KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriye Garayeva: Rusiyanın sülhməramlı qüvvələrinin komandanının dəyişməsi

Züriye Garayeva: Rusiyanın sülhməramlı qüvvələrinin komandanının dəyişməsi

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
296 0
zuriye

“Rusiyanın sülhməramlı qüvvələrinin komandanının qəfil dəyişməsi, əslində, təsadüfi deyil. Rusiyanın sülhün bərqərar olunması üçün üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirməməsi artıq Azərbaycan tərəfinin səbrini daşırmışdı. Rəsmi səviyyədə Moskvaya ultimatumlar göndərilməsi Rusiyanı 5 ildən tez müddətdə bölgədən çıxma təhlükəsi ilə üz üzə qoymuşdu. Rüstəm Muradovun təyin edilməsində Rusiya hər nə qədər müsəlman amilindən istifadə etməyə çalışsa da, əsl niyyətlərini din yaxınlığı belə gizlədə bilmədi”.

Üçtərəfli bəyanatın heç bir maddəsi icra olunmadı: “Halbuki bu qüvvələrin əsas missiyası elə bəyanatın icra olunmasına nəzarət etmək idi. Separatçılar nəinki Azərbaycan torpaqlarından təmizlənmədi, hətta təxribatlarına göz yumuldu. Öz mandatlarına aid olan işləri görməsələr də, mandatlarında nəzərdə tutulmayan işlərlə məşğul oldular. Ermənilərin Qarabağa köçürülməsinə hamilik etdilər. Bu məsələ BMT Qaçqınlar Komitəsinin nəzarəti altında, həm də hər iki tərəfdən olan sakinlərin yerləşdirilməsi ilə icra olunmalı idi. Muradovun ən yaddaqalan xidməti isə canfəşanlıqla erməni əsirlərin qaytarılması oldu”.

R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin edilib: “Putin bu təyinatda da müsəlman amilini işə salıb. Lakin yenə bir işə yarayacağını düşünmürəm. Ən azından Rusiya Federasiyasının “Vətənə xidmətə görə”, 3-cü və 4-cü dərəcəli “Jukov”, “Hərbi xidmətlərə görə”, “Dostluq”, “Suvorov” medalı və digər mükafatları ilə təltif edilən şəxsin Azərbaycan maraqlarını öndə tutması mümkün deyil. İkinci tərəfdən isə onlar bütün fəaliyyətlərini Rusiya rəhbərliyinin göstərişləri əsasında qururlar. Rusiya isə 200 ildir bölgədə yürütdüyü siyasətini hansısa “Avdeyev”lərin, “Muradov”ların əli ilə dəyişməz”.

Lakin bunlara baxmayaraq düşünürəm ki, artıq Kreml Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətini, iradəsini görür, Türkiyənin varlığını çox yaxşı hiss edir: “Təsadüfi deyil ki, məhz bu proseslər baş verdiyi vaxtda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə, əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim keçirildi. Bu təlimin xüsusən təxribatların öz mənbəyini aldığı Laçında keçirilməsi həm Rusiyaya, həm də öz maraqları naminə himayə etdiyi Ermənistana mesaj idi. Bu mesajı Rusiya çox gözəl anladığı üçün görüntü naminə belə olsa ritorikasında dəyişiklik edəcəyinə əminəm”.
Züriye Garayeva kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir