Rusiya Ermənistanın Avropa İttifaqına qoşulması layihəsini ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı hesab edir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk sənədi belə şərh edib. “Biz Ermənistanda “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı hesab edirik. Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq”, – Overçuk bildirib. Overçukun açıqlaması ilə Rusiya ilk dəfə Ermənistanın Qərbə doğru inteqrasiya prosesinə rəsmi şəkildə münasibət bildirib və onun bunun nəticələri barədə xəbərdar edib. Bu açıqlama İrəvana qarşı Moskvanın real addımlarının başlandığı kimi də səciyyələndirilə bilər. Avrasiya İqtisadi Birliyində təmsil edilən Ermənistanın Avropa Birliyində yer alması praktiki cəhətdən mümkün deyil. Çünki bu təşkilatlar bir – birinə rəqibdir və bu İrəvanın öz müttəfiqlərini tərk edib qarşı tərəfi keçməsinin ciddi nəticələri olacağı şübhəsizdir. Ermənistanda indiyə qədər də Rusiya və onun orbitində olan təşkilatlara qarşı münasibət birmənalı deyildi. Ancaq fəaliyyəti bu günə qədər sözdə qalmışdı. İrəvanda qəbul edilən qanunun artıq bunun praktika keçdiyini göstərir. Paşinyan hökumətinin qanunu qəbul etməsi baxmayaq Ermənistanın birliyə qəbul edilməsində kifayət qədər maneələr mövcuddur. Birinci növbədə Rusiyanın faktiki qarşısına alsa belə Brüssel hələ ki, Ukrayna və Gürcüstana yaşıl işıq yandırmayıb. Ukraynada müharibə gedir, Gürcüstanla münasibətlər gərgindir. Ancaq Tiflis durarkən İrəvanın birliyə qəbulu Gürcüstanın tamamilə itirilməsinə səbəb ola bilər. Avropa Birliyi bunu arzulamır. İkinci məsələ isə Ermənistanın yerləşdiyi coğrafi məkandır. Bu ölkə Avropadan xeyli məsafədədir ki, bu iqtisadi əlaqələrin qurulmasında ciddi problem yaradacaq. Xüsusilə, nəzərə alaq ki, Ermənistanın iqtisadi baxımından böyük çətinlikləri var və Avropa Birliyi bunu həll etmək üçün külli miqdarda vəsait ayırmalıdır. İrəvanın hələ də Rusiyadan hərbi cəhətdən asılı olduğu zamanda onun rahatlıqla Avropa Birliyinə qəbul edilməsi də inandırıcı görünmür. Overçukun açıqlamasından görünür ki, birliyə üzvlük məsələsi Rusiya – Ermənistan münasibətlərinə də ciddi şəkildə təsir göstərəcək. Baş nazirin müavini bildirib ki, Ermənistan Avrasiya İqdisadi Birliyindən çıxsa, ölkədə ərzaq və elektrik enerjisinin qiymətləri artacaq, ixrac da azalacaq. O əlavə edib ki, postsovet ölkəsi də ixracatın 70-80 faizini itirəcək. Rusiya faktiki şəkildə Ermənistan rəhbərliyini xəbərdar edir ki, əgər təşkilatdan çıxarsa istər Avrasiya İqtisadi Birliyi, istərsə də Rusiya – Ermənistan ikitərəfli münasibətləri fonunda İrəvana qarşı sərt iqtisadi addımların atılması məsələsi gündəmə gələcək. Hazırda Ermənistanın xarici iqtisadi çıxışı əsasən bu xətlə təmin edilir. Moskvanın bu yolu bağlaması Ermənistanın iqtisadi çöküşünə səbəb ola bilər. Nəzərə alaq ki, ABŞ – də hakimiyyət dəyişikliyinə sayılı günlər qalıb. Donald Trampın Co Bayden kimi Ermənistana dəstək verməyəcəyi aşikardır. Bu isə ölkədə ciddi iqtisadi çətinliklər yaradacaq. Vaşinqton və Moskva arasında danışıqların başlanması Ukrayna cəbhəsində vəziyyətin yumşalma ehtimalını artırır. Bu il ərzində müharibənin dayandırması ehtimalı böyükdür. Əgər bu baş verərsə Moskva Ermənistana daha çox diqqət ayıracaq və eyni zamanda ABŞ ilə düzələn münasibətlər fonunda Ermənistana çətin günlər yaşada bilər. Ancaq hər zaman ən böyük vədi Qəribə doğru inteqrasiya olan Paşinyan hökumətinin Brüsselə ittifaqdan başqa çıxış yolu da qalmır. Mövcud geosiyası mühitdə Ermənistan sadəcə qapı arasında qala biləcəyini göstərir. Onun üçün birlik qapısının tam açılması ehtimalı yoxdur.
- Anasayfa
- »
- Ermenistan
- »
- Zeynel Emraliyev: MOSKVADAN İRƏVANA SƏRT TƏLƏB YA AVROPA BİRLİYİ, YA AVRASİYA BİRLİYİ !
Zeynel Emraliyev: MOSKVADAN İRƏVANA SƏRT TƏLƏB YA AVROPA BİRLİYİ, YA AVRASİYA BİRLİYİ !
20 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.