«Ծառուկյան» դաշինքից խորհրդարան անցած 30 թեկնածուների ցանկը. ովքե՞ր են նրանք

Petrol fiyatlarındaki düşüş Ukrayna ekonomisini nasıl etkiler?

“Black Mirror”dan, Popülizme

Azərbaycan hansı yolun başlanğıcındadır?

Züriye Garayeva: EPARATİZMSONRAKI DÖVR

Gündem 29 Kasım 2020
73

Alınan xəbərlərə görə Ukrayna ordusu ilə Donetsk separatçıları arasında hazırda mövqe döyüşləri gedir. Amma indiki vəziyyətdə əməliyyatların nə dərəcədə inkişaf edəcəyi haqda bir şey demək çətindir. Çünki irimiqyaslı əməliyyatlar aparılmır. Sadəcə söyləmək olar ki, Ukrayna tərəfi hazırkı mərhələdə, təşəbbüsü ələ keçirərək üstünlüyə nail olmaq niyyətindədir.
Son zamanlar Ukrayna ordusunun Donetsk separatçılarına qarşı hərbi əməliyyatlara başlaması haqda yayılan xəbərlər, tam həqiqəti əks etdirmir. Çünki, söhbət irimiqyaslı hərbi əməliyyatlardan deyil, ara-sıra baş tutan mövqe döyüşlərindən gedir.
Müşahidələrimiz və aparılan geosiyasi analizlər söyləməyə əsas verir ki, MDB ölkələri separatizmsonrakı yeni bir hərbi-siyasi dövrə girmək niyyətindədirlər:
Azərbaycanın özünün işğalda olan 20% torpaqlarını 27 ildən sonra hərbi yolla geri alması digər MDB ölkələri üçün də nümunə effekti yaratmaqdadır. Bu ölkələr Azərbaycan ordusunun xalqdan aldığı dəstəyin, vətənpərvər milli birliyin zəfər gətirdiyinin şahidi oldular. Diqqət etsək, Moldovanın yeni seçilən xanım Prezidenti Maya Sandu hakimiyyətə gələr-gəlməz ilk növbədə Dnesteryanı bölgə məsələsini qabartdı. Ölkəsindəki rus sülhməramlılarının mandatına yenidən baxılması fikrini irəli sürdü. Gürcüstanda da bənzər şəkildə Cənubi Osetiya və Abxaziya məsələlərində aktivlik müşahidə olunur. Ukraynanın son aylarda Donetsk sərhədinə qoşunları cəmləməsi, Türkiyə ilə hərbi müqavilələr imzalaması ondan xəbər verir ki, MDB məkanında separatizm hərəkatlarına qarşı yeni bir mübarizə başlaya bilər. Burada hərbi və ya siyasi strategiyanın hansının seçiləcəyi müəyyən deyil.
Lakin bunun nə dərəcədə reallaşacağı haqda bir şey demək çətindir. Çünki, nə Abxaziya və Cənubi Osetiya, nə Donetsk, nə də Dnesteryanı münaqişəsi Qarabağ münaqişəsi ilə eyni deyildir. Bu münaqişələrdə situasiyalar fərqlidir. Buralarda Rusiyanın dominantlığı var. Hər halda hazırda Ukraynanın, ya da Moldovanın Rusiyanı qarşısına alacağı real deyil. Gürcüstan isə Rusiya ilə qarşılaşmanın acı nəticələrini 2008-ci ildə gördü.
Düşünürəm ki, Ukrayna ordusunda Türkiyə istehsalı olan “Bayraqdar”ların olması rəsmi Ankaranın Kiyevə dəstək verdiyini göstərmir. Hazırda Ukraynanın separatçılara qarşı Türkiyə istehsalı “Bayraqdar” PUA-larından istifadə etməyə hazırlaşması haqda xəbərlər yayılıb. Hesab edirəm ki, Türkiyənin Ukraynaya dəstəyi, həm də Rusiyaya təzyiq vasitəsi kimi anlaşıla bilər. Lakin bu gün rəsmi Moskva da Ankaradan “Bayraqdar” almaq istəsə, Türkiyə ona da sata bilər. Digər tərəfdən, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında qarşılıqlı hərbi müqavilə imzalanıb. Bu mənada təəccüblü bir şey yoxdur. Bir sözlə, mövcud reallıqlar şərtləri diqtə edəcək. Qarabağda olduğu kimi.
Züriye Garayeva Kafkassam Bakü

Etiketler:
Yorumlar