KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Zeynel Emraliyev: TRAMPIN KOMANDASINDA QARŞIDURMA – YENİ NAZİRLƏRİN ELON MUSK DƏRDİ

Zeynel Emraliyev: TRAMPIN KOMANDASINDA QARŞIDURMA – YENİ NAZİRLƏRİN ELON MUSK DƏRDİ

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
17 0

Prezident seçilərkən ən böyük dəstəkçisi olan Elon Musk və ABŞ – nin yeni rəhbəri Donald Tramp arasında münasibətlətdə ilk çatlar meydana gəlib. Müxtəlif tədbirlərdə tez – tez birlikdə iştirak etmələri, onlar arasında yüksək səviyyəli yaxınlıq Trampın komandasının digər üzvlərinin hiddətinə səbəb olub. ” Axios ” portalının yaydığı məlumata görə, bu yaxınlarda Elon Musk və Trampın əsas müşaviri Boris Epşteyn arasında münaqişə baş verib. Onların davasına səbəb yeni hökumətin formalaşdırılması ilə bağlıdır. Kadr məsələlərində yeni prezidentin əsas köməkçisi Epşteyn olsa da Musk bu məsələdə xüsusi fəallıq göstərir. Müşavir və milyarderin davasına səbəb Mett Qeytsin Ədliyyə naziri vəzifəsi üçün təqdimatı olub. Epşteyn Qeytsi nazir vəzifəsi üçün Trampa təqdim etdikdə yeni prezident bu təkliflə razılaşıb. Ancaq Musk buna etiraz edib. Muskun Qeytsin namizədliyinə etirazının bir neçə səbəbi var. Əvvəla bu şəxs ciddi seks qalmaqalı ilə üzləşib və onun pedofilya ilə məşğul olduğu barədə ABŞ mətbuatı dəfələrlə yazıb. Bu gələcək hökumətin imicinə mənfi təsir göstərə bilər. İkinci bir səbəb Mett Qeytsin dövlət orqanlarında ixtisarlara qarşı çıxmasıdır. Halbuki Musk bunun ciddi müdafiəçisidir və Trampın dövründə o, məhz bu məsələnin həyata keçməsini təmin edəcək dövlət orqanına rəhbərlik edəcək. Ən böyük ixtisarda məhz ABŞ – nin ədliyyə sistemində nəzərdə tutulub. Bu nazirlik profilinə görə ABŞ – nin ən böyük dövlət qurumlarından hesab edilir. Baş Prokurorluqda Ədliyyə Nazirliyinə bitişik olduğu üçün burda saysız – hesabsız departamentlər var. Muskun əsas hədəfi məhz onların sayını azaltmaq və şəffaflığa nail olmaqdır. Milyarderin keçmiş konqresmənin namizədliyinə etiraz etməsinin üçüncü səbəbi isə bu şəxsin hələ parlamentdə olarkən göstərdiyi fəaliyyətdir. Elon Musk yaxşı bilir ki, Mett Qeyts kiyafət qədər özündən razı biridir və onun əmrlərinə riayyət etməyəcək. Ümumilikdə, Muskun istədiyi komanda da Trampdan sonra ikinci şəxs olmaq və lazım gəldikdə prezidentə də təsir göstərə bilməkdir. ” NBC News ” bir müddət əvvəl məlumat yaymışdı ki, Musk özünü ölkənin gələcək vitse – prezidenti kimi aparır. Faktiki olaraq Trampdan sonra komanda da hazırda əsas lider məhz odur. Mett Qeytsin nazir olmaqdan imtina etməsinin Elon Muskun siyasi qalibiyyəti kimi də görmək olar. Milyarderlə gələcək prezidentin müşavirləri arasında daha bir mübahisəli təyinat isə Hovard Lutnikin üzərindədir. Musk Lutniki ölkənin maliyyə naziri təyinat etdirmək istəsələr də müşavirləri Trampa onu ticarət naziri olaraq təqdim ediblər. Qeyts məsələsindəki uğurdan sonra Elon Musk Lutnikin məsələsini də həll etmək istəyir. Milyarderin qarşısında duran daha bir hədəf isə Donald Trampın avtomobil sənayesi üçün ekoloji qaydaları zəiflətmək və elektrikli avtomobillərin alınması üçün vergi güzəştləri ləğv etmək planına mane olmaqdır. Çünki bu Muskun rəhbərlik etdiyi ” Tesla ” şirkətini vura bilər. Hansı ki, bu şirkət ekoloji cəhətdən təmiz avtomobillərin istehsalı ilə məşğuldur.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir