KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Yeganə Hacıyeva: ABŞ-ın hansı postsovet ölkələrində hərbi bioloji laboratoriyaları var?

Yeganə Hacıyeva: ABŞ-ın hansı postsovet ölkələrində hərbi bioloji laboratoriyaları var?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
365 0

Bir-birinə rəqib olan ölkələrin mübarizə yollarından biri də bioloji silahlardan istifadə olunmasıdır. Son günlər Rusiya da iddia edir ki, Ukraynada Amerika Birləşmiş Ştatlarına məxsus 30 bioloji laboratoriya var. Rusiya Hərbi Qüvvələrinә tabe olan Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillovun iddiasına görə, həmin laboratoriyalarda vəba, qarayara, brusellyoz, difteriya, salmonellyoz, dizenteriya patogenlərinin izlərinə rast gəlinib.

İndiki müharibə şəraitindən əvvəl də Amerika, Çin, Rusiya bir-birini bioloji silahlardan istifadə etməkdə günahlandırırdı.

1943-cü ildən 1969-cu ilə qədər bioloji silahlardan istifadə edən Amerikanın SSRİ dağıldıqdan sonra keçmiş ittifaq respublikaları ərazinə qədər bu üsullarla genişləndiyi iddia olunur.

Onların sırasında aşağıdakı ölkələrin adları hallanır:

Ermənistan

Gürcüstan

Qırğızstan

Ukrayna

Qazaxstan

Latviya

Litva

Estoniya

Özbəkistan

Moldova

Sadalanan ölkələrdə bu laboratoriyalar müxtəlif istiqamətlidir. Onların bəzisi həmin ölkələrlə müştərək və açıq şəkildə istifadə edilsə də Ermənistandakı bu məntəqələr gizli məqsədlər üçün qurulub. Onlara yerli mütəxəssislər buraxılmır. Əsasən İran üçün hədəflənən bu hərbi bioloji laboratoriyalarda məxfi işlər görülür. Təkcə Qazaxstan ABŞ hərbi laboratoriyası ilə bağlı rəsmi açıqlama verib ki, bu müəssisədən öz ölkəsinin rifahı üçün istifadə olunur.

Postsovet ölkələrindən Tacikstan, Rusiya, Belarus, Türkmənistan ərazisində belə hərbi bioloji laboratoriyaların olmadığı bildirilir. Azərbaycan dövləti də ABŞ-ın hərbi maraqları çərçivəsində belə müqaviləyə qol atmayıb.

Mövzuyla əlaqədar analitik Yeganə Hacıyeva Bizim.Media-ya açıqlama verərək bildirib ki, Amerika Birləşmiş Ştatlarının xarici ölkələrdə hərbi məqsədli bir çox laboratoriyası var:

“Bu laboratoriyalar təyinatı üzrə iki istiqamətə bölünür. Birinci istiqamət aid olduqları ölkələrdə regionda patogenlərin yayılması, bioloji silahdan istifadə və ondan müdafiə yollarının araşdırılması üçün yerli hökumətlərlə iş birliyini həyata keçirir. İkinci isə paralel olaraq ABŞ-ın Müdafiə Nazirliyinin nəzdində olan ümumilikdə müxtəlif regionlarda onların maraqlarına xidmət edən hərbi bioloji laboratoriyalardır.

Sırf ikinci bioloji laboratoriyaların postsovet ölkələrindən Ermənistan, Gürcüstan, Qırğızıstan və digər Baltikyanı ölkələrində mövcud olduğu bilinir. İlk zamanlar Rusiyanın Ermənistandakı bioloji laboratoriya ilə bağlı narahatlığı olub.

Hətta 2019-cu ildə Rusiya XİN başçısı Sergey Lavrov belə bir laboratoriyanın olmasından Rusiyanın narahat keçirdiyini bildirib. Və bundan sonra Rusiyanın Ermənistandakı rəsmi nümayəndələri bu laboratoriyaya baş çəkib. Cənubi Qafqazın 2-ci ölkəsi olan Gürcüstanda da Lugar adında bioloji laboratoriya var. Bu laboratoriyada aktiv tərzdə koronavirus pandemiyası ilə mübarizə sahəsində ABŞ ilə Gürcüstan hakimiyyəti arasında geniş iş birliyi olub”.

Ekspert əlavə edib ki, 2008-ci ildə ABŞ-ın çoxmilyardlıq büdcəsi nəzərdə tutulan Bioloji Müdafiədə Birgə İştirakçılıq Proqramı – CVEP elan olunandan sonra buna maraq göstərən ilk ölkələrdən biri Ermənistan olub:

“Aydın məsələdir ki, burda rəsmi İrəvanın ənənəvi marağı – ölkəyə növbəti kənar maliyyənin cəlb olunması istəyi dururdu. İndi Rusiya Ukraynadakı bioloji laboratoriyanın varlığından narahatlığını dilə gətirsə də. Vaxtında Ermənistandakı laboratoriyalarla bağlı bu qədər təşvişə düşməyib”.

Məleykə, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir