KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriyə Garayeva; Türkiyənin iqtisadi gücünün, hərbi potensialının və regiondakı çəkisinin artması

Züriyə Garayeva; Türkiyənin iqtisadi gücünün, hərbi potensialının və regiondakı çəkisinin artması

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
283 0
zuriye

Türkiyənin iqtisadi gücünün, hərbi potensialının və regiondakı çəkisinin artması, imperialist dövlətləri narahat edir. Qarşılıqlı razılaşmalar və ortaq rəqibə qarşı mübarizə Rusiya və Türkiyəni çox yaxınlaşdırsa da, bu iki dövlət arasındakı bağlar çat verməyə başladı. Çoxgedişli türk diplomatiyası və əks həmlələrə hazırlıqlı olan Ərdoğan siyasəti imperialist təxəyyüllü qüvvələrin arzularını könüllərində qoymaqdadır. Türkiyə öz varlığını və önəmini istər müttəfiqlərinə, istərsə də düşmənlərinə ortaya qoyduqca,Yaxın Şərqdə söz sahibi bir güc olduğunu sərgiləyir. Türkiyə F-35 təyyarəsi mövzusunda ABŞ ilə dialoqun artıq başladığını elan etdi.
Bu günlərdə Ankaraya Vaşinqtondan bir ismarıc gəldi. Bu, iki ölkə arasında Türkiyənin Rusiyadan S-400 lər alması səbəbindən, F-35 qırıcılarının çatdırılmasının ABŞ tərəfindən dondurulması ilə yaranan soyuqluqdan sonra dialoqun başlanğıcı ola biləcək bir məktub idi. Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir S-400-lərin hava müdafiə sistemi olduğunu söylədi.
Türkiyə tərəfi eyni zamanda heç bir ölkənin F-35 proqramından birtərəfli qaydada kənarlaşdırıla bilməyəcəyini də bildirdi.
Hesab edirəm ki, ABŞ-dan gələn son məktub da Türkiyənin günahsız olduğunu təsdiqlədi. ABŞ-la dialoq F-35 ilə bağlı problemə həll tapmağa aparacaq. Xatırladım ki, Amerika Birləşmiş Ştatları, F-35 istehsalı üçün Türkiyənin 2007-ci ilin yanvarında imzaladığı ortaq bir memorandumu ləğv edərək F-35 layihəsində qalan yeddi tərəfdaşla – İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə əməkdaşlığı davam etdirir.
Memoranduma görə, Türkiyə 100 ədəd F-35 təyyarəsi almağı öhdəsinə götürmüşdü. Həm də onlar üçün 1000-dən çox komponent istehsalında iştirak etmişdir. ABŞ-ın Türkiyəni bu layihədən kənarlaşdırmasına baxmayaraq, Türkiyə bu komponentləri istehsal etməyə davam edir.
Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan son Rusiya S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu il iyulun ortalarında başladı. Bu səbəbdən Vaşinqton, son F-35 qırıcılarının Türkiyəyə satışını təxirə salacağını və ya hətta ləğv edəcəyini, CAATSA (Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qaydaları) qanunlarına uyğun olaraq sanksiyalar tətbiq etməsi ilə hədələyərək, Türkiyədən müqavilədən imtina etməsini, bunun müqabilində Amerikan Patriot sistemlərini almasını tələb etdi. Ankara o zaman güzəştə getməkdən imtina etdi və əlavə S-400 partiyası ilə bağlı danışıqları davam etdirdi.
Zənnimcə,Türkiyə ilə sanksiya və hədələrlə danışmağın bir fayda verməyəcəyini anlayan ABŞ, NATO -dakı güclü və önəmli dövlət kimi Türkiyəni itirməmək üçün hərəkətə keçir.
Züriyə Garayeva

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir