KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Züriyə Garayeva: Ermənistanda seçkilər

Züriyə Garayeva: Ermənistanda seçkilər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
299 0
zuriye

Ermənistanda siyasi xaos və inqilab qorxusu rəhbərliyi növbədənkənar seçkilər təyin etməyə vadar etdi. Bu seçkilər yaxınlaşdıqca ona təsir mexanizmləri də çoxalır.
1.Qərb ölkələri seçkilərin nəticələrini öz maraqlarına uyğun görmək istəyir. Onlar Rusiyanı Qafqazdan dinc yolla sıxışdırıb çıxarmaq üçün Paşinyanın hakimiyyətdə qalmasına çalışırlar.
2.Rusiya isə özünün Qarabağda və Ermənistanda qalmasının dayanıqlı olmasını Köçəryan blokunun hakimiyyəti ələ keçirməsində görür.
3.Qarabağ klanı hakimiyyətə gəlməyin yolunu revanşist şüarlarda, onlara düşmən mövqedə belə olan qüvvələrlə alyansa girib Paşinyana qarşı qarayaxma kampaniyasında və ən nəhayət, kresloya dinc yolla sahiblənmədikdə güc yolu ilə hakimiyyəti devirməkdə görürlər.
Ermənistan cəmiyyəti mənəvi cəhətdən deqradasiyaya uğrayıb, artıq kimə ümid bəsləmək lazım olduğuna qərar verə bilmir. Hətta bunun nəticəsidir ki, “Qallap”ın sorğusunun təhlilinə görə, əhalinin 50 faizi absenteizmə meyillidir. Elə seçkilərdə mübarizə aparan qrupların da əsas hədəfi siyasi mövqeyini müəyyənləşdirə bilməyən kəsimi öz elektoratlarına çevirməkdir.
Son 30 ildə düçar olduqları siyasi eyforiya və inandıqları dənizdən dənizə Ermənistan xülyası bu dövlətin faktiki olaraq sonunu gətirdi. Bu uçurumdan qurtulmaq üçün mübarizə aparan bloklar fərqli yanaşmalar irəli sürür. Ter Petrosyan xalqı artıq bu xülyalara qapılmamağa çağırır. Xarici havadarlarının əlində marionetka olan Koçaryan və Paşinyanla müqayisədə Petrosyan nisbətən rasional insandır. Hərçənd ki, I Qarabağ müharibəsi onun prezidentliyi dövründə olub və o, yalnız hakimiyyətinin son ilində işğalçılığın Ermənistanı çıxılmaz yola sürüklədiyini anlayıb. Fəqət düşmən ölkənin revanşist qrupları ona mərhələli həll planını icra etməyə imkan vermədilər. Bugünkü erməni cəmiyyətində isə təxribatçı qruplar istisna olmaqla, çoxluq Qarabağ və antitürk ideologiyalarından uzaqdır.
Paşinyan hər nə qədər seçkiqabağı əhvala uyğun cəmiyyətin bütün kəsimlərini razı sala biləcək bəyanatlar səsləndirsə də, əslində ölkənin Qarabağ bəlasından qurtulmağının, regionda inteqrasiya prosesinin başladılmasının və Rusiya kimi ölkəni faktiki işğal edib blokada vəziyyətində qalmasına şərait yaradan dövlətdənsə, Türkiyə və Azərbaycanla əməkdaşlığın onlara daha çox dividient qazandıracağına inanır. Hətta son dövrlər ard-arda istefaların olması, xüsusən Azərbaycana münasibətdə radikal siyasət yürüdən şəxslərin tutduqları vəzifədən uzaqlaşmaları faktının özü də göstərir ki, seçkilərdən sonra qalib gəlmə ehtimalı daha yüksək olan Paşinyanın özxoşuna regionda əməkdaşlıq naminə layihələrin icrasına imza atacağı proqnoz edilə bilər. Əlbəttə ki, nə qədər “Sorosun uşağı” kimi tanınsa da, Paşinyanın Rusiya kimi supergüc dövlətdən tamamilə qopması mümkünsüzdü. Siyasətini hər nə qədər Qərbin maraqlarına uzlaşdırsa da, Nikolun iki masada əyləşməsi hələ uzun müddət davam edəcək. Bu günlərdə bir rus jurnalistin Ermənistan respublikası baş nazirinin səlahiyyətlərini icra edən Nikaol Paşunyana ünvanladığı–“Seçkiləri qazansanız, yönünüz Qərbə tərəf olacaq,yoxsa Rusiyaya?”-sualına Paşinyan, Rusiyanın bütün sahələrdə, xüsusən iqtisadiyyat və təhlükəsizlikdə Ermənistanın strateji tərəfdaşı olduğunu və Avropa Birliyi ilə Ermənistanın hərtərəfli və genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzaladığını, bu səbəbdən də ölkənin bütün tərəflərlə əlaqələrini inkişaf etdirməyə davam edəcəyini bildirdi. Hətta maraqlısı odur ki, Paşinyan Rusiyadan çox ABŞ-ı qarşısına aldı. ABŞ İrəvandan İrana sanksiya tətbiq etməyi istəsə də, Paşinyan bildirdi ki, Ermənistanla İran arasında ticarət və yaxşı münasibətlər davam edəcək.
Koçaryan tək çarənin Rusiyada olduğunu, siyasi rəhbərlik qərbyönümlü olduğu üçün ölkənin böhrana sürükləndiyini iddia edir. Paradoksal olaraq isə Paşinyanı xaricdən dəstək almaqda ittiham edir. Özünü və ölkəsini Rusiyanın vassalı kimi görən insanın bu ritorikası nəyə xidmət edir? Rəsmi Moskva isə onun loyallığını mümkün imkanlarla mükafatlandırmağa çalışır. Rusiya xüsusi xidmət orqanları və hətta məmurları seçkiqabağı marafonda canfəşanlıq göstərirlər. Onlar guya Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərən qondarma sorğunun nəticələrini tirajlamaqla demokratik düşərgədə ruh düşgünlüyü yaratmağa xidmət edirlər. İqtisadi tənəzzül bataqlığında olan ermənilərə ərzaq, maliyyə, enerji daşıyıcıları, tələbat malları və hətta texnika yardımları daşımaqla isə ruslar, seçiciləri ələ almağa xidmət edirlər.
Seçkilərdə çox sayda partiyasız namizədlər də iştirak edəcək ki, bu fakt özü xarici qüvvələrin parlamentdə istədikləri fraksiyanın üstünlük qazanmasına təsir imkanlarını gücləndirir. Bu baxımdan proqnoz etmək olar ki, təkbaşına olmasa da Paşinyan hakim fraksiyanın tərkibində yer alacaq. İstənilən halda Ermənistanda hakimiyyət böhranı seçkilərdən sonra da davam edəcək.
Züriyə Garayeva

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir