KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Zeynel Emreliyev: HİZBULLAH LİDERİ NƏYƏ QURBAN GETDİ ?

Zeynel Emreliyev: HİZBULLAH LİDERİ NƏYƏ QURBAN GETDİ ?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
37 0

İSRAİL BUNDAN MAKSİMUM İSTİFADƏ EDİR – HİZBULLAH LİDERİ NƏYƏ QURBAN GETDİ ? İsrail ordusunun zərbəsi nəticəsində İran dəstəkli Hizbullahın lideri Həsən Nəsrullah öldürüldü. Bu hadisə 2 ay öncə öldürülən Həmas lideri İsmayıl Xaniyənin ölümündən sonra İsrailin öz düşmənlərinə qarşı ikinci böyük uğuru sayıla bilər. İsrailin əl – qol açmasının ən böyük səbəbi ABŞ – dakı prezident seçkiləridir. Benyamin Netanyahu bu kampaniyadan ən çox qazanan liderdir. İsrail yaxşı bilir ki, əgər İran özünə hücum etsə ABŞ – ın mövcud hökuməti onu müdafiə etməli olacaq. Əks halda respublikaçılar bu məsələdən maksimum istifadə edəcəklər. ABŞ – da formalaşan yəhudi lobbisi ilə isti münasibəti olan Donald Tramp İsrailə əlindən gələn cürə yardım göstərir. Buna görə Netanyahu vəziyyətdən istifadə edərək maksimum şəkildə hərəkət edir. Daha bir niyyəti isə İranın Qərblə münasibətlərini normallaşması prossesinə mane olmaqdır. İslahatçı Məsud Pezeşkianın əsas missiyası Qərblə münasibətləri normala salmaqdır. Ayətullah Əli Xamenei məhz buna görə Pezeşkiana seçkidə yaşıl işıq yandırıb. İsrail bu cür əməliyyatlar həyata keçirməklə bir güllə iki quş vurur. Həm bacardıqca Həmas və Hizbullahın üzərinə gedir, həm də İranı müharibəyə cəlb etməyə çalışır. İranın Həmas lideri İsmayıl Xaniyənin öldürülməsindən sonra sakit qalması İsraili daha çox ruhlandırdı. Tehran İsrailə qarşı lokal əməliyyat həyata keçirə bilərdi. Ancaq Qərblə körpü rolunu oynayan vitse – prezident Məhəmməd Cavad Zərif prezident Məsud Pezeşkianı, prezident isə ali dini lideri Əli Xameneini inandırdı ki, heç bir əməliyyata ehtiyac yoxdu. Ehtimal ki, İran öz cavabını noyabrdan sonraya saxlamışdı, ancaq gecikdi. Hizbullah da İsrailə qarşı sakit davrandı və bunu təşkilatın lideri Həsən Nəsrullah canı ilə ödədi. 2006 – cı İsraili müharibədə faktiki məğlub etmiş, Livanı müdafiə etməyi bacaran Hizbullah bu dəfə İsrail qarşında zəif duruma düşdü. Ehtimal ki, Nəsrullahı saxlayan Tehrandan gələn göstəriş olub. İran Hizbullahı əmin edib ki, sakitliyini qorusun. Halbuki İsrail Həmasa qarşı əhəmiyyətə başlayanda Hizbullah ona cavab verməli idi. İlk zərbəni vuran Hizbullah olsaydı gücü öz əlinə alacaqdı. Hizbullah bunu hesablanmadı ki, Fələstindən sonra İsrail Livana hücum edəcək. Həsən Nəsrullah bilməli idi ki, İsmayıl Xaniyəni öldürən İsrail ordusunun növbəti hədəfi məhz özüdür. Harda olsa da onu vuracaqlar. Netenyahunun bu əməliyyatı İranda dialoq tərəfdarlarına, xüsusilə prezident Pezeşkiana ciddi zərbə vurdu. İsrail SEPAH – a istədiyini verdi. Ali dini liderin İsrailə cihad elan etməsi faktiki olaraq yeni prezidentin xarici siyasətinin iflasıdır. Artıq İran güc siyasətinə üstünlük verməli olacaq. Pezeşkianın ən böyük səhvi Xaniyə öldürülərkən tam reaksiya verməmək oldu. Halbuki Qüds qüvvələri Hizbuallah və digər proksi qüvvələrlə birləşərək İsrailə qarşı müəyyən əməliyyatlar həyata keçirə bilərdi. SEPAH – ın güclənməsindən narahat olan Pezeşkian buna getmədi. Dialoq yoluna sadiq qaldı. Yeni prezidentin ən böyük bədbəxtçiliyi odur ki, o, ABŞ – da prezident seçkiləri keçirdiyi zaman hakimiyyətə gəlib. Bu seçkilər onun əl qolunu bağlayır. Yeni İran hakimiyyəti Qərbdə kimlə danışacağını bilmir və hər şey aydınlaşana qədər sakitliyini qoruyur. Bundan istifadə edən İsrail isə onun müttəfiqlərinin başını üzür. Qaldı İsrailin potensial hədəflərinə. Bunlar Həmas lideri Yəhya Sinvar və Qasım Süleymaninin varisi olan Qüds qüvvələrinin komandiri general İsmail Qaniidir. Ehtimal ki, İsrail bu dəfə birbaşa İranın öz generalı olan Qaniini aradan götürmək istəyəcək. Bu isə İrana açıq meydan oxumaqdır. İsrail İranı daha çox müharibəyə cəlb etmək üçün nə lazımdırsa edir, ən incə nöqtələri vurur. Bu əlbətdə düşünülmüş taktiki gedişlərdir. Yəhudi dövləti məlum zamanlamadan maksimum istifadə edir və bundan sonra da etməkdə də davam edəcək
Zeynel Emreliyev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir