Qüdrətli dövlətlərin tarixlərinin araşdırmaları göstərir ki, onların dayanıqlığında diplomatiyanın önəmi çox yüksəkdir. 623 illik Osmanlı imperatorluğunun diplomatiyası da çox güclülərdən sayılır.
Osmanlının sələfi olan Türkiyə Cümhuriyyətini də yerləşdiyi coğrafiya dərin diplomatiya yürütməyə məcbur etməkdədir.
Son illər Türkiyə diplomatiyası çoxgedişli və uzun müddətli geosiyasi kombinasiyaların qasırğalarına tab gətirməli olur.
Əslində son illərədək İsrail Türkiyənin önəmli tərəfdaşlarından biri idi. Bildiyimiz kimi, İsrailin Fələstinlilərə qarşı apardığı aqressiv siyasət, 9 türk sivilinin yardım aparan gəmidə İsrail dəniz hərbçiləri təfindən qətlə yetirilməsi və nəhayət, Ərdoğanın Davos iqtisadi forumunda o vaxtki baş nazir Şimon Pereslə məşhur “one minute” polemikası bu əməkdaşlığa ara verdirdi.
Dərin strategiya və zərif çoxgedişli diplomatiyaya malik prezident Ərdoğan, Türkiyənin Aralıq dənizdəki mövqelərinin qalıcı olmasına çalışır. İsrail də öz növbəsində ilkin şərtlər irəli sürmədən münasibətləri bərpa etmək niyyətini artıq ortaya qoyur. Yarım qalmış hərbi, iqtisadi, enerji daşıyıcıları və geosiyasi müqavilələr haqlı olaraq öz davamını gözləyir
“İsrael Hayom” nəşrinin məlumatına görə hər iki ölkə öz səfirini qarşı tərəfə göndərməyə hazırlaşır. Xatırladım ki, Türkiyə prezidenti 2017-ci ildə də İsraili fələstinlilərə münasibəti yumşaltmağa çağırdı.
Ancaq Ankaranın gözlədiyi dəyişiklik Təl-Əvivdən ən azından rəsmi səviyyədə görünmədi. Eyni zamanda iki ölkənin gizli xidmətləri arasında gizli danışıqların aparıldığı barədə məlumatlar yayılmağa başlayıb. Bu ilin əvvəlində Türkiyə Fələstinin təşkilatı Həmasın emissarlarına vətəndaşlıq verməkdən imtina etmişdi.Türkiyə elitasının
İsrail ilə Aralıq dənizinin şərqindəki təbii qaz yatağının birgə istifadəsi barədə razılaşma bağlanması təklifləri də maraqlıdır.Diqqət etsək, Türkiyə diplomatiyasının gücünün göstəricisi olaraq, Ankaranın İsrail ilə bağlı fikirlərindəki dəyişikliklərin səbəbləri barədə heç bir məlumat verilmir, baxmayaraq ki, onların müəyyən bir əsasları olduğu açıqdır. Buna görə bu vəziyyətdə, proseslərə məntiqi mülahizələrlə yanaşmalıyıq.
Düşünürəm ki, Baydenin ABŞ Prezidenti seçilməsi ilə əlaqədar olaraq Konqresdə hökm sürən antitürk əhvalını bilən Türkiyə, İsrailin təsiri ilə Ankaranın, Vaşinqtonun lütfünü yenidən qazanmasına kömək edəcəyini gözləyir. Burada bir vacib nüansı da qeyd etməliyəm ki, ikinci Qarabağ müharibəsində ABŞ-dakı Yəhudi lobbisi Ermənistanı dəstəkləməkdən imtina etmişdi. Əslində bu jestə Azərbaycan dövlətinin ölkəmizdə yaşayan Yəhudi icmasına tarixən tolerant münasibəti, yəhudi kökənli vətəndaşlarımızın sineqoqlarına və mədəniyyətlərinə nümunə göstəriləcək səviyyədə yüksək diqqətin təsiri həlledici rol oynamışdır. Bu baxımdan, Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşmasında vasitəçi kimi çıxış etməyə çalışan Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən rolu da vurğulanmalıdır. Zənnimcə ötən il Fələstin adminstrasiyasının Qarabağ ermənilərini dəstəklədikləri barədə bəyanatı da mövqelərimizə təsirsiz olmadı. Ankaranın əsas motivasiyasının digər siyasi çalarlarda da axtarılması əhəmiyyətlidir.
Açıq desək, Fələstin kartında Ərdoğanın Ərəb cəbhəsində məğlub olması faktdır. Bir çox ərəb ölkələri İsrail ilə münasibətləri normallaşdırmağa razı oldular. Kipr, Yunanıstan və Misir kimi ölkələr antitürk cəbhəsi yaratdılar. Fransa da bu cəbhəyə qoşulmağa maraq göstərdi. Baxın, son zamanlar bir çox ərəb ölkələrinin liderləri Türkiyənin guya İraq, Suriya və Liviyanın daxili işlərinə qarışmasına qarşı olduqlarını açıq şəkildə büruzə verdilər. Üstəlik, indi bu ərəb ölkələrinin Fələstin problemi ilə heç bir maddi əlaqəsi yoxdur. Hətta yaxında Ərəb Ölkələri Birliyinin(Ərəb Liqasının) çökməsini də proqnoz etmək mümkündür. Ərdoğanın Osmanlı İmperatorluğunun tarixi sərhədləri daxilində nüfuzun bərpası cəhdləri Türkiyə ilə Ərəb dünyası arasında gərginliyə səbəb oldu. Nəhayət Türkiyə, yeni geosiyasi ittifaqlar axtaran,Yaxın Şərqlə bağlı öz planları olan İranla eyni müstəviyə gəldi.Türk diplomatiyasının gücü burada özünü göstərməyə başladı. İsrail ilə münasibətləri normallaşdırmağa yönələn addımların vaxtı gəldi. İsrailin özü də Türkiyə ilə siyasətini yenidən qurmağa maraqlıdır.Türkiyənin siyasi və digər əməkdaşlıqlar üçün yeni bir mexanizm yaradaraq Rusiya və Çin üzərindən Ərəb dünyasına girməsi, İsrail ilə münasibətlərinin normal vəziyyətə gəlməsinə də təkan verəcəkdir.
Züriyə Garayeva Kafkassam Bakü
Züriyə Garayeva: TÜRK DİPLOMATİYASININ GÜCÜ
372 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.