Zeynal Emraliyev: XAMENEİNİN ƏTRAFI RUSİYA İLƏ DANIŞIQLARA BAŞLADI İRANDA REJİM DƏYİŞİRMİ ?
İranın ali dini lideri Əli Xameneinin Aparat rəhbərinin müavini Əli Əsgər Hicazi ilə bir neçə digər yüksək vəzifəli məmur lazım gələrsə, ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya hakimiyyəti ilə danışıqlar aparırlar. Belə bir sensasion iddia ilə “İran İnternasional” çıxış edib. Bildirilib ki, yüksək rütbəli bir rusiyalı məmur Hicazi ilə əlaqə saxlayıb və onu əmin edib ki, vəziyyət pisləşərsə, o, ailəsi ilə birlikdə təhlükəsiz dəhliz vasitəsilə İrandan çıxarılacaq. Məlumata görə, digər İran rəsmilərindən analoji zənglər edilib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə İran rejiminin yüksək səviyyəli liderlərinin ölkədən qaçmağa hazırlaşdığı barədə işarələr olduğunu bildirmişdi. Netenyahunun bu açıqlaması həm real kəşfiyyat məlumatlarına əsaslana, həm də informasiya müharibəsinin bir hissəsi ola bilər. Əgər iddia edilənlər doğrudursa, İran rəsmilərinin bu davranışı xaosdan və hüquqi məsuliyyətdən qaçmaq üçün atılmış addım ola bilər. Qaçış zərurəti baş tutarsa ehtimal ki, Rusiya buna müsbət cavab verəcək. Moskvanın məqsədi ilk növbədə strateji gücünü qoruyub saxlamaqdır. Müttəfiqi İranın zəifləməsi fonunda Rusiya regionda daha da güclənməklə onun yerini tutmağa çalışacaq. İkinci bir məsələ isə Rusiya bu vasitə ilə İranda qurulacaq yeni rejimlə bazarlıq etmək və öz maraqlarını qorumaq imkanı qazanacaq. Kremlin bundan öncə devrilmiş bir sıra dünya liderlərinə sığanacaq verməsi İranda da bu ölkəyə marağı artıra bilər. İrandakı rejimin dəyişməsi barədə isə hələ ki, danışmaq bir qədər tezdir. Hər nə qədər bu kimi xəbərlər yayılsa və ölkədəki sosial – iqdisadi vəziyyət gərgin olsa da nəzərə almaq lazımdır ki, ltəhlükəsizlik aparatı hələ ki, güclüdür və rejimin ciddi dayaqları qalmaqdadır. Həmçinin xarici müdaxilə əksər halda rejimin dəyişməsinə yox, daha da güclənməsinə və sərtləşməsinə xidmət edir. Cəmiyyətin hazırda müharibə əhvalında olması da rejimin ömürünü uzadan amillərdəndir. İsrail hakimiyyəti hər nə qədər İslam inqilabı zamanı devrilmiş Pəhləvilər sülaləsinin nümayəndələri ilə yaxın münasibət qursalarda İranda yenidən şah rejiminin hakimiyyətə qayıdışı ehtimalı zəifdir. Çünki indiki rejimlə bərabər İran xalqı pəhləvilərə də nifrət edir. İran üçün səsləndirilən ən optimal variantlar ölkənin federasiya və ya liberal republikaya çevrilərək yola davam etməsidir. Uzun müddətdir ki, İranda icraedici hakimiyyətin tamamilə prezidentə verilməsi haqqında müzakirələr aparılır. Yuxardan dəyişlik yolu ilə belə bir keçir mümkündür. Lakin bu heç də asan məsələ deyil.Çünki SEPAH və mühafizəkar siyasi dairələr indiki rejimi ciddi cəhdlə müdafiə edirlər.
Share this content:
Yorum gönder