KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yeni Pentaqon rəhbəri Rusiya siyasətində sərt xətt tərəfdarı olacaq.

Yeni Pentaqon rəhbəri Rusiya siyasətində sərt xətt tərəfdarı olacaq.

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
401 0

ABŞ-da Respublikaçı, milyader ,Rusiya ilə normal siyasi əlaqlərə üstünlük verəcəyi,hətta Putinə qarşı simpatiyasını dilə gətirən Donald Trampın prrezident seçilməsi,təccüblü olsada onun hazırda əsas işi öz komandasını formalaşdırmaqdırmaq və komandasında hansı isimlərin təmsil olunacağı və hansı siyasi kursu yürüdəcəkləri maraq kəsb etməkdədir.Trampın gələcək dörd ildə işləcəyi şəxslərin adlarına fikir verdikdə siyasi və iqtisadi mühafizəkarlar və ABŞ-ın hegemon bir dövlət olmasınnan yana şəxslərə üstünlük veridiyi görsənməkdədir.Prinsipcə respublakaçılar mühafizəkardırlar,ABŞ-ın “Dünya Jandarmın”siyasətinin tərəfdarlarıdır.Trampın Rusiya haqqında seçki öncəsi pozitiv hətta ABŞ xarici siyasəti ilə uzlaşmayan açıqlamalarının əksinə olaraq,Pentaqon rəhbərliyinə Rusiya əlehdarı general Ceyms Mattisi gətiriməsi təccüblü görsənməməlidir.Bu təyinatdan aydın olur ki,Trampın yürüdəcəyi Rusiya siyasəti ABŞ-ın ənənənəvi maraqlarına hesablanacaq.Təcrübəli və peşəkar,NATO və Yaxın Şərqdə uzun müddət xidmət aparan bir generalı Pentaqon rəhbərliyinə gətirməklə,Tramp Yaxın Şərq siyasətində yeni və sərt xətt siyasətinə üstünlük verəcəyi və NATO ilə əlaqələri genişləndirəcəyini deməyə əsas verər.Çünki,potensial rəhbərliyə gətirilən general NATO-nun güclənməsini və Rusiyanın zəiflədilməsi üçün daima cəsarətli çıxışlar edibdir. Hətta,Ceyms Mattis Rusiya demokratik ölkə ilə qonşu olmağı müsbət hesab etmir. “O, ətrafa qeyri-stabillik saçaraq özü üçün təhlükəsizlik qarantiyası yaratmaq istəyir”-general bildirib.
Potensial Pentaqon rəhbəri hesab edir ki, əslində məsələ təkcə Putin orbtində deyil, bütövlükdə Rusiyadadır. “Ola bilsin Putin qəfəsdən buraxdığı gücü özü də idarə etmək imkanında deyil. Hesab edirəm ki, o, 2020-ci il ərəfəsində ölsə varisi Putinin azad etdiyi impulsları nəzarətdə saxlaya bilməyəcək”-Mattis bildirib. Generalın fikrincə Putin hakimiyyətdən gedəndən sonra Rusiyanın dəyişəcəyi haqda təsəvvürlər illuziyadır.Yebi Pentaqon şefinin Rusiyada soyuq duş effekti yaradacağı və Tramp haqqında müsbət fikirlərə son qoyacaq.
Ceyms Mattis Amerika dəniz piyadalarının sıralarında 44 il xidmət edib. 2001-ci ildə Əfqanıstanın cənubunda gedən hərbi əməliyyatlara komandirlik edib. Daha sonra ABŞ-ın İraqa müdaxiləsi zamanı əsas komandirlərdən biri olub. Həmin il Amerika qoşunları sürətlə irəliləyərək Bağdadı tutsalar da Səddam rejiminin tərəfdarları, habelə radikal qəbilələri Əl-Fəlluca şəhərinə nəzarət etməkdə davam edirdi. 2004-cü ildə general Mattisin rəhbərliyi altında Əl-Fəllucaya hücum başlayıb. Bu, İraq hərbi kampaniyasının ən qanlı əməliyyatı idi. General Mattisin komandanlığı ilə Amerika qoşunları Əl-Fəllucada xüsusi amansızlıq nümayiş etdirdilər. Həmin əməliyyata görə Mattis “quduz köpək” təxəllüsü qazandı.
2010-cu ildə o, ABŞ-n Yaxın Şərqdəki qüvvələrinin tabe olduğu Mərkəz komandanlığının rəhbəri təyin edilib. Bu vəzifədən istefaya gedib və Obama administrasiyasının siyasətinin qatı tənqidçilərindən birinə çevrilib.Generalın məhz istefası Obama administrasiyasını tənqid etməsidə xarici siyasətdə sərt xəttin tərəfdarı olmasını göstərir. Trampın belə bir generalı yüksək posta gətirməklə Yaxın Şərq və Rusiya siyasətində sərt xəttə üstünlük verəcəyi kimi gözləmək olar.Trampın xarici və milli təhlükəsizlik sahəsində təcrübəsiz olduğunu nəzərə alsaq,peşəkarlarla işləyəcəyi və onları dinləyəcəyi şübhəsizdir. Xidmət müttətində tərcümeyi halına diqqət etdikdə aydın olur ki,yeni Pentaqon şefi ABŞ-ın Rusiya və Yaxın Şərq siyasətində yeni hərbi dönəm siyasətini gətirəcək.Son illərdə Pentagonla Türkiyə ilə soyuq münasibətlərə son verə bilər.ABŞ-ın Yaxın Şərqdə zədələnmiş,iflasa uğramış siyasətini bərpa edib,regionda əsas söz sahibi Türkiyənin geosiyasi maraqlarını nəzərə alıb,inkişaf edən Rusiya-Türkiyə əlaqələrini zəiflədə bilər.ABŞ xarici siyasətində mühüm rol oynayan Pentaqon və onun yeni şefinin Cənubi Qafqazda ABŞ geosiyasi maraqlarını nəzərə alacağını Rusiyanın regionda təsirini zəiflətmək istiqamətində çalışacağı,Azərbaycana və Gürcüstana önəm verəcəyi şübhəsizdir.Respublikaçılar daima Cənubi Qafqazı ABŞ geosiyasi maraqlarına əsas tərkib hissəsi kimi baxıblar.Və Rusiyanın Cənubi Qafqazda mövqeyini zəiflətmək üçün siyasi xətti davam etdiriblər. Regionda Ermənistanın Rusiyanın forpostu olması,son aylarda Rusiyanın bu ölkədə hərbi iştirakını möhkəmləndirməsi, yeni administrasiya və Pentaqon tərəfindən diqqətə alınacaq və Ermənistanın regionda sülhə və təhlükəsizliyə Rusiya ilə birgə ciddi təhlükə kimi baxılacağı gözlənilə bilər.Bu rakursdan baxdıqda Rusiyanın regionda qalıcı və mövqeyini saxlayan və möhkəmləndirən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana ciddi dəstək verərək,Rusiya və Ermənistanın mövqeyini zəiflədər.Buda münaqişənin həllində irəliləyişə səbəb olar.Suriyada Rusiya zəiflədilsə,ardınca Cənubi Qafqazda da zəiflədiləcək.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir