Milli Eğitim Müfredatı ve Cihad/Mücahede/İctihad

Biz aptal değiliz ama sizi aptal yerine koyanlar var

Suriyede iktidar kavgası: İran’ı Suriye’den çıkarma söylemi ile İsrail’in kopardığı gürültü

Ankara saldırısının kritik soruları

Yunan və türk hərbi gəmiləri müharibə vəziyyətindədir

Gündem 14 Ağustos 2020
275

Türkiyə Aralıq dənizində öz haqqını sona qədər müdafiə edəcək

Türkiyənin Şərqi Aralıq dənizindəki həmlələrindən narahat olan Yunanıstan NATO-dan kömək istəyib. Türkiyənin Meis adası yaxınlığında “Oruc rəis” gəmisi ilə seysmik araşdırma aparması Afinanı təşvişə salıb. NATO rəhbəri Jens Stoltenberqə telefon zəngi edən Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətini dayandırmasını xahiş edib.

Xatırladaq ki, Türkiyə öz haqqı və Liviya ilə imzalanmış rəsmi müqavilə çərçivəsində Aralıq dənizində fəaliyyətini gücləndirib. Aralıq dənizində gəmilər göndərən Türkiyənin bu addımı Fransa, Yunanıstan, İsrail və Misirin narahatlığına səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyə süni küləklərlə əyilib-bükülən bir ölkə deyil. Prezidentin sözlərinə görə, Türkiyənin regional və qlobal bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə Ankaranın üstünə gəlirlər:

“Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə təzyiq göstərirlər. Hamısının bir-bir öhdəsindən gəlirik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, regional və qlobal mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var”.

Türkiyənin Aralıq dənizində aktivlik nümayiş etdirməsini “Şərq”ə təhlil edən türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Liviya böhranından və Kipr ətrafındakı enerji yataqları söhbətindən sonra bölgə uğrunda ciddi rəqabət başlayıb. H.Oktayın sözlərinə görə, rəsmi Ankara Kipr adası ətrafındakı enerji ehtiyatlarının çıxarılması və Avropaya nəql edilməsi prosesini yaxından izləyir:

“Türkiyə ilə Liviya arasında bağlanmış iqtisadi müqavilə Ankaranın əlini gücləndirdi. Buna qarşılıq Yunanıstanla Misir də anlaşma imzaladılar. Məqsədləri Türkiyəni bölgədə çıxılmaz vəziyyətə salmaq, hərəkət imkanlarını məhdudlaşdırmaqdır. Lakin Ərdoğan Misir-Yunan razılaşmasının “yox” hökmündə olduğunu söylədi və “Oruc rəis” savaş gəmilərini Aralıq dənizinə göndərdi.

Bu addım Misirlə anlaşmaya imza atan Yunanıstanda sözün həqiqi mənasında zəlzələyə səbəb oldu. Yunan və türk hərbi gəmiləri müharibə vəziyyətindədir. Yunanıstan Türkiyəyə qarşı qurulmuş bir proje dövləti olduğu üçün birbaşa Ankaraya etiraz edə bilməyən ölkələr tərəfindən maşa olaraq istifadə edilməkdədir.

Əslində, Afina tək başına Türkiyənin qarşısında 8 saat belə dayana bilməz. Amma arxasına aldığı güclərin təhriki ilə Türkiyəyə qarşı “müqavimət” göstərir, Ankaranı “təhdid” edir. Hər şeyə rəğmən, Türkiyə Aralıq dənizində öz haqlarını sona qədər müdafiə edəcək və bir addım geri çəkilməyəcək. Hətta bunu ilk Türkiyə başlatmasa da, tərəflər arasında müharibə ehtimalı da mümkündür. Türkiyə heç bir ölkə ilə savaş dili ilə danışmır.

Ancaq regional proseslər və gedişat istənməyən hadisələrə səbəb ola bilər. Türkiyə heç bir təhdidə boyun əymək fikrində deyil və beynəlxalq hüquqa söykənərək öz haqlarını axtarmağa davam edəcək”.
İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/135565?fbclid=IwAR1kf_r2WIXtUfjD9bO3DU0zL-hB5GESpL8tWU5jB9FVPxUzRK_IXVHgDvU

Yorumlar