KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriyə Qarayeva: Rəngli inqilablar” dövrü qayıdır – Putin və Lukaşenkonun xəbərdarlığı…

Züriyə Qarayeva: Rəngli inqilablar” dövrü qayıdır – Putin və Lukaşenkonun xəbərdarlığı…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
459 0
zuriye

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Gürcüstanda “qızılgül”, Ukraynada “narıncı” inqilablar “rəngli inqilab” adı ilə tarixə düşdü və coğrafiyasını genişləndirdi: ““Rəngli inqilab”ların nəzəri kontekstini Qərbin maliyyə, ideya dəstəyi ilə avtoritar rejimlərdən qurtulmaq və demokratiya yolu tutmaq təşkil edir. Bu baxımdan o həm də müvafiq regionda Rusiya təsirindən çıxıb, demokratiya yolu tutmaq kimi də dəyərləndirilir.Ona görə də Putin və Lukaşenkonun KTMT iclasında “rəngli inqilab”ların zərərindən danışması başadüşüləndir. Son dövrün proseslərinə baxsaq, Avroatlantik inteqrasiya tərəfdarı olan Maya Sandunun qalib gəlməsi, Belarusda Aleksandr Lukaşenkoya qarşı etirazların tədricən anti-Rusiya xarakteri alması, qonşu Gürcüstanda NATO və Avropa Birliyinə sürətli inteqrasiya tərəfdarlarının son parlament seçkilərinin rusiyalı iş adamı İvanaşvilinin pulları hesabına alınan nəticələrini tanımayaraq, etiraz aksiyalarına start vermələri, Qırğızıstan və bütövlükdə Orta Asiyada baş verənlər Rusiyanın həyati əhəmiyyətli təsir zonası hesab etdiyi postsovet məkanında Moskvanın mövqelərinin sürətlə sarsıldığından xəbər verir”.Politoloqun fikrincə, Cənubi Qafqazda mövcudluğu Rusiyadan birbaşa asılı olan Ermənistanda bu cür qərbyönümlü siyasətçilər daha populyardır: “Digər tərəfdən, “rəngli inqilab” xofunun ortaya çıxması həm də Co Baydenin hakimiyyətə gəlməsi və Demokratlar Partiyasının hakimiyyətdə olduğu dönəmlərdə ABŞ-ın xarici siyasətində demokratikləşmə meyllərinin prioritet məsələlərdən biri olmasıdır. Çünki Tramp prezidentliyi dövründə inqilablara qətiyyən dəstək vermədi və səbəbini “Amerika dünya polisi deyil” fikri ilə əsaslandırdı. Bu minvalla, Co Baydenin Rusiyanın regionda təsirini azaltmaq üçün əlindən gələni edəcəyi gün kimi aydındır. Elə Belarusdakı inqilabın müxalifətin qələbəsi ilə yekunlaşması da Baydenin əsas istəklərindəndir”.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir