KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Züriyə Garayeva: ÇİNLƏ BAĞLANAN SAZİŞLƏR

Züriyə Garayeva: ÇİNLƏ BAĞLANAN SAZİŞLƏR

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
310 0
zuriye

İllərdir hazırlığı gedən böyük saziş nəhayət imzalandı. İran İslam Respublikası (İİR) ilə ÇXR arasında, yəni zəngin neft sahibi ilə regionun təsirli nüfuz sahibi arasında əməkdaşlıq haqqında 25 illik caziş imzalandı.Bu saziş,regionda bizim də maraqlarımızı kəsb edən “Bir zolaq, bir yol” təşəbbüsünü gerçəkləşdirəcək. Belə ki, ABŞ, İsrail və Avropanın sərt sanksiyalarına məruz qalan İran üçün bu saziş həyati əhəmiyyət kəsb edəcək.Çin, Qazaxıstan, dəniz yolu ilə İran, Azərbaycan, Türkiyə və Avropa xətti, arzulanan tarixi ipək yolunun gerçəkləşməsi olacaq. İran, reallaşmasının qızğın müzakirəsi gedən Zəngəzur dəhlizindən də yararlanmaq imkanı əldə edəcək.
41 il öncə hakimiyyətə gəldiyi gündən bu günə islam rejiminin iqtisadi, ticarət və hərbi əlaqələrinin gerçəkləşməsi baxımından iki ölkə arasında imzalan bu saziş kulminasiya nöqtəsi oldu.Çinin İran iqisadiyyatına, sənayesinə, neft kimyasına böyük investisiyalar yatıracağı nəzərdə tutulub. Bu, ABŞ və onun müttəfiqlərinə böyük zərbə olacaqdır. Çünki, onillərdir Əfqanıstan “bataqlığı”ndan üzüağ çıxmağa çalışan Pentaqon Taliban terror qruplaşmasına və Yəməndə husi yaraqlılarına İran dəstəyini çox yaxşı bilir.
Beynəlxalq arenada rezonans doğuracaq bu saziş öncəsi Çin diplomatiyası gərgin trafik yaşadı. Xatırladım ki, Çin Xalq respublikası xarici siyasət idarəsinin başçısı Vanq Yi Yaxın Şərq ölkələri İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Omana bir həftəlik geniş turnesi formatında Türkiyəyə də səfər etdi. Zənnimcə, bu cür “paket ziyarətləri” Çin diplomatiyasında dəb halına gəlir. 2020-ci ilin avqust ayının sonunda nazir, pandemiya başlayandan bəri ilk dəfə olaraq İtaliya, Hollandiya, Norveç, Fransa və Almaniya da daxil olmaqla beş Avropa ölkəsinə xarici səfər etdi. Bu ilin yanvar ayının əvvəlində bir sıra Afrika ölkələrini gəzdi. İndi də Pekinin çoxtərəfli diplomatiya sənətini, xüsusən də Çinin “qarşılıqlı asılılığın kollektiv idarəçiliyi üçün imkanlar yaradacağını” düşündüyü çoxtərəfli danışıqlar sənətini nümayiş etdirməsi Orta Şərq ikitərəfli xarici siyasəti ilə məhdudlaşmır. Çinin Yaxın Şərqlə bağlı böyük bir təşəbbüs irəli sürməsi heç də təsadüfi deyil.
Əslində qüdrətli şərqi Asiya ölkəsinin Türkiyə sevdası qeyri-adi deyil. Çin-Türkiyə münasibətləri hazırda yüksəlməkdədir. İki ölkəni son 10 ildə imzalanan bir neçə iri miqyaslı iqtisadiyyat, ticarət sahəsindəki əlaqələrin intensivləşdirilməsinə, üçüncü ölkələrdə infrastruktur layihələrinin birgə həyata keçirilməsinə yönəlmiş sazişlər bağlayır. Düşünürəm ki, bu sazişlər arasında yalnız Ankara ilə Pekin arasında əlaqələri intensivləşdirmək üçün deyil, həmçinin Güney Qafqaz və Orta Asiya respublikaları üçün də geniş ticarət həcmi, iqtisadi yüksəliş vəd edən Yeni İpək yolu sazişi də xüsisi önəm daşıyır. Beləliklə, Türkiyənin və yenicə böyük saziş imzalamış İranın danışmaq üçün çox məsələləri var. Xüsusən də müxtəlif səbəblərdən çətin iqtisadi vəziyyətə düşən Türkiyə texnologiya, enerji və turizm kimi cəlbedici sahələrdə yüksək sərişdəsi olan Çin şirkətlərinin birbaşa investisiyalarında maraqlıdır. Eyni fikirləri sanksiyalar məngənəsində boğulan İran üçün də söyləyə bilərəm.
Türkiyənin Rusiyadan sonra ikinci böyük idxal tərəfdaşı olan Çindən gələn pul axınları Ərdoğan üçün çox mühüm hala gəldi və prezidentin kritik anlarda hakimiyyətini gücləndirdi. Ancaq müəyyən nüanslar da mövcuddur….

Züriyə Garayeva kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir