COP29 iştirak və müzakirə edilən məsələlər baxımından dünyanın ən böyük və ən mürəkkəb tədbiri hesab edilir. Birləşmiş Millətlər Təşkilatının müəllifliyi ilə keçirilən bu tədbirdə ev sahibi ölkənin də üzərinə böyük yük düşür və Azərbaycan bu işin öhdəsindən layiqliyicə gəldi. Ölkəmizin çox qısa müddətdə tədbirə hazırlanmasına baxmayaraq Azərbaycan bütün məsələlərdə öz iradəsini ortaya qoydu. Digərlərindən fərqli olaraq 29 – cu COP çox gərgin dövrə təsadüf oldu. COP tarixində ilk dəfə ev sahibi bir ölkə bu qədər qarayaxma kampaniyasına tuş gəldi. Tədbirin əvvəlindən bəzi Avropa ölkələrinin Bakıda keçirilən tədbiri boykot etməsi, ölkəmizə qarşı sərgilədikləri ədalətsiz münasibət dünya mediasının diqqətini çəkmiş və l onların bəziləri tədbirinin uğursuz olacağı barədə fikirlər səsləndirmuşdi. Ancaq bu gün həmən mediya qurumlarında COP29 tədbirində əldə edilən yüksək nailiyyətlərdən bəhs edilir. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan dezinfotmasiya və qarayaxma kampaniyasına qarşı mübarizə öz effektiv nəticəsini verdi. İlk dəfə olaraq böyük dövlətlər öz diktəsini həyata keçirə bilmədilər, Azərbaycan ev sahibi ölkə kimi xırda dövlətlərin maraqlarının nəzərə alınması üçün əlindən gələn hər şeyi etdi. Tədbirin sonunda iqlim dəyişikliyi ilə mübarizə üçün 300 milyard vəsaitin ayrılması barədə qərar qəbul edildi ki, bu kifayət qədər böyük məbləğdir. Son 28 ildə keçirilən tədbirlərdə bu rəqəm 100 milyardı keçməmişdi. Həmçinin karbon kreditləri ilə bağlı bazarın formalaşdırılması barədə əldə edilən razılıq indiyə qədər əldə edilmiş ən böyük uğurdur. Tədbirin uğurlu alınması üçün Azərbaycanın qarşısında 3 məsələ dururdu ki, ölkəmiz bunları həll edə bildi. Birincisi məsələ tədbirinin keçirməsi üçün məkan hazırlamaq, qonaqların yerləşdirilməsi və nəqliyyat məsələlərin həll etmək idi. Qonaqların münasibətindən də aydın olur ki, bu məsələ öz həllini tapdı. İkinci məsələ qonaqların təhlükəsizliyini təmin etmək idi. Dünyada geosiyasi vəziyyətin gərgin olmasına baxmayaraq Azərbaycan hüquq – mühafizə orqanlarının yüksək səviyyəli xidmətinin nəticəsində tədbir baş verən zaman ən xırda belə insident qeydə alınmadı. Bu da tədbirə qatılmayıb təhlükəsizliyi bəhanə edən bəzi qonaqların dediklərinin doğru olmadığını, həmçinin Azərbaycanın digər beynəlxalq tədbirlərə də ev sahibliyi edə bilmək iqdidarında olduğunu ortaya qoydu. Üçüncü məsələ isə tədbirin sonunda bütün tərəflərin mənafeyini təmin edəcək ümumi protokolun qəbulu idi ki, bu olduqca mürəkkəb məsələ idi. Bakıda keçirilən müzakirələrdə kasıb ölkələr iqlim dəyişikliyinə dəstək üçün 1 trilyon dollar vəsait tələb edir, iri dövlətlər isə bu rəqəmin 100 milyardı aşmamasına çalışırdılar. Müzakirələrin yekunu olaraq Azərbaycan hər iki tərəfi 300 milyard dollarda razı sala bildi. Rəsmi Bakı ev sahibi kimi öz borcundan çıxdı. Bundan sonra bu vəsaitin necə xərclənməsi prossesi BMT – nin həll etməli olduğu məsələdir. ABŞ prezidenti Donald Trampın iqlim dəyişikliyi ilə bağlı mənfi fikirlər bildirməsi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin tədbirə qatılmaması və tədbirin sonunda Bakıya gələn Almaniyanın Xarici İşlər naziri Annelana Berbokun iqlim dəyişikliyindən başqa bütün mövzulara münasibət bildirərək bu səfərdən seçki öncəsi şou kimi istifadə etməsi göstərir ki, dünyanın böyük gücləri planetin təhlükəsizliyinə dırnaq arası baxırlar. Bu isə ümumi nəticəyə çatmağa mane olan əsas amildir.
Zeynel Emraliyev: AZƏRBAYCAN ÜZƏRİNƏ DÜŞƏN ÖHDƏLİYİ YERİNƏ YETİRDİ BƏS DÜNYA BU QƏRARA RİAYYƏT EDƏCƏKMİ ?
15 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.