KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriye Garayeva: Rusiya postsovet məkanında mövqelərini itirir

Züriye Garayeva: Rusiya postsovet məkanında mövqelərini itirir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
328 0
zuriye

Bu yaxınlarda Moldovada keçirilən seçkilərdə qərbyönümlü Maya Sandu, mövcud prezident, Rusiyanın adamı kimi tanınan İqor Dodon üzərində qələbə qazandı. Fikrimcə, Moldova başda olmaqla Qırğızıstan və Belarusda baş verən siyasi proseslər təsadüf deyil. Eləcə də Ermənistanda anti-rus meyllərinin güclənməsi Kremlin postsovet məkanında təsir gücünün azalması kimi qəbul olunmalıdır.
Hesab edirəm ki, Avroatlantik inteqrasiya tərəfdarı olan Maya Sandunun qalib gəlməsi, Belarusda Aleksandr Lukaşenkoya qarşı etirazların tədricən anti-Rusiya xarakteri alması, qonşu Gürcüstanda NATO və Avropa Birliyinə sürətli inteqrasiya tərəfdarlarının son parlament seçkilərinin Rusiyalı iş adamı İvanaşvilinin pulları hesabına alınan nəticələrini tanımayaraq, etiraz aksiyalarına start vermələri, Qırğızıstan və bütövlükdə Orta Asiyada baş verənlər Rusiyanın həyati əhəmiyyətli təsir zonası hesab etdiyi postsovet məkanında Moskvanın mövqelərinin sürətlə sarsıldığından xəbər verir. Cənubi Qafqazda mövcudluğu Rusiyadan birbaşa asılı olan Ermənistanda bu cür qərbyönümlü siyasətçilər daha populyardır.
Ümumiyyətlə, Rusiyanın postsovet məkanını əldə saxlamaq üçün istifadə etdiyi münaqişələr də əvvəlki qədər effektli deyil. Rusiyanın Moldovada məhz separatçı Dnestryanı regionunda hərbi qüvvələrini saxlaması fonunda Maya Sandunun Dodon üzərində inamlı qələbəsi bunu deməyə əsas verir. Beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya hələ ki qoşunlarını Moldovanın ərazisindən çıxarmaq niyyətində deyil. Şanlı Azərbaycan ordusunun Qarabağı mənfur Ermənistan hərbi qüvvələrindən tam təmizlədiyi anda Rusiyanın regionda ani olaraq peyda olması da eyni məqsədə söykənir.
Rusiyanın Qərblə rəqabətdə qələbə qazanmaq ehtimalı yoxdur. Qərbin sayılan güclərindən olan Türkiyə ordusunun Azərbaycana göndərilməsi barədə TBMM-ə təqdim olunan qanun layihəsi söylədiklərimə sübutdur. Qanun layihəsində Azərbaycanın Qarabağ bölgəsinə 1 illik müddətə göndəriləcək Türkiyə əsgərləri, Rusiya-Türkiyə monitorinq mərkəzində yer almış olacaqlar. Qarbağda peyda olmaqla Rusiya bir tərəfdən 28 il fasilədən sonra sülhməramlı adı altında Azərbaycana gəldi. Digər tərfdən əzilən məğlub Ermənistan hərbçilərini mühasirəyə alınaraq məhv olmaqdan qurtarmaqla, ermənilərə “mənsiz heçkimsiz” mesajı verdi. Üçüncü tərəfdən qərbə mesaj verdi ki, mənsiz dünyada sülh,sabitlik olmaz, mənimlə hesablaşın, maraqlarımı nəzərə alın. Yaxın gələcəkdə baş verə biləcəkləri proqnozlaşdırmaq çətin olsa da, proseslərin gedişi Rusiyanın geri addım atacağını göstərir.
Ümumiyyətlə proses ona doğru gedir ki,Türkiyə bölgədə öz varlığını sürdürəcək.Türk xətti deyilən Naxçıvan dəhlizi açılacaq. Bunun üçün yeni avtomobil və dəmir yolları çəkiləcək.Türkiyənin həm Turan ölkəsi kimi,həm NATO ölkəsi kimi, həm də regionun söz sahibi olan müsəlman ölkəsi kimi ökəmizə yerləşməsi,
1)qüvvələr nisbətini tarazlayacaq
2)Azərbaycanın ərazi bütövlüyü qarantiya altına alınmış olacaq
3)Azərbaycanın suveren hüquqları Xankəndi daxil olmaqla bütün Qarabağa şamil olunacaq
4)Monitorinq mərkəzindən Laçın dəhlizi ilə hər iki istiqamətə kimlərin getdiyinə və nələrin daşındığına Türkiyə vasitəsi ilə nəzarət olunacaq.
5)Naxçıvan dəhlizi Türk dünyasına, onun tərkib hissəsi olan Azərbaycana əlavə iqtisadi, geosiyasi, strateji, maddi və mənəvi dividentlər gətirəcək.
Züriye Garayeva Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir