KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yaxın Şərqdə yeni savaşın ayaq səsləri Qəzzada nələr baş verir?

Yaxın Şərqdə yeni savaşın ayaq səsləri Qəzzada nələr baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
338 0


Tramp prezident seçiləndən sonra ABŞ-ın digər dövlətlərlə dövlətlərarası münasibətlərində böyük durğunluq yarandı. Rusiya ilə əlaqələrin güclənəcəyi düşünülərkən daha da münasibətlər kəskinləşdi. Obama dönəmindən bu yana Türkiyə ilə münasibətlər də Tramp dövründə daha da gərginləşdi. Çin və Avropa ilə münasibətdə də xeyli durğunluq yaranıb. İranla münasibətlər isə son günlər daha da pisləşib. Uzaq Şərqdə Şimali Koreya ilə ABŞ arasındakı münasibətlər heç də xoş deyil.
Tramp söz verdiyi kimi ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi qərarını təsdiqlədi. Bu gün qərar icra edilir və Avropanın çox ölkəsi, ərəb dövlətləri, Türkiyə qərardan narahatlıq keçirdiklərini vurğulayıblar. Həmçinin qərar Rusiya və Çin tərəfində də narahatlıqla qarşılanır. Xüsusən, qərar İranın mənafeyinə cavab vermir.
Trampın bu qərarı hansı geosiyasi nəticələrə səbəb ola bilər?!
-Hər şeydən öncə Trampın bu qərarın icrasından bir neçə gün öncə İranla münasibətlərin kəskinləşməsinə səbəb olacaq “nüvə anlaşması”nı dayandırmağında dayanmaq istərdim. Trampın qərarı verəcəyi bəlli idi və İranla nüvə anlaşmasını da qərarın icrasından bir neçə gün əvvəl ləğv etdi. Bu bir təsadüf idi?!
Düşünürəm ki, xeyr. İranla İsrailin əlaqələrinin yaxşı olmaması ilə ABŞ-ın bu addımı atması arasında təsadüf ola bilməz.
İsrailin paytaxtı Tel-Əvivdən Qüdsə köçürmək arzusu bəllidir və faktiki olaraq İsrailə də bu yolda ən böyük dəstək ABŞ-dan gəlir. ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsində isə həm Qüdsün İsrail ərazisi olduğunu dünyaya duyurmaq mesajı güdür və bu mesajda siz də tanımalısınız xəbərdarlığı var. Həm də yəhudi və müsəlmanlar arasında mübahisəli hesab edilən bu şəhərə ABŞ öz səfirliyini köçürürsə, İsrail paytaxtı Tel-Əvivdən köçürəcəyi halda, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, yaxud tanımayacağı sualına da cavab bu qərarın icrası ilə tapıldı. Bəli ABŞ bu məsələdə İsrailin atdığı hər bir addımı dəstəkləyəcək. ABŞ İsrailə dəstək olmağa da məcburdur, çünki İran məsələsində İsrail ABŞ cəbhəsində yer almış dövlətdir və İrana qarşı kəskin mövqeyi ilə seçilir. İsrail hesab edir ki; “İranın nüvə silahı əldə etməsi ilk növbədə İsrailin suverenliyinə təhdiddir.”
İran məsələsinin həllində İranı özünə təhdid kimi görən dövlət də ABŞ-a lazımdır.
Qüdsün önəmini görmək üçün tarixə baxmaq zəruridir. Qüdsə hələ lap əvvəllər yəhudi və müsəlmanlar iddia etmişlər. Xüsusən, katolik kilsəsinin də burada maraqları var idi. Papa II Urban səlib (xaç) yürüşlərində ən böyük məqsəd kimi Qüdsün ələ keçirilməli olduğunu bəyan etmişdir. Papa müsəlmanları kafir adlandıraraq İsanın qəbrini onların əlindən xilas etməyin vacib olduğunu bildirmişdi. Lakin burada əsas mövqedə İusus Xristos (İsa peyğəmbər) sevgisi yox, şəxsi mənfəət dayanırdı. Bu yürüşü həyata keçirmək üçün qəlbində İsa sevgisi olan hər kəsi buna təhrik etmək lazım idi. Bu gün isə bu qərarın qəbulu və icrası Qüdsün öz önəmini itirmədiyinin göstəricisidir.
Qəzzada qarşıdurmalar şiddətlənir. Trampın qərarından sonra xeyli sayda insan qərarın icrası əleyhinə çıxır. Ölü və yaralı sayı artmaqdadır. Lakin hər şeyə rəğmən, qərarın icrası həyata keçiriləcək və bu da Yaxın Şərqdəki çətin geosiyasi durumu daha da çətinləşdirəcək. Qərar Türkiyə tərəfindən də sərt şəkildə tənqid edilir. Hətta Hizbullah da qərarın icrasına qarşı çıxıb. Ərəb ölkələri və əksər Avropa ölkələri də qərara qarşı çıxıblar.
Qərarın icra edilməsi ABŞ üçün İsrailin bütün dövlətlərdən daha artıq çəkiyə malik olduğunun əsas göstəricisidir.
Emil Hesenli Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzi-nin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir