ABŞ – də Donald Tramp hakimiyyətə gəldikdən sonra əsas hədəfin Çin və İran olacağı gözlənilən məsələ idi. Çinə qarşı mühafizə iqtisadi sahədə getsə də İranla mübarizədə hərbi əməliyyatlar istisna deyil. Elə bu səbəbdən də Məsud Pezeşkian hökuməti aktiv şəkildə ABŞ ilə əməkdaşlığa can atır. Hazırda Dövlət Departamenti ilə danışıqlar 2 istiqamətdə, birincisi Xarici işlər naziri Abbas Əraqçi, digər yandan isə vitse – prezident Məhəmməd Cavad Zərifin vasitəsi ilə aparılır. Keçmiş Xarici İşləri naziri Zərifin vitse – prezident vəzifəsinə gətirilməsinin əsas səbəbi də məhz budur. Trampın Yaxın Şərq siyasətində açar ölkə İran olduğu üçün Tehrana qarşı mübarizə Vaşinqtonun əsas məqsədlərindən biridir. İrana qarşı mübarizənin qarşısını almaq üçün bu ölkənin Xarici işlər naziri Abbas Əraqçi açıqlama verərək bildirib ki, əgər problem İranın nüvə silahıdırsa bu məsələ həll edilə bilər. Baş diplomatın sözündən belə anlaşılır ki, Tehran ya nüvə silahından tamamilə imtina edə bilər, yada bu silahın əldə edilməsi ilə bağlı fəaliyyəti dayandıracaq. Hazırda ABŞ – nin İrandan istədiyi 2 məsələ var. Birincisi İranın nüvə silahından tamamilə imtinası məsələsidir. Çünki Tehranın bu gücə malik olması İsrailin təhlükəsizliyinə ziddir. Həmçinin nüvə silahı İranı Yaxın Şərqin əsas gücü halına da geyinəcək ki, Ağ evdə bunu arzulamırlar. İkinci önəmli məsələ isə İranın Yaxın Şərqdə yerləşən proksi qüvvələrindən əl çəkməsidir. Məsələn, Tramp admistirasiyası Qəzza zolağını tamamilə dağıtmaq və burda yeni şəhər salmaq niyyətindədir. Əgər burda birinci məqsəd bu torpağın İsrail tərəfindən ilhaqına şərait yaratmaqdırsa ikinci önəmli məsələ isə Həması bitirməkdir. Çünki bu təşkilat əsas etibarı ilə Qəzzada məskunlaşıb və bu bölgənin tikinti sistemi məhz onların İsrailə qarşı mübarizəsi üçün inşa edilib. Həmasın əsas gücü Qəzzadakı yeraltı tunellərdir. ABŞ – nin İrandan istədiyi həm də Qəzzanın dağıdılmasına və Həmasin məhv edilməsinə sakit qalmağıdır. Digər yandan ABŞ Hizbullaha qarşı İsrailə və Husilərə qarşı Səudiyyə Ərəbistanına yardım etmək niyyətindədir. Təşkilat lideri Həsən Nəsrullahın öldürülməsindən sonra Hizbullah xeyli dərəcə də zəifləyib və İsrail Livanda geniş əməliyyat keçirərək bu təşkilatı birdəfəlik məhv etmək istəyir. Husilər isə Səudiyyə Ərəbistanına ciddi şəkildə problemlər yaradır. Səudiyyə hökuməti bir neçə dəfə Yəməndə bu qrupa qarşı əməliyyat keçirsə də böyük uğura imza ata bilməyib. Həm Hizbullah, həm də husilər öz gücünü İrandan alır. ABŞ həm də bunun qarşısını kəsmək istəyir. Nüvə proqramının dayandırılması İran daxilində faktiki gediş kimi qəbul edilə bilər. Bundan əvvəl də Tehran bu yola əl atıb. Ancaq proksi qüvvələrdən imtina Pezeşkian hökumətinə baha başa gələ bilər. Çünkü proksilər SEPAH – ın əsas güc mərkəzləridir. Onlardan imtina İran daxilində mövcud hökumətə qarşı ciddi narazılıq yarada bilər.
Zeynal Emraliyev: İRAN NÜVƏ SİLAHINDAN İMTİNA EDİR ? YAXIN 4 İLDƏ TEHRAN NƏLƏR İTİRƏCƏK ?
26 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.