KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yaxın Şərqdə Kürd kartı parçalanmaya xidmət edir

Yaxın Şərqdə Kürd kartı parçalanmaya xidmət edir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
379 0

Türkiyənin Cənub -Şərqində Həkkari, Mardin, Diyarbəkir bölgələrində PKK terror təşkilatının aktivləşməsi və hərbçilərə hücum halları çoxalıb . Şimali İraqda PKK kamplarına və Şimali Suriyada Türkiyənin uğurlu əməliyyatlarına cavab kimi terroristlər, bu ölkənin daxilində təxribatlarını həyata keçirir. Məqsəd Türkiyəni daxili savaşa çəkmək, Suriya və İraqda Pkk-PYD-nin güclənməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, İraqda və Suriyada PKK-PYD təşkilatı ABŞ-ın verdiyi silahlarla güclənərək, Türkiyəyə qarşı xain hücumlarına ara vermir. PKK bu qədər terror fəaliyyətinin çoxalmasında, bu terror təşkilatının silahlanmasıda rol oynayır. Fikir versək, Türk əsgərlərinin ələ keçirdiyi mağaralarda çoxlu sayda Amerikan və Fransa, Almaniya istehsalı silahlar və digər kəşfiyyat cihazları ələ keçirilir. Buda onu göstərir ki, PYD vasitəsilə PKK-nı silahlandıranlar, rəsmi Ankaraya qarşı təzyiq rıçaqlarını artırır. Türkiyə hakimiyyəti PKK /PYD ilə nə qədər silahlı mübarizə aparması, Suriya və İraqdakı vəziyyətdən asılı olacaq. İraq və Suriyada sabitlik bir başa Türkiyə üçündə önəmlidir. Təbii ki, Türkiyəyə qarşı bu terror hücumlarının hazırlandığı və mərkəzləşdirilmiş yeri Şimali İraq və Suriyadı. Ona görədə Türkiyə hakimiyyəti, Suriya və İraqda PYD/PkK terrorçularına qarşı əməliyyatları genişləndirməli və inkişafına imkan verməməlidir. Həmçinin İraq və Suriyanın parçalanmasına, Şimali İraq Kürd muxtariyyətinin müstəqilliyinə imkan verməməlidir. Lazım gələrsə, Suriya və İraqın mərkəzi hakimiyyəti ilə sıx əlaqələr qurmalıdır. Hərçənd, İraq və Suriya parçalansa, yeni hədəfdə Türkiyə olacaq. Kürd kartı, regionda dövlətlərin parçalanması və zəiflədilməsində mühüm rol oynayır.
Məhəmməd Əsədullazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir