KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. ZƏRDÜŞT ƏLİZADƏ: Rusiya və Fransa Azərbaycanın Xankəndinə daxil olmasına imkan verməyəcək

ZƏRDÜŞT ƏLİZADƏ: Rusiya və Fransa Azərbaycanın Xankəndinə daxil olmasına imkan verməyəcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
42 0

Azərbaycan və Ermənistan Brüsseldə növbəti dəfə üzərlərinə öhdəliklər götürdülər. Bu öhdəliklərin necə həyata keçiriləcəyini söyləmək çətindir. Şarl Mişel tərəfləri bir araya gətirir, razılaşdırır. O biri tərəfədən də Rusiya prezidenti Putin prosesə mane olur. Hər halda əldə olunan razılaşmalar sülhə doğru müsbət addımlar sayıla bilər”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə Prezident İlham Əliyev, Aİ Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri PaşinyanınBrusseldə mayın 22-də keçirilmiş üçtərəfli görüşünü savaş.org-a şərh edərkən bildirib.

Z.Əlizadə Qarabağın statusu ilə bağlı perspektivləri şərh edərkən deyib ki, Rusiya yaxın illərdə Azərbaycanın Xankəndinə daxil olmasına imkan verməyəcək: “Ruslar buna imkan verməyəcək. Rusiya orada oturub. Rusiya gedəndən sonra Fransa gəlib orada oturacaq. Beynəlxalq aləm buna imkan verməyəcək. Azərbaycanda ciddi islahatlar getməlidir. Azərbaycan Qarabağ erməniləri ilə problemlərini Ermənistanla yox, Rusiya və Avropa ilə həll etməlidir. Ermənistanın nə imkanı var ki, Qarabağ ermənilərinə görə Azərbaycana təsir etsin?”

Politoloq bildirib ki, Paşinyanın üzərinə götürdüyü öhdəlikləri icra edə bilməməsinin səbəbi vəziyyətinin ağır olmasıdır: ” O, sapdan asılıdır. Baxmayaraq ki, parlamentdə onun 75 faiz deputatı var. Müxalifətin mitinqinə bir qədər çox pul ayırsalar, onlar dövlət idarələrinə hücum çəkəcəklər. O da məcbur olacaq ki, güllə atsın”.

Z.Əlizadə İrəvanda Paşinyan əleyhinə çıxış edən aksiya iştirakçılarını “təxribatçı” adlandırıb: “Onlar təxribatçılardır. Qan-qan deyirlər. İstəyirlər ki, Paşinyan onlara güllə atsın, həbs etsin və s. Ermənilər müxalifəti söyür, lənətləyir. Erməni ordusuna Rusiya nəzarət edir. Rusiya korpus komandirinə göstərik verə bilər, o da gəlib Paşinyanı həbs edər. Paşinyan bunu bilir, ona görə də çox ehtiyatlı addımlar atır”.

Politoloq deyib ki, Azərbaycan Ermənistanda Paşinyanın mövqeyini gücləndirmək istəyirsə, erməni əsirləri buraxmalıdır: ” 35-40 ermənidir. Onların bizim üçün nə əhəmiyyəti var? Mənasız ədavət yalnız Rusiyaya sərf edir. Xoş niyyət göstərmək lazımdır. Heydər Əliyev “hamnın hamıya” prinsipi ilə əsirləri qaytarırdı. İlham Əliyev də belə etməlidir”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.