KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriye Garayeva: Laçın mahnısının siyasi mesajı nə idi?

Züriye Garayeva: Laçın mahnısının siyasi mesajı nə idi?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
286 0
zuriye

Vətən müharibəsi başlayandan, işğal altındakı Qarabağ azad olunanadək İranda narahatlıq hiss olunurdu. Tehran prosesin tez zamanda nəticələnəcəyini gözləmirdi. Buna görə də İran Qarabağla bağlı tələsik mövqeyini ortaya qoydu və Ayətullah Xamenei “İşğal altındakı torpaqlar boşaldılmalıdır” açıqlamasını verdi. Bu zamana qədər məsələyə həm cəmiyyət, həm də siyasi cəhətdən ikitərəfli yanaşılırdı. Bəzi fars millətçiləri İranın bitərəf qalmasını və Ermənistana dəstək verilməsinin vacibliyini vurğulayırdı. Müharibənin Azərbaycanın lehinə nəticələnməsi və qardaş Türkiyənin ölkəmizə böyük mənəvi dəstəyi qalmaqala səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev də bunun fərqindəydi.
Bakıdakı Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın o şeiri (Laçın mahnısının lirikası) oxumasına İran sərt reaksiya verdi. Çünki, İranda artan türk millətçiliyi mövcuddur. İran rəsmiləri də bundan narahat oldu.
Əslində bu şeir o demək idi ki, bizi sizdən Araz çayını sərhəd etməklə zülmlə ayırsalar da, sizlər bizim qəlbimizdəsiniz. Bu çıxışla Prezident Ərdoğan İrana qarşı heç də ərazi iddiası irəli sürməyib, əksinə, İrana altıtərəfli formatda əməkdaşlıq təklif edib. İrandan dəfələrlə kiçik Gürcüstanda Azərbaycanla sərhəddə 700 minə qədər türk kompakt yaşayır. Amma Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmış, ölkələrimiz arasında çox yaxşı dostluq münasibətləri mövcuddur. Onlar bizim soydaşlarımızın milli hüquqlarına,mədəniyyətlərinə və ənənələrinə hörmət edib, onlara qarşı hər hansı repressiya siyasəti aparmayacaqlarsa, deməli, bu dostluq siyasəti davam edəcək. Ona görə İran rəsmilərinin Ərdoğana olan hücumları qətiyyətlə pislənilməlidir, çünki narahat olmalarına heç bir əsas yox idi. Onu da nəzərə almalıdırlar ki, xalqımız Ərdoğanı, Çavuşoğlunu, Hulusu Akarı öz milli qəhrəmanları kimi qəbul edir. Ərdoğana qarşı hücumlar həm də Azərbaycanla münasibətlərə mənfi təsir göstərir.
İran rəsmiləri Türkiyə prezidentinə qarşı tənqidi fikirlər söyləyərkən onun ağır vaxtlarında Türkiyənin beynəlxalq təzyiqləri qarşısına alaraq, İran dövləti və xalqının yanında duraraq ona göstərdiyi dəstəyi unutmamlı idi. Bölgənin sülh, sabitlik və təhlükəsizliyinin ölkələr üzərinə məsuliyyət qoyduğu bir vaxtda ikitərəfli münasibətlərə kölgə sala biləcək belə münasibət və danışıqlardan çəkinmək lazım idi.
İran bu xəyali əhval-ruhiyyədən qurtulsa, düşmənçilik deyil, müsbət gündəm yaratsa, yoxsulluq və xəstəliklərin tüğyan etdiyi, Yaxın şərq ölkələrinin daxili işlərinə qarışdığına görə embarqolar məngənəsində sıxıldığı,nüvə silahı eyforiyasından xalqının beynəkxalq izolyasiya olduğu,mütərəqqi müasir texnologiyaların tətbiq ediləcəyi sənaye sahələrindən və bütün beynəlxalq kommunikasiya əlaqələrindən kənar qaldığı bir durumda zillət çəkən İran xalqını rifahlı yaşama yetirmiş olarlar.
Züriye Garayeva Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir