KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriye Garayeva: RUSİYANIN İKİBAŞLI QAFQAZ SİYASƏTİ

Züriye Garayeva: RUSİYANIN İKİBAŞLI QAFQAZ SİYASƏTİ

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
457 0
zuriye

Azərbaycanın Cənubi Qafqazda hərbi və iqtisadi cəhətdən ən güclü ölkəyə çevrilməsi və bütün beynəlxalq tranzit layihələrdə əsas söz sahibi olması ilə barışmaq istəməyən imperiya dairələri pərdəarxası siyasi manevrlərə əl atmaqdadırlar. Azərbaycanın şanlı zəfərini və işğalçı Ermənistanın isə tam kapitulyasiyasını özündə təcəssüm etdirən üçtərəfli bəyannamədən sonra bölgəyə gətirilən Rusiya sülhməramlı kontingenti öz çərçivəsindən çıxmaqdadır. Məlum xəritə insidenti, İrəvandan Qarabağa ermənilərin daşınması, bəyannamənin müddəalarına uyğun olmayan erməni yaraqlılarının ört basdır olunması, Qarabağın erməni əhalisinə Rusiya pasportlarının paylanacağı barədə şayiələr, əvvəlcədən razılaşmaya baxmayaraq Türkiyə ordusunun sülhməramlı qismində bölgəyə gəlməməsi və bu kimi digər hallar əndazəni aşma göstəriciləridir.
Bu gün isə, həmişə Rusiyanın dövlət siyasətini sərgiləyən TASS agentliyinin bildirdiyinə görə, Ermənistan müxalifəti ölkələrində Rusiyanın ikinci hərbi bazasının yaradılmasını və yeni bazanın Azərbaycanla həmsərhəd Zəngəzur(Sünik) bölgəsində yerləşdirilməsini təklif edir.
Guya Gümridə yerləşən Rusiyanın 102-ci hərbi bazası Türkiyə ilə sərhəddə yerləşdiyinə görə, qərb sərhədlərinin təhlükəsizliyini qoruyur. Əslində isə Gümridəki hərbi baza,Türkiyənin də üzv olduğu NATO blokunun Rusiyaya “gözlənilən” həmləsinin qarşısını almaq üçün oraya yerləşdirilib. Bildiyimiz kimi, Rusiya planlaşdırdığı istənilən imperialist addımı öncə məlumat kimi yayaraq, “nəbzi yoxlama” prosedurunu həyata keçirir. Bu dəfə də, Ermənistanın müxalifət partiya başçısının dilindən bu fikirin səslənməsi, heç də erməni zəkasının məhsulu deyil. Müxalifətçilər Rusiya ilə Ermənistan arasında təhlükəsizlik haqqında yeni sazişin imzalanmasını, bu sazişə ikinci hərbi bazanın Zəngəzurda yerləşdirilməsi haqqında bəndin salınmasını istəyirlər. Erməni məkrliyinin və Rusiya imperiya təxəyyülünün birgə məhsulu olduğu gün kimi aydındır.
Zənnimcə, Qarabağa yaxın Zəngəzurda bu ideyanı planlaşdırmaq, ermənilərin Qarbağ tamahının göstəricisidir. Xatırladım ki, 1995-ci ildə Ermənistanla Rusiya arasında bağlanan dövlətlərarası sazişə görə, 102-ci hərbi baza Gümridə yerləşdirilib. 2010-cu ildə isə, ikitərəfli imza ilə bu sazişə dəyişiklik edilərək, hərbi bazanın yerləşmə müddəti 2044-cü ilədək uzadılmışdır.
Hesab edirəm ki, Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında da analoji sazişin imzalanmasının vaxtı çatmışdır.
Züriye Garayeva Kafkassam

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir