Şimdi yükleniyor

Zeynal Emraliyev: ABD Husilerle barıştı

YAXIN ŞƏRQDƏ YENİ OYUN QAYDASI ABŞ HUSİLƏRLƏ BARIŞDI ! ABŞ Prezidenti Donald Tramp Yəməndəki husiləri bombalamağı dayandıracağını açıqlayıb. Tramp bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib. “Dünən gecə çox yaxşı xəbər gəldi. Husilər bizə dedilər ki, daha döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanı dayandıracağıq”, – o qeyd edib. Amerika liderinin sözlərinə görə, husilər təslim oldular və artıq gəmiləri partlatmayacaqlarını açıq şəkildə bildirdib. Bu arada, ABŞ ilə husiləri Oman barışdırıb. Bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl Busaidi bəyan edib. Onun sözlərinə görə, əldə edilən razılaşmaya əsasən Husilər Babül-Məndəb boğazından keçən ABŞ gəmilərinə hücumları dayandıracaq. Nazir əlavə edib ki, tərəflər bir-birinə hücum etməyəcəklərini və Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcəklərini vəd ediblər. ABŞ və husilərin son anda barışmasına bir neçə amil təsir göstərə bilər. İlk növbədə İsrail və ABŞ Həmas və Hizbullahı bitirmək üçün yeni planın üzərində işləyir. Tramp hakimiyyətə gəldikdən sonra Qəzza bölgəsinin tamamilə sökülməsi və insanların köçürülməsi üçün həll planı təqdim edib. Eyni zamanda İsrail Hizbullahı və Həmasın mövqelərini şiddətli şəkildə bombalayır. Vaşinqton və Tel – Eviv indiki şəraitdə husilərlə problem yaşamaq istəmir. Düzdür, husilər bu razılaşmanın İsrailə aid olmadığını bildirsə də, tərəflər arasında bununla bağlı gizli razılaşma olduğunu əldə edilə bilər. Sülhün əldə edilməsində ikinci vacib səbəb ABŞ – nin ticarət gəmilərinə müntəzəm edilən hücumlardır. Vaşinqtonun bu hücumları dayandırmaq üçün 2 yolu var – Yəmənə quru müdaxilə və ya husilərlə barışıq bağlamaq. Donald Tramp yeni müharibəyə başlamaq istəmir. Mövcud müharibələri bitirmək onun seçki kompaniyasının əsasını təşkil edirdi. İndiki halda yeni müharibə Ağ ev rəhbərinin nüfuzuna ciddi təsir göstərə bilər. Eybi zamanda bu Çinlə iqdisadi rəqabətdə olan ABŞ – yə ciddi maliyyə probmeləri də yarada bilər. Rəqibin isə bundan məharətlə istifadə edəcəyinə şübhə yoxdur. Əldə olunan razılaşma üçün üçüncü səbəb isə ABŞ və İran arasındakı yaxınlıqdır. Ola bilsin ki, Tehran proksi qüvvəsi olan husilərə ABŞ – yə qarşı hücumları dayandırmaq barədə göstəriş verib. ABŞ və husilər arasındakı toqquşma Vaşinqton – Tehran danışıqlarına ciddi şəkildə təsir göstərir. İstənilən halda, əldə edilmiş razılaşma İsrailin planlarını pozur. Netenyahu hökuməti ABŞ – İran razılaşmasının baş tutmasını istəmir və bunun üçün də Tehranın proksi qüvvələrinə böyük önəm verirdi. Nəzərə alaq ki, husilərlə baş tutan barış gələcəkdə ABŞ – İran barışığı üçün də əsas ola bilər.
Zeynal Emraliyev

Share this content:

Yorum gönder