KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriye Garayeva: Fransa Senatının qətnaməsi sadəcə region güclərinə qarşı gövdə göstərişidir.

Züriye Garayeva: Fransa Senatının qətnaməsi sadəcə region güclərinə qarşı gövdə göstərişidir.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
287 0
zuriye

Son dövrlər istər Dağlıq Qarabağ münaqişəsi, istərsə də Türkiyə ilə bağlı Makronun qeyri-adekvat bəyanatları heç də təəccüblü deyil. Çünki, Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Makron ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, əvvəlcədən münaqişənin əsas səbəbkarının yanında yer alıb. İndi isə Fransa senatı ölkə hökümətini Dağlıq Qarabağ Respublikasını tanımağa çağıran qətnamə qəbul edib. Səsverməyə qatılan 306 senatordan 305-i qərarın qəbul edilməsinə səs verib. Fransa cəmiyyətində açıq aşkar Ermənipərəst ab-hava var. Fransanın niyə belə təşəbbüslə çıxış etməsi anlaşılandır. Əvvəla, Fransa Türkiyə düşmənidir. Bunun səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemoniya qurmaq istəyi və bu marağının İngiltərə, ABŞ-ın yanı sıra, həm də Türkiyə ilə toqquşmasıdır. Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Şarl De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı ərəb ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Makronun siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Ərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görürük. Fransa indi həm də Rusiyaya yanıqlıdır. Bu münasibətlərin indiki durumunun təməli həm də Makronun 2019-cu ildə Putinə ”bölgəni birlikdə dizayn edək” təklifi olmuşdur. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada oyundan kənara atdı, Liviya da istədiyini vermədi, İraqda heç cürə varlığı yoxdur, Tunisdə çevriliş planı boşa çıxdı. Bu qərarla həm də Rusiyaya Fransanı sülh prosesindən kənar qoyduğuna görə mesaj verir. Fransada güclü erməni lobbisinin olması da burada önəmli faktordur. Nəzərə alsaq ki, senatorların güclü maliyyə qaynaqlarından biri də erməni lobbisidir.
Makron əslində Fransa xalqına deyil, həm də qlobal kapitalizmə xidmət edir. 7 may 2017-ci il seçkilərində, Makronun qlobal kapitalizmin dəstəyi ilə prezident seçildiyini hamı bilir. Dolayısı ilə, Makronun bu həmlələri bir yandan qlobal kapitalistlərə borcunu ödəmək məqsədi daşıyır. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu. Lakin Fransanın atdığı bu addım da beynəlxalq nüfuzu olan bu ölkənin imicinə böyük zərbədir. Çünki, əvvəla bu qərar beynəlxalq hüquqa ziddir. Qarabağ Azərbaycanın suveren ərazisidir və ərazi bütövlüyü beynəlxalq çərçivədə tanınır. İkinci tərəfdən, ATƏT-in Minsk qrupunun üzvüdür , üstəlik həmsədr dövlətdir. Neytral mövqe sərgiləyəcəyi halda, açıq-aşkar tərəf bildirməsi olduqca qərəzli mövqe olmaqla, həm də qaydalara ziddir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Bu qərarı qəbul etməklə TŞ-nın qətnamələrinin prinsiplərinə qarşı çıxmış olur. Başqa tərəfdən isə, Fransada bu məsələyə presedent sayıla biləcək problemlər var. Həmçinin, Azərbaycan Fransanın ortaq enerji və digər iqtisadi maraqlarının olduğu bölgədir. Bütün bunlar Fransa hökumətinin Senatın qərarını təsdiq etmə ehtimalını azaltsa da, bu dövlətin regiondakı güclərə gövdə göstərişini ortaya qoyur və onun işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevrildiyini bir daha sübut edir.

Züriye Garayeva Kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir