Zeynal Emraliyev: İRAN PREZİDENTİNİN DİQQƏTÇƏKƏN ŞİKAYƏTİ İRAN NİYƏ TÜRKİYƏ OLA BİLMİR ?
İran Prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycanın ziyalıları, ictimai və mədəni fəalları ilə görüşü zamanı ölkədəki iqtisadi vəziyyətdən danışarkən maraqlı açıqlama ilə çıxış edib. Pezeşkian çıxışı zamanı İranı Türkiyə, Yaponiya və Koreya ilə müqayisə edərək, bu ölkələrin təbii resurslara malik olmasalar da, sosial rifah baxımından daha irəlidə olduqlarını vurğulayıb. “Neftimiz, qazımız var, amma xalqımız acdır. Nefti, qazı necə sata bilərik, insanların problemi var? Günah bizik”, – deyə Pezeşkian əlavə edib. İran prezidentin bu çıxış ölkənin resurs asılılığı faktını ortaya qoyur. Eyni zamanda bu İranın idarəetməsindəki səhvi və ölkədəki korrupsiya faktlarını da açıqca ortaya qoyur. Ölkədə sosial vəziyyətin pis olması əvvəllərdə İranda hakimiyyətin bəzi şəxsləri tərəfindən etiraf edilib. Ancaq Pezeşkian “Günah bizik” deməklə məsuliyyəti xarici qüvvələrə və sanksiyalara deyil, daxili idarəetmə sisteminə yönəldir. İranın inkişafında ən mühüm səbəb dövlət idarəçiliyinin səmərəsizliyi göstərilir. Ölkədə prezident idarəçilik sistemi mövcuddur. Eyni zamanda prezidentə tabe olan dövlətin bürokratik aparatı da fəaliyyət göstərir. Ancaq bundan başqa ali dini rəhbərin rəhbərlik etdiyi dini üləma idarəçilikdə nəzarətedici funksiyaya sahibdir və əsas söz məhz onlardadır. Bu da ölkədə həm parelel idarəçilik yaradır, həm də prezidentə peşakar komanda ilə işləməyə ciddi mane olur. Eyni zamanda ordu və hüquq – mühafizə orqanlarının yanında ali dini rəhbərə tabe olan SEPAH kimi böyük bir silahlı qrupun fəaliyyəti həm maliyyə cəhətdən, həm də idarəçilik baxımından ölkəni pis vəziyyətdə qoyur. Bütün bunlarla bərabər İranın Qərblə münasibətlərinin normal olmaması və idarəçilikdə buraxılmış nöqsanlar ölkəyə investisiya axının da qarşısını alır. Ölkənin əsas qazanc mənbəyini neftdən gələn gəlirlər təşkilat edir ki, bu gəlirlərdə çoxşaxəli dövlər aparatının və hərbi qurumların saxlanmasına sərf edilir. Bu isə ölkədə sosial bərabərsizliyə səbəb olur. Pezeşkianın Türkiyəni xüsusi qeyd etməsi təsadüfi deyil. Türkiyə enerji resurslarına malik deyil, amma sənaye, turizm, ixrac sahələrində ciddi irəliləyiş əldə edib.Türk iqtisadi modelində özəl sektorun fəallığı, bazar iqtisadiyyatı prinsipləri və idarəetmədə çeviklik ön plandadır. İran isə daha çox dövlət nəzarətinə əsaslanan, qapalı iqtisadi sistemə malikdir. Pezeşkian dolayısı ilə deyir ki, İranın problemi resurs çatışmazlığı deyil, idarəetmə mədəniyyəti və iqtisadi sistemin köhnəliyidir. Bu isə əslində ali rəhbərliyə ünvanlanmış siyasi mesajdır. Məsud Pezeşkian İranda islahatların vacib olduğunu və əgər bu islahatlar keçirilməsi ölkənin uçuruma doğru gedəcəyini açıq şəkildə bəyan edir.
Share this content:



Yorum gönder