KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Zelenskinin keçmiş sağ qolu Rusiyanın “əlinə oynayır?”- Əgər belədirsə…

Kənan Novruzov: Zelenskinin keçmiş sağ qolu Rusiyanın “əlinə oynayır?”- Əgər belədirsə…

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
187 0

Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç əks- hücum əməliyyatlarının ləng davam etməsinə görə Qərbi, o cümlədən ABŞ- ı günahlandırıb. O bildirib ki, ukraynalıların amerikalılara çoxlu sualları var: “Xüsusən də əks-hücum niyə belə düzgün olmayan şəkildə hazırlanıb və niyə bu qədər silah verilib? Düşünürəm ki, bu yolla Qərb müttəfiqləri Kiyevi əvvəldən danışıqlara sövq edirdilər”.
İlk növbədə onu deyək A. Arestoviç mübahisəli siyasi fiqurdur. O, müharibənin ən çətin mərhələsində istefa vermiş və bunu öz xoşluğu ilə etdiyini bildirmişdi. İstefa səbəbi isə dəqiq açıqlanmamışdı. Prezident Volodimir Zelenskinin sağ qolu hesab edilən adamın qəfil istefası, şübhəsiz ki, çoxlarını düşündürmüşdü. A. Arestoviç bir müddət siyasi səhnədə görünmədi. İndi isə nadir hallarda müsahibələr verir. Bir məsələ dəqiqdir ki, o, hazırda rəsmi Kiyevi təmsil etmir.
Prezident Ofisinin keçmiş nümayəndəsinin açıqlamasında xeyli maraqlı məqamlar var. Doğrudur, V. Zelenski də əks- hücum əməliyyatlarının sürətindən narazılığını bildirib. Amma o, buna səbəb kimi hava şəraitini, Ukraynanın şəxsi heyət arasında itkinin minimum olmasına çalışdığını göstərib. Ölkə rəhbəri deyib ki, hər metr üçün qan tökülür. A. Arestoviç isə birbaşa Qərbi ittiham deyib. Beləliklə, o, ya bilməyərəkdən siyasi səhv edib, ya da məqsədyönlü şəkildə nəyəsə çalışır. Çünki o, əks- hücum əməliyyatlarının Qərbdən asılı olduğunu açıq şəkildə etiraf edib.
Düzdür, Ukrayna rəsmiləri Qərbin onu dəstəklədiklərini etiraf edir və hətta zaman- zaman silah da istəyirlər. Bu köməyi heç ABŞ və müttəfiqləri də gizlətmir. Amma məsələ ondan ibarətdir ki, rəsmi Kiyevin mövqeyinə görə bütün qərarları Ukrayna hərbi- siyasi rəhbərliyi verir. Elə isə niyə A. Arestoviç “əks-hücum niyə belə düzgün olmayan şəkildə hazırlanıb?” sualını verir. Məgər əks- hücum əməliyyatlarını Qərb idarə edir? Hətta belədirsə də, axı bunu demək olmaz. Prezident Ofisinin keçmiş nümayəndəsi həm də hərbi ekspertdir. Əminəm ki, o, bu cür məqamların hərbi sirr olduğunu yaxşı bilir.
A. Arestoviçin Qərbi hədəf gətirərək əslində Ukrayna hakimiyyətini ittiham etməsi də mümkündür. Hərçənd bu da ya siyasi səhv, ya məqsədyönlü addım kimi qiymətləndirilməlidir. Çünki əgər belədirsə, gələcəkdə ABŞ və müttəfiqləri ilə Ukrayna arasında münasibətlərin pisləşməsi istisna deyil.
Başqa bir məqam sabiq müşavirin ehtimal edilən danışıqlarla bağlı səsləndirdiyi fikirlərdir. Bir çox analitiklərin fikrincə, Qərb müharibənin uzanmasında maraqlıdır. Elə buna görə də Ukraynaya balanslı formada hərbi dəstək göstərir. A. Arestoviç isə bunun əksini iddia edir. Onun dediyindən belə çıxır ki, Qərb Ukraynaya kifayət qədər dəstək verməməklə bu dövləti Rusiya ilə danışıqlar masasına oturmağa məcbur edir. Lakin bir çoxunun fikrincə, Qərb danışıqlarda maraqlıdırsa, Ukraynaya daha çox dəstək verməli və Rusiyanı müzakirələrə məcbur etməlidir. Keçmiş müşavir, həqiqətən, ABŞ- ın Rusiyanın “əlinə oynadığını” deyir və belə düşünür? Maraqlıdır.
Bir məsələ dəqiqdir ki, Rusiya A. Arestoviçin bu açıqlamasını geniş tirajlayacaq və öz maraqları naminə istifadə edəcək. Etiraf etmək lazımdır ki, Kiyevin addımlarının Vaşinqtondan idarə olunmasını göstərmək üçün Moskvanın əlinə yaxşı fürsət düşdü.
Həmçinin ABŞ və Ukrayna rəsmiləri də A. Arestoviçin bu fikirlərinə münasibət bildirəcəklər. Onun əslində nə demək istədiyini və niyə belə danışdığını isə gələcək hadisələr göstərəcək.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir