Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıda məhkəməsi gedən Qarabağ caniləri haqqında çıxış edərək onlara qadağan edilmiş psixoaktiv maddələrin verdiyini iddia edib. Erməni baş nazir bildirib ki, bununla bağlı onların əlində kəşfiyyat məlumatları var. Nikol Paşinyan bu günə qədər bu şəxslər haqqında heç vaxt müdafiə xarakterli çıxış etməyib. Hətta Ermənistanda hakimiyyətə yaxın mediya qurumları onların fəaliyyətini zaman – zaman tənqid edib. Paşinyanın indi onları müdafiə etməsinin 3 əsas səbəbi var. İlk növbədə erməni cəmiyyətinin tənqidindən sığortalanmaqdır. Ermənistan baş naziri xalqına göstərmək istəyir ki, erməni həmrəyliyinə sadiqdir və o da bu şəxsləri müdafiə edir. İkinci bir səbəb isə artıq onların Paşinyan üçün təhlükə törətməməsidir. İstintaqdan əvvəl Qarabağ separatçıları İrəvandakı hökumətə qarşı təhlükə yaradırdılar. İstintaq dövründən sonra onların erməni cəmiyyətindəki nüfuzu zəiflədi. Eyni zamanda Paşinyan Samvel Şahmaranyan, Vitali Balasanyan və digər separatçıları liderin gücünü müxtəlif admistirativ üsullarla zəiflədə bilib. Paşinyan yaxşı bilir ki, Arayik Arutunyan, Ruben Vardanyan və digərləri İrəvana gəlsər də onlar artıq erməni siyasətində heç bir uğur qazana bilməyəcəklər. Üçüncü bir məsələ isə Arayik Arutunyanın verdiyi açıqlama oldu. Keçmiş seperatçı lider açıq şəkildə bildirdi ki, Azərbaycan şəhərlərinin vurulması əmrini o verməyib və onun belə bir gücü olmayıb. Arutunyanın ad çəkməsə də əmrin Paşinyan tərəfindən verdiyinə işarə vurub. Bu isə erməni baş naziri olduqca çətin vəziyyətə sala bilər. O, beynəlxalq aləmdə müharibə cinayəti törətmiş şəxs kimi mühakimə edilə bilər. Eyni zamanda bu Paşinyanın yaratdığı saxta ” sülhpərvər Ermənistan ” imicinə də ciddi şəkildə zərbə vura bilər. Buna görə də Paşinyan rəsmi Bakını əsassız şəkildə ittiham etməyə çalışır və erməni cəmiyyətinə separatçıların verdiyi açıqlamaların guya əsasının olmadığı müxtəlif yalanlarla isbat etməyə çalışır. Bakıda mühakimə edilən şəxslər dəfələrlə öz ailələri ilə telefonla əlaqə saxlayıblar. Ailələri də onların psixoloji vəziyyətlərinin normal olduğunu təsdiq edib. Elə bu səbəblərə görə Paşinyanın bu yalanlarına nəinki dünya ictimaiyyəti, heç özünün evdəki azyaşlı qızı Arpi də inanmaz.
Zeynal Emraliyev
- Anasayfa
- »
- Ermenistan
- »
- Zeynal Emraliyev: PAŞİNYAN BAKIDA MÜHAKİMƏ OLUNAN QARABAĞ CANİLƏRİNİ MÜDAFİƏ EDİR İRƏVANI QORXUDAN NƏDİR ?
Zeynal Emraliyev: PAŞİNYAN BAKIDA MÜHAKİMƏ OLUNAN QARABAĞ CANİLƏRİNİ MÜDAFİƏ EDİR İRƏVANI QORXUDAN NƏDİR ?
18 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.