İrandakı seçki kompaniyasında ən bərbad kampaniyanı Məhəmməd Bagir Qalibaf apardı. Ehtimal ki, Əli Xamnei Səid Cəlilinin üzərində dayanacaq və əsas dəstəyi ona verəcəklər. Ancaq İranda mövcud sistem yalnız namizədlər müəyyən edilərkən birbaşa müdaxilə edir. Sandıqdan çıxanlar tam da olmasa rəsmi nəticələrə müəyyən qədər uyur. İrandakı seçkilərin ən maraqlı tərəfi seçki öncəsi oyunlardır. Rejim həm də bunun vasitəsi ilə insanlar arasında siyasi maraq yaratmaq üçün istifadə edir. Məsələn, sabah hansı nəticənjn baş verəcəyi bir qədər şübhəlidir. Qalibaf, Cəlili və Pezeşkian arasında qızğın mübarizə gedir. Pezeşkianın seçilməsi Xamnei üçün çox da problem deyil. Bundan əvvəl Məhəmməd Xatəmi və Həsən Ruhani kimi islahatçılar prezident olub. Ümumiyyətcə İranda bu qayda artıq siyasi sistemə oturur. Prezident kürsüsündə islahatçılar və mühafizəkarlar bir – birini əvəz edirlər. Hakimiyyəti natamam olsa belə mühafizəkar İbrahim Rəisin ardından islahatçı Məsud Pezeşkianın şansı çoxdur. Hakimiyyətin onun qalibiyyətini tanımasında heç bir problem yoxdur. Xamenei yaxşı bilir ki, Pezeşkian onun sözündən çıxan deyil. İndiki gözləntilər görə Pezeşkian 35 faizlə liderdir. Digər 3 mühafizəkar namizəd seçkini 2 – ci tura çəkmək üçün seçkidən çəkildi. Əgər belə davam etsə Məsud Pezeşkian Qalibaf və ya Cəlili ilə ikinci tura girəcək. İkinci turda bütün mühafizəkarların bir namizəddə birləşməsi soydaşımızın qalibiyyətini çətin, hətta mümkünsüz edəcək. Ancaq yenə də kifayət qədər qərarsız seçici var və Mahmud Əhmədinejdat ilə Əli Laricanin qeydə alınmamasına görə rejimdən inciyən kifayət qədər qüvvə var. Əgər onlar bunun heyfini çıxmaq istəsələr o zaman soydaşımıza 16 faiz səsi 35 üstünə gətirmək elə də çətin olmayacaq.
Zeynal Emreliyev: Hamaney Celiliyi mi destekliyor
137 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.