KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Zabit Babayev: UKRAYNANIN RUSİYADAN QEDİM DÖVLETÇİLİK TARİXİ

Zabit Babayev: UKRAYNANIN RUSİYADAN QEDİM DÖVLETÇİLİK TARİXİ

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
397 0

1.Slavyanlar haqqında.
Slavyan tayfaları – çexler, polyaklar, slovaklar, bolqarlar, serbler, xorvatlar, beloruslar, ruslar, ukraynalılardır. Bu tayfalar qerbde Elba ve Oder çaylarından başlamış cenubda Qara deniz ve Dunay çayına qeder, şerqde Dnepr çayı arası erazide yaşayırdılar.
Slavyan tayfalarından ruslar haqda melumat “ros” ve “roskomos” şeklinde qedim Assuriya menbelerinde var. O cümleden de M. Kalankatuklu 452-ci ilde roskomosların Albaniyaya hücum edib Böyük Qauanı (Dağlıq Qarabağı) tutmasından behs edirdi.
VI esrin ortalarına aid Bizans menbeleri slavyanlar haqda daha geniş melumat verir. VI esrin ortalarında onların Bizans imperiyasına hücum edib Balkan yarmadasının şımalını, sonra Makedoniya ve Yunanıstanı işğal etmelerini qeyd edir. Menbeler bildirir ki, bu yerleri işğal eden slavyanlar Bizansa feodal qaydaları getirir, quldarlığı süquta uğradaraq Bizansın ehalisine çevrilirler. Slavyanların diger qismi ise öz yerlerinde qalırlar.
Qara deniz etrafı eraziler, Krım yarmadası eradan evvelki dövrden kimmerilerin, skiflerin, daha sonralar sarmatların, alanların nüfuz daireleri olmuşdır. Qara denizin qerb bölqesinde peçeneqler yaşamışlar.
IV – VII esrlerde baş vermiş hun yürüşleri bir terefden xalqların böyük köçüne, diger tefefden de xalqların etnikleşmesine sebeb olmuşdur. Bu hadıseden behs eden akademik Bartold qeyd edirdi ki, mehz sifetleri donuza oxşayan, palazqulaq roskomosların qeşeng qadınları türk hunlarla etnikleşdikden sonra müasir sarışın rus xalqı meydana geldi.
Bartoldun qeyd etdiyi bu etnikleşme prosesi Qara deniz etrafı erazilerde türklerle yaxınlıqda olan slavyan tayfaları ile de qetmişdi ve neticede müasir ukraynalıların ecdadları olan xalq yaranmışdı.
VI- VII esrlerde türklerden siyasi tesisatçılıq medeniyyetini menimseyen slavyanlar qerb, şerq, cenub istiqametlerinde hereket etmekle üç qrupda temsil olundular. VII esrde şerq slavyanları Xezer dövletinden aslı oldular. Qerb slavyanlarında ise ilk dövletler meydana gelmeye başladı. VII esrin birinci yarısında Çexiya ve Avstriya erazilerinde slavyanların ilk dövleti olan Samo dövleti yarandı. Bu dövlet 30 il mövcud oldu ve avarlar terefinden süquta uğradıldı. IX esrin evvelinde yaranan Moraviya dövleti de X esrin evvelinde macarlar terefinden süquta uğradıldı.

2. UKRAYNA DÖVLEYİNİN YARANMASI.

IX esrin ikinci yarısında Şimali Avropada Skandinaviya tayfalarının güclü birliyi yaradılmışdı.
Onlar geniş eraziler boyu yürüşlere başlamişdilar. Bu yürüşler IX-XI esrleri ehate edirdi ve ” vikingler dövrü” adlanırdı. Avropanın qerbinde onları ” normanlar”(şimal adamları), Rusiya ve Bizansda ise “varyaqlar” (anda sadiq adam) adlandırırdılar. Varyaq yürüşleri zamanı X esrde Avropada slavyanların çex ve polyak dövletleri meydana gelmişdi.
IX esrde bir qrup varyaq destesi Rürik başda olmaqla Novqoroda gelib orada Rürikler sülalesinin hakimiyyetini yaratdılar. 882-ci ilde Rürıkın oğlu Oleq Ukrayna slavyanlarının merkezi olan Kiyevi tutub öz hakimiyuetine birleşdirdi. Kiyev merkez olmaqla şerq slavyanlarının yalnız bir qismini özünde birleşdiren Ukrayna slavyan dövleti yarandı. Ukrayna sözü “kenar torpaqlar” anlamını verir. Bu dövlet Novqorod, Polotsk, Smolensk, Suzdal ve Rostov torpaqlarını ehate edirdi. X esrde güclü dövlet olan Kiyev dövleti Xezer xaqanlığını süquta uğratdı. XI esrde onlar Bizansa qarşı yürüşler etdiler.
Moskva, Tver, Vladimir ve Ladoqa gölü etrafı erazilerde ise Ros slavyanları yaşayırdılar. Ros (rus) slavyanlarının ukraynalıların Kiyev dövletine aidiyyatı yox idi.
Kiyev dövleti 1097-ci ile kimi vahid dövlet olaraq qaldı ve Lübeç yığıncağı 1097-ci ilde dövletin ayrı-ayrı knyazlıqlara parçalanması haqda qerar verdi. 1237-1243-cü illerde bu knyazlıqlar Qızıl Ordu dövletinden aslı veziyyete düşdüler. Bu aslılıq 1480-ci ile kimi davam etdi.

3. RUS DÖVLETİNİN YARANMASI.

Hem Kiyev, hem de Ros slavyan knyazlıqları Qızıl Ordaya xerac verirdiler. Qızıl Ordalılar artıq onlara qarşı yürüş etmirdiler.Bu,onların güclenmesine yol açdı.
XII esrde Şimal-şerq rus slavyanlarında Yuri Doıqorukiy (1125-1157) 1147-ci ilde Moskva şeherini saldıraraq güclü knyazlıq yaratdı. Lakin bu knyazlıq XIII esrde Qızıl Ordunun aslılığına düşdü. Qızıl Ordunun yürüş etmemesinden istifade eden bu
knyazlıq XIV esrde etraf rus slavyan knyazlıqlarını tıtmağa başladı. Tver knuazlığından başlamaqla Rostov ve Yaroslav knyazlıqlarını leğv edib özüne birleşdirdi. 1478-ci ilde Novqorodu tutdu. III Ivan. (1462-1505) 1480-ci ilde Uqra döyüşünde Qızıl Ordu xanı Ehmedi meqlubiyyete uğratdı ve Qızıl Ordunun aslılığından çıxdı. O, Moskva etrafında knyazlıqların birleşdirilmesini davam etdirerek Ros slavyanlarının merkezleşdirilmiş Rus dövletini yaratdı. III Vasiliden (1505-1533) sonra hakimiyuete gelen IV İvan Qrozni (1534-1584) 1547-ci ilde çar titulunu qebul ederek ilk rus çarı oldu. Belelikle, ilk rus dövleti yarandı.

4.UKRAYNA RUSİYA VE POLŞA TABELİYİNDE.

XIII esrde Polşa ve Litva Ukrayna ve Belerosiya torpaqlarını, İsveç ve almanlar ise şimal-qerb rus slavyan torpaqlarını tutmuşdular. XIV esrde hemin eraziler uğrunda Polşa ve Litvaya qarsı Alman Tevton ordeni arasında mübarize başlanmışdı.Bu zaman Polşa ve Litva 1385-ci ilde Krevski sazişini bağlayıb ittifaq yaradırlar. Onlar ukrayna ve beleroslarla birge 1410-cu ilde Qrünvald döyüşünde aimanları meqlubiyyete uğratırlar.
Bu dövrde Ukrayna-Belorus erazilerinin rus slavyanlarla heçbir elaqesi olmur. Onlar Litva ve Polşanın tabeliyinde qalırlar.
1648-ci ilde Ukraynada Bogdan Xmelnitskiy Polşa ve Litvanın aslılığına qarşı çıxıb üsyan edir, Zaparojye seçini tutub özünü getman elan edir. 1649-cu ilde o, polyakları meqlub edib Zborovo sülhünü bağlayır. Bu sülhe esasen Uktaynada Kiyev, Çerniqov ve Braslav voyevodalıqları müsteqillik qazanır ve müsteqil qetman ıdareçiliyi yaradılır. Lakin polyaklar 1651-ci ilde onları yeniden meqlubiyyete uğradırlar. Rus dövleti bundan istifade edir ve 1653-cü ilde Zemstvo yığıncağı Ukraynanı Rusıya tabeliyine qebul etmek haqda qerar verir. Ukrayna Pereyaslav radası qerarı tesdiqleyir. Bu, Rusya ile Polşa arasında müharibeye sebeb olur. 1654-1667-ci illeri ehate eden bu müharibe Andurusovu sülhü (1667) ile neticelenir. Sülhe esasen, Kiyev daxil olmaqla Solsahil Ukraynası Rusiyaya verilir. Sağsahil Ukrayna Polşada qalır. 1676-1681-ci iller rus-türk müharibesinde bağlanan Baxçasaray sülhü ile Sağsahil Ukrayna Türkiyeye keçir. Lkin Türkiye bu erazini öz elinde çox saxlaya bilmir ve polyaklar yeniden oranı tuturlar. 1793-cü ılde Polşanın ikinci bölüşdürülmesi zamanı Rusiya Ukrayna ve Belerosiya erazilerine tam şekilde yiyelenmeye nail olur. Rusiyada çar devrildikden sonra 1917-ci ilin noyabrında bolşevikler Ukraynada xalq hakimiyyeti yaratmaq isteyirler. Lakin Almaniya 1918-ci ilde Ukraynanı tutub orada öz protektorluqlarının getman diktaturasını yaradır. . Almaniya meqlub edildikden sonra 1919-cu ilin martına qeder Denikine qarşı aparılan mübarizeden sonra 10 martda Ukraynada Sovet hakimiyyeti yaradılır. 1922-ci ilde Ukrayna SSRİ terkibine qatılır, 1991-ci ilde yeniden müsteqil olur.

NETİCE.

1.XVI esrin evveline qeder rusların vahid dövleti olmamışdır.
2. Ukrauna slavyanlarının esas üzeyini teşkil etdiyi Kiyev dövletinin rus tarixçileri terefinden “Kiyev rus dövleti” adlandırılması meqsedyönlü ve kobud sehfdir. Bu, onların işğalçılıq niyyetlerinden qaynaqlanır.
3. Putinin ukraynalıların dövleti olmamışdır, onlara Lenin 1917-ci ilde dövlet yaradıb demesi velikorusların
işğalçılıq niyyetlerinin etirafıdır.

Zabit BabayevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir