KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Zeynal Emraliyev: Gündəyən Kuzeye mesaj : Pezeşkian nə vəd edir ?

Zeynal Emraliyev: Gündəyən Kuzeye mesaj : Pezeşkian nə vəd edir ?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
18 0

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlər baxımından çox böyük önəm daşıyır. Tehran və Bakı arasındakı münasibətlər İranın əvvəlki rəhbərliklərinin səhvi ucbatından mənfi istiqamətə yönəlib. Hazırda Pezeşkianın hakimiyyətə gəlməsindən sonra münasibətlərdə müəyyən isinmələr müşahidə olunur. Burada əsas məsələ İrandan Azərbaycana qarşı qərəzli ifadələrin səsləndirilməsidir. Zaman-zaman İranın həm siyasi, həm də hərbi dairələrində ölkəmizə qarşı qərəzli ifadələrə yol verildiyinin şahidi oluruq. Eyni zamanda Azərbaycan səfirliyinə hücum həyata keçirən terrorçunun hələ də cazalandırılmaması və edam edilməməsi rəsmi Bakı tərəfindən böyük narazılıqla qarşılanır. Pezeşkian hökuməti həm Azərbaycana qarşı qərəzli ifadələrə yol verən həmin dairələri susdurmalı, həm də səfirliyimizə hücum edən terrorçunun layiq olduğu cəzaya çatması üçün əlindən gələni əsirgəməməlidir. Digər bir məsələ isə İranın haqsız olaraq Zəngəzur dəhlizinə qarşı çıxmasıdır. Bu məsələ də geniş şəkildə müzakirə olunacaq. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün böyük strateji əhəmiyyət kəsb edir. Eyni zamanda İran tərəfi yenidən Ermənistanı silahlandıran ölkələrdən birinə çevrilib. Biz Teleqram kanalları vasitəsilə İrandan Ermənistana silah daşınmasının şahidi oluruq. Bu proses dayandırılmalıdır. Əgər Tehran Bakı ilə yaxşı münasibətlər qurmaq istəyirsə, o zaman bu məsələlərdən əl çəkməlidir. İranın Ermənistandakı səfirliyinin davranışları və Azərbaycana qarşı verilən açıqlamalar da Pezeşkianın diqqətinə çatdırılmalıdır. Bunun yolverilməz olduğu bildirilməlidir. Çünki səfir Mehdi Sübhani faktiki olaraq İran dövlətini təmsil edir. Onun özünü Daşnaksütyun partiyasının lideri kimi aparması normal hal deyil. Bu, İran prezidentinin diqqətinə çatdırılan məsələlələrdən biridir. Digər məsələ regional kommunikasiyaların inkişafı ilə bağlıdır. Pezeşkian özü də nəqliyyat əlaqələrinin, quru yolunun modernləşdirlməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu kimi layihələr icra oluna bilər. Bunlar həm qlobal, həm də regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərdir.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir