Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

Yaxın Şərqdə toqquşan maraqlar..

Gündem 26 Nisan 2018
83

Yaxın Şərqdə, xüsusilə də Suriya bölgəsində nisbi sakitlik hökm sürür. Lakin bu müvəqqəti vəziyyətdir. Yenidən böyük güclərin fəallığının şahidi ola bilərik. Regionda əsas aktorlar ABŞ, Rusiya, Fransa, Türkiyə İran və Əsəd rejimidir.
Əvvəlcə, hər bir dövlətin ayrı ayrılıqda maraqlarından danışmaq istərdim.
ABŞ ın regionda maraqlarından danışarkən ilk əvvəl “Böyük Orta Doğu Projesi” ni qeyd etməliyik. Belə ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd Türkiyə, İran kimi ölkələrin sərhəddində Böyük Kürdistan dövləti yaratmaqdır ki, bununla da həmin ölkələri parçalamaq məqsədi güdülür. Bu səbəbdən də ABŞ bu bölgədə xüsusi fəallıq nümayiş etdirir. Rusiya ilə birbaşa olmasa da hərbi toqquşmaların əsas səbəbi də məhz bu amildir. Təbii ki, Rusiya istəməz ki, ABŞ regionda bu dərəcədə hegemonluq etsin. Digər tərəfdən də hal hazırda Suriyada Rusiyaya sadiq vassal olan Bəşər Əsəd hakimiyyətdədir. Lakin, Böyük Kürdistan dövləti yaranacaq olsa bu birbaşa ABŞ ın idarəetməsi şəraitində olacaq.
Rusiyanın əsas məqsədi qeyd etdiyim kimi, hər hansı bir ölkənin regionda üstünlük qazanmağına imkan verməməkdir. Rusiyanın qarşısında bir koalisiya formalaşıb ki, Rusiya bu mənada olduqca çətin vəziyyətə düşüb. Ona dəstəyini göstərən dövlət isə Türkiyə oldu. ABŞ və Qərb bloku qarşısında sanksiyalara məruz qalan Rusiya bununla müvəqqəti də olsa rahatlaşa bildi.
Fransaya gəldikdə isə Emmanuel Makronun bu fəallığını ona borcluyuq ki, Fransa Avropa İttifaqının hegemon dövlətlərdən biridir və nəzərə alsaq ki Almaniya bu məsələlərdə o qədər də fəallıq göstərmir, Fransanın aktivliyini başa düşmək olar. Bu mənada regionda baş verən hadisələrdə öz reaksiyasını ortaya qoymaqda əsas məqsədi Fransanın da var olmasını vurğulamaqdır. Bundan da əlavə Fransa, ümumiyyətlə Qərb istəməz ki, Türkiyə Suriyada üstünlüyə yiyələnsin. Hətta ölkədəki mətbuat orqanlarının da bu mənada Fransa hökümətinə iradlarının və təzyiqlərinin şahidi olmuşduq. Belə ki, Fransa mətbuatında belə bir məqalə dərc edilmişdi, ” Türkiyəyə Suriyada irəliləməyə imkan vermək olmaz. Türkiyə güclənir ! “. Təbii ki, Qərb Osmanlının hakimiyyətini hələ unutmayıb. Məhz bu yazıdan bir qədər sonra Fransa höküməti Suriyada əsas aktorlardan birinə çevrildi. Yaxın günlərdə E.Makronun Donald Trampla ABŞ da görüşü oldu. Görüşün əsas məqsədi iki ölkə arasındakı əlaqələrin 250 illiyi ilə bağlı olsa da, əsas müzakirə mövzusunun Suriya ilə bağlı olduğu məlum idi.
Türkiyəyə gəldikdə isə deyə bilərəm ki, hal hazırda Türkiyə gözləmə mövqeyi tutub. Bunun əsas səbəbləri bunlardır : 24 iyunda keçiriləcək prezident seçkiləri, ölkədəki iqtisadi vəziyyət və.s. Türkiyənin regionda bir marağı var ki, o da ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. “Zeytun Budağı” əməliyyatı da məhz bunun üçün nəzərdə tutulmuşdu. Böyük güclər arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda Türkiyə Rusiya ilə müttəfiqlik xətti götürdü. Bunun da bir sıra səbəbləri vardı. Əvvəla, Rusiya Türkiyəyə dəstəyi qarşılığında Atom Elektrik Stansiyalarının inşaasında yardımçı oldu. Hansı ki, Türkiyə 1955-ci ildən bəri bu layihəni arzulayırdı. Bununla da Türkiyə ölkəni elektrik enerjisi ilə təmin edə bilir. Digər məsələ isə S400 lərlə bağlıdır. Belə ki, ABŞ tərəfi nə qədər Türkiyəyə mane olmasına baxmayaraq, Türkiyə bu mənada öz qətiyyətini ortaya qoymuşdu Aprel ayının 3-4-də Ankarada keçirilmiş Zirvə görüşü zamanı da. ABŞ isə Türkiyə S400 alacağı təqdirdə onlara F35 silahlarını satmayacağını bildirirdi. Türkiyə Afrin əməliyyatlarından sonra ABŞ a inamı itdi və artıq Rusiya ilə nəyəsə nail olmağa cəhd edir. Seçkilərdən sonra, hətta seçki ərəfəsində də Türkiyə yarımçıq qalmış işini tamamlamağa cəhd edə bilər. Yəni, Mənbiçə doğru irəliləyə bilər. Bununla da daxili siyasətini tənzimləmək məqsədi güdə bilər ki, seçkilərdə vətəndaşların bu çətin vəziyyətdə Ərdoğanın iqtidardan düşürməyəcəyinə ümid edə bilər !
İran da təbii ki, bölgədə əsas aktorlardan biridir. İranın əsas məqsədi nədir? Daha dəqiq desək marağı nədir regionda ?
Düşünürəm ki, İranın hazırda əsas məqsədi eynilə Rusiya kimi hər hansı bir ölkənin bölgədə üstünlüyə yiyələnməsinin qarşısını almaqdan ibarətdir. İran da yaxşı başa düşür ki, Suriyanın hazırki vəziyyəti İran üçün yaxşı heç nə vəd etmir.
Belə deyək, Suriya İranın “red line” dir. Çünki mövcud situasiyaya, Böyük Orta Doğu projesinə nəzər saldıqda görərik ki, Suriyanın düşməsi regionda “domino” təsiri bağışlaya bilər. İranın fəallığı bu mənada vacibdir ölkəsi üçün !
Bəşər Əsəd üçün deyə bilərik ki, Əsəd Rusiya vassalı olmağa razıdır, nəinki sonda Səddam Hüseyn və ya Muəmmər Qəddafinin aqibətilə üzləşmək ehtimalına. Bu səbəbdən də əslində baş verən hadisələrdə Əsəd deyil Rusiya amilini nəzərə almağımız daha məntiqli olardı.
Onu da qeyd etməliyəm ki, Suriyadakı hadisələrə yalnız siyasi sferada baxmağımız bir qədər sadəlövhlük olardı. Çünki bölgədə siyasi mübarizəylə yanaşı iqtisadi və hərbi maraqlar da var. Belə ki, ilk növbədə qeyd edək ki, Suriya digər ərəb ölkələri ilə müqayisədə neft o qədər də çox deyil. Lakin strateji cəhətdən olduqca əhəmiyyətlidir. Suriya Aralıq Dənizinin yaxınlığında yerləşir ki, bu da marağı daha da artırır.
Məsələn ABŞ ın Dəməşqi bombalayarkən əsas məqsədlərindən biri də məhz silah reklam idi. Bu isə birbaşa Türkiyəyə mesaj idi. ABŞ bununla demək istəyir ki, sizin seçdiyiniz S400 lər bizim sizə təklif etdiyimiz silahlar qarşısında acizdir !

Rusif Məmmədov,

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

Yorumlar