KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir

Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
708 0

Saakaşvili həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlılar arxasına öz istəyiylə gəlməzdi”

“Avropanın 72 siyasi xadimi Mixeil Saakaşvili üçün bəyanat imzalayıb. İmza müəllifləri içərisində Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var”.

Bu barədə siyasi şərhçi Züriyə Qarayeva deyib. Analitik bildirib ki, siyasətçilər bəyanatda Gürcüstandakı böhranın bitməsi üçün Saakaşvilinin azad olunması gərəkdiyini bildiriblər: “Görünür, Qərb dairələri Gürcüstanda hökm sürən ikihakimiyyətlilikdən narahatdır. Rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışırlar.

Saakaşvilinin ölkəsinə dönüşü də təsadüfi vaxtda deyildi. Bələdiyyə seçkilərində “Gürcü arzusu” Partiyasının seçkilərdə qazanacağı səslərin aşağı düşməsinə hədəflənmişdi ki, bu da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Gürcüstanda səfəri zamanı hakimiyyət və müxalifət arasında imzalanmış “Mişel planı”na uyğun həyata keçirilirdi. Ötən il keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” qazansa da, müxalifət nəticəni tanımadı və küçə etirazlarına başladı. Qarşıdurma genişlənəndə Avropa İttifaqı rəsmisi Mişel dövriyyəyə girdi və problemin həlli üçün təklif irəli sürdü. “Gürcü arzusu” növbəti bələdiyyə seçkilərində 42 faiz səs toplamasaydı, növbədənkənar parlament seçkilərini keçirmək öhdəliyini götürürdü. Bu mənzərə fonunda demək olar ki, Mişanın həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb”.

Z.Qarayevanın sözlərinə görə, bələdiyyə seçkilərində yenidən seçilməklə “Gürcü arzusu” Partiyası Rusiyanın Gürcüstanda hələ də dayaqlarının olduğunu göstərdi:

“Ancaq hər halda Saakaşvili həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlılar arxasına öz istəyiylə gəlməzdi. Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austinin “3+3” formatına istinad edərək “Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin” deməsi, Saakaşvilinin Gürcüstana əbəs yerə göndərilmədiyini təsdiqləyir. Bəlli olur ki, Qərb rəsmi Tiflisin gizli də olsa rusmeyilli siyasətindən narahatdır”.

İsmayıl Qocayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir