KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yeni dünya sistemi”nə doğru (mu?

Yeni dünya sistemi”nə doğru (mu?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
286 0
mayis alizade

nsansız Hava Aparatları (İHA) mühərrikləri istehsal edən Kanada firması Türkiyənin “Bayraktar” şirkətinə mühərrik satmayacağını açıqladı. Bunun bəsit səbəbi yenə eynidir: “mülki istifadə üçün istehsal edilən İHA-lardan hərbi əməliyyatlarda istifadə edilməsi”. Konkret deyilsə, öz torpaqlarını işğalçılardan, terrorçulardan, soyqırımçılardan təmizləmək üçün keçirilən əməliyyatlarda Azərbaycan ordusunun inventarında Türkiyənin “Bayraktar” şirkətinin istehsal etdiyi İHA-ların da mövcud olması.

Şimali Suriyada terrora qarşı apardığı mübarizənii bəhanə edən Kanada düz 1 il əvvəl də silah sənayesi sahəsində Türkiyəyə ixrac etdiyi bir çox ehtiyat hissəsinin satışını dayandırmışdı.

Əslində Türkiyə uzun müddətdən bəri silah-sursat idxalatındakı bu embarqoları soyuqqanlı qarşılayır. Çünki 1964-cü ildə Kipr adasında həyata keçirilən aviasiya əməliyyatından başlayaraq, Türkiyə nəinki silah embarqoları, iqtisadi sahədə də ağır embarqolara məruz qalsa da heç vaxt öz qərarlı mövqeyindən vaz keçməyib. Çünki dövlətlərin əllərində həmişə öz haqlılıqlarını müdafiə edəcək mexanizmlər mövcuddur və bu baxımdan Türkiyə də əlindəki ən xırda kartlardan belə öz lehinə istifadə etməyi bacarıb.

Necə bacarıb? Hər şeydən əvvəl, Türkiyə yaxşı bilir ki, şirkətlərdən başlamış ölkələrə qədər nə qədər sanksiya tətbiq edilirsə-edilsin, Qərb heç vaxt NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyədən vaz keçməyəcək.

Ankara bundan həmişə məharətlə istifadə edərək həm anlaşılmazlıqları aradan qaldıra, həm də meydana çıxa biləcək zərərləri minimizə edə bilir. Hərbi sahədəki embarqoların Türkiyənin öz silah sənayesini inkişaf etdirməsində müsbət rol oynadığını göstərən faktlar da az deyil.

İqtisadi sahədəki sanksiyalar isə yeni mallar istehsal edilməsi yoluyla sənayeni gücləndirdiyi kimi cəmiyyətdəki həmrəylik hisslərini də daim itiləyib. Ona görə İHA mühərriklərinin ixracatına Kanadanın qoyduğu qadağanın, birinci növbədə, Türkiyənin özünün o mühərrikləri istehsal etməsini sürətləndirəcəyini gözləmək heç də avamlıq sayılmamalıdır.

Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlığın iyulun axırından bəri çox sürətlə inkişaf etməsi bu cür embarqoların öz torpaqlarını işğaldan azad etmək üçün uğurlu əməliyyatlar aparan Azərbaycana da tətbiq edilə biləcəyini ehtimal etsək, bunu soyuqqanlı qarşılamaqla iki ölkənin müştərək silah istehsalına yönəlmə prosesini sürətləndirməyi lüzumlu qılacağını demək mümkündür.

Zira tətbiq edilən və ya haqsız yerə tətbiq edilmə ehtimalı olan sanksiyalara qarşı görüləcək tədbirlər stratejik baxımdan düzgün yönləndirilsə, o sanksiyalardan əvvəllər bir ölkə güclü çıxırdısa, indi iki ölkənin də güclənərək çıxması mümkündür.

Azərbaycan dövlət başçısının 26 oktyabrda xalqa müraciətindən anlaşıldı ki, 27 sentyabrda başlayan hərbi əməliyyatlar dünya sistemində yeni bir sınma yaratmağa namizəddir və artıq Bakı da bu sınmanın ortaya çıxaracağı paradiqma dəyişikliklərinə nəinki sinə gərməyə, onu öz lehinə çevirməyə də qərarlıdır. Bu, özünü hər şeydən əvvəl, silah sənayesi sahəsində göstərəcək və proseslərin strateji istiqraza çevrilməsindən çəkinilməyəcək.

Vəziyyət yenə və yenidən 1964-cü ilin iyun ayını xatırladır: istiqlal savaşının qəhrəmanlarından olan baş nazir İsmət İnönü (1938-1950-ci illər arasında prezident) Kipr adasındakı türkləri oradakı rumların hücumlarından qorumaq məqsədilə aviasiya əməliyyatı təşkil etdirəndə ABŞ prezidenti Jonson Türkiyə hökumətinin başçısına məktub yazaraq “amerikan silahlarından istifadə edilməməsi” barədə xəbərardlıq etmişdi. 80 yaşlı İnönünün cavabı Türkiyənin müstəqilliyinin və geostrateji manevr imkanlarının çox mühüm bir örnəyi kimi siyasət müntəxabatına daxil olub: “Yeni dünya sistemi yaranar və Türkiyə o sistemdə öz yerini alar.”

27 sentyabrda başlayan əməliyyatlar “yeni dünya sistemi yaratmağa” namizəd kimi görünür. Öz mənafeyinə uyğun olan hər hansı sistemdə yer almağa Türkiyə heç vaxt tərəddüd etməyib. Şübhə yoxdur ki, əməliyyatın startı verilənə qədər Azərbaycan da bütün ehtimalları ciddi şəkildə analiz edib və xaricdən gələ biləcək məhdudiyyətlərə qarşı “yeni dünya sistemində yer alma” mexanizmi də daxil olmaqla, alternativ əks-həmlələr hazırlayıb.

Tarixi günlərdən keçdiyimizə heç kim şübhə etməsin.

Mayis Əlizadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir