamasıdır.

Belə ki, Avropa ABŞ-dən fərqli olaraq müharibənin bitməsini istəmir. Bunun əsas səbəblərindən biri odur ki, Avropa paytaxları hələ də Rusiyanı özünə təhdi olaraq görür. Üstəlik, Avropa Ukraynaya silah satmaqla pul qazanır. Odur ki, müharibənin davam etməsinə çalışır.

Avropa Ukraynanı  silahlandırır, onu müharibəni davam etdirməyə sövq edir. Rəsmi Kiyev buna qarşı çıxsa, Avropa silah yardımını dayandırmaqla Ukraynanı şantaj edəcək. Odur ki, Ukrayna müharibəni davam etdirməklə Rusiyanın adekvat davranmasına şərait yaradır. Bu isə ABŞ-nin planlarına, məqsədlərinə uyğun deyil.

Dediyimiz kimi, indi həm də Moskva ilə Kiyevin mövqeləri bir – birindən çox uzaqdır. Rusiya maksimalist davranır və hətta tam nəzarət etmədiyi əraziləri də isətyir. Ukrayna isə güzəştə getmək barədə düşünmür. Çünki bu, Prezident Volodimir Zelenski hakimiyyətinin sonu deməkdir.
Belə bir vəziyyətdə üfüqdə sülh görünməməsi təbii ki, tam təbiidir.

Yəqin ki, müharibə hələ yaxın vaxtda batmayacaq. Bunun üçün iki tərəfdən biri geri çəkilməlidir.
Ümumiyyətlə, yəqin ki, Ukrayna tərəfdən mümkün sülh sazişinə qol çəkəcək tərəf Prezident Volodimir Zeklenski olmayacaq. Çünki mümkün sülh ərazi güzəşti deməkdir. Belə olsa xalq dövlət başçısını bağışlamayacaq. Zelenski bu riskləri anladığına görə danışıqlara o qədər də isti yanaşmır.

Böyük ehtimalla mümkün sülh sazişinə qədər ya Zelenski istefa verəcək, ya qaçacaq, ya da öldürüləcək.
Məncə, ABŞ bu barədə müvafiq qərar verə bilər.

Kənan Novruzov

Share this content:

Yorum gönder