ՀԱԿՈԲ ԲԱԴԱԼՅԱՆ: Հարված Իրանին հարավից. Թեհրանի ակնկալիքը Երևանից

Türkiye Akdeniz ve Ortadoğu’da ne istiyor?

В Саратове прошел грандиозный праздник «Ураза-байрам для всех-2017!»

Almanya İçişleri Bakanlığından Rapor Var

Züriyə Garayeva: MAKRON NƏ İSTƏYİR?

Gündem 15 Mayıs 2021
31

Fransa prezidenti Makron ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, münaqişənin əsas səbəbkarının yanında yer alır. Ancaq son dövrlər istər Qarabağ münaqişəsi, istərsə də bundan öncə Türkiyə ilə bağlı Makronun qeyri-adekvat bəyanatları heç də təəccüblü deyil. Çünki, Fransa dövləti Makrondan öncə də ermənipərəst mövqe sərgiləyib. Bunun bir səbəbi Fransada güclü erməni lobbisinin olması ilə bağlıdırsa, digər səbəbi bu ölkənin yüzilliklərdən bəri dənizlərdə hegemonya qurmaq istəyi və bu marağının İngiltərə və ABŞ-ın yanı sıra, həm də Türkiyə ilə toqquşmasıdır. Fransa uzun illərdən bəri türk düşməni rolunu oynamağa davam edir. Şarl De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı Ərəb Ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Makronun siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Ərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görürük. Makron əslində Fransa xalqına deyil, qlobal kapitalizmə xidmət edir. 7 may 2017-ci il seçkilərində, Makronun qlobal kapitalizmin dəstəyi ilə prezident seçildiyini hamı bilir. Dolayısı ilə, Makronun bu həmlələri bir yandan qlobal kapitalistlərə borcunu ödəmək məqsədi daşıyır. Bu münasibətlərin indiki durumunun təməli həm də Makronun 2019-cu ildə Putinə “bölgəni birlikdə dizayn edək” təklifi olmuşdur. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada, Liviyada, İraqda, Tunisdə oyundan kənara atdı. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu. Qısacası, beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayraraq, Türkiyəyə qarşı düşmən mövqeyi və erməni lobbisinin təsiri ilə Makron Qarabağ məsələsinin həlli ilə bağlı açıq-aşkar ermənipərəst mövqe sərgiləyərək Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib.

Züriyə Garayeva Kafkassam

Yorumlar