KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yunanıstanı Türkiyəyə qarşı qoymağa çalışırlar

Yunanıstanı Türkiyəyə qarşı qoymağa çalışırlar

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
390 0

Dr. Hasan OKTAY

Hasan Oktay: “Yunanıstan Türkiyəyə qarşı dayana bilməz”
Yunanıstanla Türkiyə arasında onsuz da isti olmayan münasibətlər daha da soyuqlaşıb. 2016-cı ildə Türkiyədən qiyamdan sonra helikopterlə qaçan 8 hərbçinin Yunanıstana sığınmasından sonra bu dəfə Türkiyə hərbçiləri sərhədi keçən iki yunan əsgərini həbs edib. Hazırda iki yunan hərbçinin Türkiyədə mühakiməsi davam edir.

Yunanlar isə əsgərlərin geri qaytarılmasını tələb edir. Hətta bununla bağlı Afinada böyük etiraz mitinqi də keçirilib. Baş nazir Aleksis Çipras da Ankaraya müraciət edərək hərbçiləri geri göndərməyi istəyib. Ancaq Türkiyə hökuməti sərhəddə xidmət edən Yunanıstan ordusunun leytenantı Aggelos Mitretodis və gizir Dimitros Kouklatzisin mühakimə olunacağını bəyan edib.
Bu hadisə iki ölkə arasında siyasi və hərbi gərginliyə səbəb olub. Xüsusən də Yunanıstanın milliətçi dairələrində Türkiyə əleyhdarlığı daha da yüksəlib. Yunanıstan müdafiə naziri Panos Kammenos Almaniya mediasına bildirib ki, Türkiyəyə məxsus təyyarə və gəmilər Yunanıstanın hava və dəniz sərhədlərini tez-tez pozur. O, Türkiyə tərəfindən dəniz sərhədlərinin pozulması hallarının 4,5 dəfə, hava sərhədlərinin pozulması hallarının isə 48 faiz artdığını bildirib. Nazir deyib ki, Yunanıstan NATO və Avropa Birliyi üzvü olduğu üçün hər iki qurumun bu prosesə müdaxilə etməsi lazımdır.

Image result for yunanıstan türkiyə

Bundan başqa, müdafiə naziri Kammenos deyib ki, “Yunanıstan daha Türkiyənin təxribatçı hərəkətlərinə dözən deyil”. Eyni zamanda Türkiyə ilə sərhəd bölgələrə 7 min nəfərlik əlavə qüvvə göndərdiyini bildirib.

Ancaq Yunanıstanın özündə müdafiə nazirinin bu mövqeyini bir çox siyasətçilər bölüşmür. İfrat sağ cinahdan olan Kammenosun Türkiyə düşmənçiliyi və prezident Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətməsi parlamentdəki sol siyasi partiyalardan, o cümlədən hazırkı baş nazirin partiyasından tənqidlərə səbəb olub.

Türkiyə-Yunanıstan gərginliyi savaşa səbəb ola bilərmi? Ümumiyyətlə, proseslərin gedişatı nə vəd edir?

Image result for hasan oktay

“Kafkassam” strateji araşdırmalar mərkəzinin rəhbəri Hasan Oktay Yunanıstanla Türkiyə arasında gərginliyin toqquşmaya çevriləcəyinə inanmır. Ancaq ekspertin fikrincə, bu cür gərginlik daha çox Afinanın maraqlarına cavab verir. Sitat: “Yunanıstan Osmanlı imperatorluğuna qarşı qurulmuş bir layihə dövlətdir. Ona görə də mütəmadi olaraq Türkiyə ilə gərginlik yaratmağa çalışır. Bununla da Afina Avropa dövlətlərinin münasibətindən asılı olaraq Türkiyəyə qarşı münasibət ortaya qoyur. Bu səbəbdən də yaxın gələcəkdə Yunanıstan Avropa dövlətləri tərəfindən bir avanqard güc olaraq Türkiyəyə qarşı istifadə olunarsa buna da təəccüblənmək lazım deyil”.

Lakin H.Oktayın fikrincə, Yunanıstanın bu cür addımları daha çox təzyiq məqsədlidir, nəinki birbaşa güc göstərmək. Ekspert deyir ki, Türkiyə indi Yunanıstana qarşı çox güclü rıçaqlara malikdir: “Yunanıstanın Türkiyəyə qarşı dayana bilməz. Hətta günü bu gün Türkiyə istəsə Yunanıstanı içəridən qarışdıra bilər. Hətta xəritədən silə bilər. Bu səbəbdən də Yunanıstan Türkiyəyə qarşı bundan o tərəfə gedə bilməz. Amma Yunanıstanı əlində saxlayan dövlətlər istəsələr, Afinanı Ankaraya qarşı qoyar və sonra da ata bilərlər. Yunanlar türkləri yaxşı tanıyır, bu səbəbdən də gərginliyi daha da şiddətləndirməzlər”.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir