12 noyabr tarixində Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının Qardabanidəki ofisində eyniadlı təşkilatın nəşr etdirdiyi “Yeni Yol” qəzetinin 100-cü sayının nəşri ilə bağlı tədbir keçirildi.
“Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlu tədbiri açıq elan etdikdən sonra Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyevi kürsüyə dəvət etdi. Musa Hacıyev qonaqları salamladıqdan sonra təşkilatın fəaliyyəti və “Yeni Yol” qəzeti haqqında qısa məlumat verdi.
Sonra Qəzetlə bağlı olaraq hazırlanmış olan video çarx təqdim edildi.
Daha sonra Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov, Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfirliyinin Din Hizmətləri Müşaviri Əhməd Erdem, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin 1-ci Müşaviri Sərxan İsmayılov və səfirliyin əməkdaşı Rəhim Rəhimzadə, Azərbaycandan gəlmiş qonaqlar “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Azərbaycanda fəaliyyət göstərən Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, Yunus Əmrə -Tiflis İnstitutunun müdiri Ali Oğuzhan Yüksel, Professor Mahmud Kamaloğlu, qəzetin yazarlarında Mirzə Məmmədoğlu, Sahib Mustafalı, Şənhəyat Elmanqızı və oxucular adından da Zabit Hüsiynov çıxış edərək xoş arzu və diləklərini dilə gətirdilər.
Olunan çıxışlar zamanı qəzetin əhəmiyyəti, bölgədəki informasiya qıtlığının aradan qaldırılmasındakı rolu və tərəfsiz və doğru xəbərləri işıqlandırması diqqət mərkəzində tutuldu.
Tədbirin sonunda qəzetin redaksiya heyətinə, yazarlarına və qəzetlə əməkdaşlıq edən şəxslərə təşəkkürnamələr təqdim olundu.
Yeni Yol” qəzetinin 100-cü sayı
504 0
EtiketlerYeni Yol” qəzetinin 100-cü sayı
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.