KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriye Garayeva: Əməkdaşlıq platformaları regiona nə vəd edir?

Züriye Garayeva: Əməkdaşlıq platformaları regiona nə vəd edir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
350 0
zuriye

Son bir neçə ay ərzində regional əməkdaşlıq prizmasından irəli gələrək bir sıra ölkələr müxtəlif formatlı əməkdaşlıq təklif edirlər. Belə bir əməkdaşlıq formatı da bir neçə gün əvvəl Bakıda Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürüldü. Düzdür, Ərdoğanın bu təşəbbüsü sırf region ölkələri arasında qarşılıqlı-faydalı əməkdaşlığa hesablansa da, lakin bunu tamamilə başqa istiqamətə yozanlar da oldu. Ümumiyyətlə, bu kimi təşəbbüslər, irəli sürülən ideyalar dünyada nə dərəcədə əməkdaşlıq imkanlarını artırır?

Siyasi şərhçi Züriyyə Qarayeva hesab edir ki, bəzi ölkələr postsovet coğrafiyasında beynəlxalq problemlərin həllinə yönəlmiş müxtəlif çoxtərəfli platformalar yaratmağı təklif edirlər. Onun sözlərinə görə, bu platformalardan bəziləri Moskvaya təzyiq göstərmək üçün bölgədə sabitliyi pozmaq məqsədi daşıyır: “Platformaların qalan hissəsi keçmiş sovet coğrafiyasından istifadə etmək və xarici qüvvələrin bölgəyə daxil olmasının qarşısını almaq məqsədi daşıyır. ABŞ-ın yeni seçilmiş prezidenti Baydenin “Rusiyaya çoxtərəfli yanaşma” ilə bağlı açıqlamaları, Moskvaya müxalif olan Moldova, Gürcüstan və Ukrayna hökumətlərini təşviq etdi. Sözügedən ölkələr açıq şəkildə Rusiya tərəfindən işğal olunmuş ərazilərinin (Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım və Donbas) işğaldan azad edilməsinə yönəlmiş platformaların yaradılmasını dəstəkləyir. Kişinyov, Tiflis və Kiyev ABŞ və Avropanın regional işlərdə daha fəal iştirak edəcəyinə ümid edir. Qeyd etdiyimiz platformalardan başqa, R.T. Ərdoğan Bakıdakı Zəfər paradında Cənubi Qafqaz üçün çoxtərəfli bir platformanın yaradılmasını təklif etdi. Sözügedən platforma Moldova, Gürcüstan və Ukraynanın hazırladığı platformadan fərqlidir. Buraya yalnız daxili qüvvələr cəlb olunacaq. “Burada xarici güclərə yer yoxdur” yanaşması Ərdoğan diplomatiyasının stereotipinə çevrildi”. Züriyyə Qarayeva deyir ki, yalnız daxili qüvvələr üçün açıq olan platforma həqiqətən region ölkələrinə sabitlik və inkişaf gətirə bilər: “Çünki yerli qüvvələr, Rusiya, Türkiyə və İranın sabitləşməmiş bölgələri (bütün bu ölkələr ABŞ-la münasibətlərdə problemlidir) həmin bölgələri sabitləşdirmək istəyirlər. Ancaq Ankarada Türkiyənin bölgəni sabitləşdirməklə yanaşı bölgədəki artan təsirinin platforma olaraq qalması gözlənilir. Beləliklə, Türkiyənin güclənməsini Moskva və Tehran nə dərəcədə istəyirlər? “Türkiyə qapısı” dəhlizinin reallaşması planlaşdırılan platforma, bütün türkdilli coğrafiyaların birbaşa kommunikasiya ilə birləşməsi olacaq. Pan-Türkçülük isə İran tərəfindən milli təhlükəsizliyinə təhdid kimi qəbul edilir. Bununla birlikdə, Rusiya və İran, Türkiyənin Cənubi Qafqaz addımlarının sabitləşməsindən, ABŞ və AB-dən çox narahatdırlar. Bu çərçivədə, ehtimal ki, hər iki ölkə Türkiyəyə müsbət cavab verəcəklər. Türkiyənin təklif etdiyi platformaya iki əngəl var. Ermənistan və Gürcüstan. Bu iki kiçik ölkənin iştirakı olmadan Türkiyə və Rusiyanı iqtisadi inkişaf etdirəcək regional platformaların yaradılmasında çətinlik yaranar”.

Siyasi şərhçi deyir ki, platformada Ermənistanın iştirakı Qarabağdakı dəyişən status-kvonu qəbul etmək deməkdir: “Ermənistanda qarşıdakı 5 ildə, Rusiya ordusu bölgədəykən, Qarabağı yenidən işğal etmək istiqamətində çabalar göstərə bilər. Çox güman ki, Azərbaycan Xankəndi və Dağlıq Qarabağın digər şəhərlərini öz nəzarətinə keçirmək üçün Rusiya sülhməramlılarının geri çəkilməsini tələb edəcək. Buna görə də Ermənistan sözügedən platformaya imza atmaya bilər”.

Siyasi şərhçi hesab edir ki, Gürcüstanla bağlı vəziyyət daha da mürəkkəbdir: “Rusiya Gürcüstanın bir hissəsini işğal etdiyinə görə, Türkiyə isə iqtisadi cəhətdən burada dominant olduğu halda, Azərbaycan Türkiyənin qardaşıdır, Ermənistan tərəfindən Gürcüstandan Cavaxetiyaya haqq tələb edir, İran isə ABŞ-ın dəstəklədiyi Gürcüstana qarşıdır. Gürcüstan məhz buna görə platformada xarici qüvvələrin onu qorumasının tərəfdarıdır. Gürcüstan elitaları, Gürcüstanı, Rusiya, Türkiyə və İrana qarşı təzyiq mexanizmi olaraq ABŞ-a xidmətlər göstərməyə davam edəcəklər. Tramp Gürcüstanla çox maraqlanmırdı. Baydenin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişə bilər. Gürcüstan olmadan, Ərdoğanın təklif etdiyi platformanın təsirli olacağı da gözlənilmir. Gürcülər platformanı öz milli təhlükəsizliyinə təhdid kimi qəbul edəcəklər. Bu vəziyyət, Rusiyanın Şimali Qafqaz bölgəsinə yaxın bir yerdə ABŞ hərbi bazasının yaradılmasına səbəb ola bilər. Türkiyə prezidenti Ərdoğanın çox düşündürücü olan altılı platforma təklifi, regionun mənəvi, iqtisadi və geosiyasi önəmini xeyli artıra bilər”.

Süleyman

Olaylar.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir