Şimdi yükleniyor

Zeynal Emraliyev: CƏBHƏDƏ MÜHARİBƏ, SARAYDA SƏRVƏT YARIŞI MEDVEDEV PULUNU, MİŞUTSİN SƏLAHİYYƏTİNİ ARTIRIR

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə əlaqəli 15 fond Ukraynada müharibənin başlanmasından sonra hesablarındakı vəsaiti kəskin şəkildə artırıb. Bu barədə “Moscow Times” məlumat yayıb. Məlumata görə, keçən ilin sonuna həmin fondlarda 1.08 milyard dollar yığılıb. Fondlar arasında “Dar”, “Sotsqosproyekt”, “Qradislava”, “Neva”, “Yantarnı kray”, “Naşa pravda” və başqaları var. Sonuncusu – “Naşa pravda” 2023-cü ilin martında Dmitri Medvedevin təşəbbüsü ilə Rusiya ordusunu dəstəkləmək məqsədilə qeydiyyata alınıb. Bu fond ordunu dronlar, gecə görmə cihazları, nişangahlar və tibbi avadanlıqla təchiz edir. İki il ərzində “Naşa pravda” hərbi ləvazimatlara 30.4 milyon dollar xərcləyib. Ukraynada baş verən müharibə Rusiyada sosial vəziyyəti olduqca ağırlaşdırıb. Gündəlik istehlak mallarının böyük qismi cəbhə üçün səfərbər edildiyi üçün ölkədə faktiki ərzaq çatışmamazlığı ilə bağlı vəziyyət yaranıb. Medvedev bu məsələdən geniş şəkildə istifadə edir və ölkədəki bir çox iş adamlarına himayədarlarlıq edir. Prezident Vladimir Putin isə səlahiyyətinin çox hissəsindən baş nazir Mixail Mişutsinin xeyrinə imtina etməyə hazırlaşır. Artıq bir çox mühüm səlahiyyətə baş nazir nəzarət edir. Yaxın gələcəkdə Rusiyanın tam prezidentlikdən Fransada olduğu kimi yarı prezidentliyə keçirilməsi gözlənilir. Mədvedevin inhisarçı iş adamlarına himayə etməsi və öz şəxsi sərvətini artırması hökumətin diqqətindən qaçmır. Nəzərə alaq ki, Rusiyada iri iş adamları ilə bağlı yüksək vergilər mövcuddur. Bu vergilərin təməli Mixail Mişutsin hələ Federal Vergi Xidmətinin rəisi olduğu dövrdə qoyulub. Hazırda da vergi xidməti baş nazirin nəzarətindədir. Mişutsin Mədvedevin himayə etdiyi iş adamlarının fəaliyyətini xüsusilə yoxladır, lakin çox irəli gedə bilmir. Çünki Vahid Rusiya Partiyası hazırda keçmiş prezidentin nəzarətindədir. Hökumət rəhbərinin bir çox məsələdə məhz parlament dəstəyinə ehtiyyacı olduğunu nəzərə alsaq bu ona ciddi problem yarada bilər. Artıq Mişutsin iqtidar partiyasına üzv olmaq üçün müraciət edib. Onun məqsədi Kremllə razılaşaraq partiya rəhbərliyini ələ keçirməkdir. Dmitri Medvedevin partiyadakı hökmranlığı həm Mişutsinin birincilik iddialarının qarşısını alır, həm də hökumət rəhbəri kimi effektiv işləməsinə mane olur. Sabiq prezident artıq partiya rəhbərliyindən gedəcəyini hesablayaraq öz yerinə alternativ namizəd çıxarır. Son zamanlar partiyada Moskva meri Sergey Sobyoninin mövqeləri kəskin şəkildə güclənir. Qeyd edim ki, Sobyanin məhz Medvedevin prezidentliyə dövründə paytaxtın rəhbərliyinə gətirilib. Buna görə də onların yaxın münasibəti hazırda da davam edir. Son zamanlar Kremldə Nikolay Patruşev və Aleksey Dyüminin timsalında ” çinoviklər ” adlanan və keçmiş KQB elitasını təmsil edən qrupun mövqeyi güclənib. Onlar isə Qərblə sərtlik siyasətinin saxlanılması şərti ilə Mişutsinin iqdisadi siyasətini dəstəkləyirlər. Dmitri Medvedevlə bağlı məlumatların Rusiya mediasında yayılması onu göstərir ki, keçmiş prezidentin nəzarətində olan biznes qurumlarından və fondlar da Federal Vergi Xidməti və hüquq – mühafizə orqanları tərəfindən əməliyyat keçiriləcək.

Share this content:

Yorum gönder