KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. YAXIN ŞƏRQ-qaynayan coğrafiya

YAXIN ŞƏRQ-qaynayan coğrafiya

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
356 0

İraq mərkəzi hakimiyyətinin Kərkük və digər mübahisəli əraziləri Ərbil bölgəsəl yönətimindən azad etməsi, ərazi bütövlüyünün bərpası üçün atılan mühüm addımdır. Əsas, vacib məsələ, bundan sonra Bərzaninin müstəqilliyinin qarşısını almaq və İraqın ərazi bütövlüyünü bərpa etməkdir.

Qeyd edim ki, Bərzani peşmərgələrinin Kərkük və Mosuldan geri çəkilməsi, ciddi şəkildə İraq ordusu ilə açıq savaşa girməməsi, birbaşa ABŞ-ın Bərzaniyə tapşırığı əsasında baş verdi. Əgər, İraq ordusu muxtariyyətin inzibati sərhədlərini keçərsə, buna şiddətli qarşılıq verilə bilər və Vaşinqtonda Bərzanini açıq dəstəkləyəcək.

Ümumiyyətlə, ABŞ heç vaxt şimali Kürd muxtariyyəti lahiyəsindən kənar çəkilməyəcək. Bundan əlavə, eyni ssenarini Şimali Suriyada həyata keçirəcək. Şimali Suriyada ABŞ-ın kürd kantonları ərazisində hərbi bazası məhz buna xidmət edir.

Kərkükün və Mosulun azad edilməsində İran dəstəkli “Haşdi Şabi” yarım hərbi qüvvələri İraqın ərazi bütövlüyünün təmin edilməsində və İŞİD -dən təmizlənməsində müstəsna rol oynayır. İraq könüllülərindən ibarət, İranlı hərbi təlimatçılar tərəfindən güclü bir ordu sistemində formalaşan “Haşdi Şabi” İraq ordusunun əsas dəstəkçisi olmaqla yanaşı, həmçinin İŞİD-in qorxulu yuxusuna çevrilib. Həmçinin bu yarım hərbi qüvvələr vasitəsilə İraqda öz siyasi dayaqlarını möhkəmləndirməyə çalışacaq.

Qeyd edim ki, ABŞ-ın regionda -Yaxın Şərq siyasətində strateji səhvləri, İranı mühüm oyuçuya çevirdi. İranın regional gücü, Rusiya ilə bölgədə birgə siyasi-hərbi koordinasiyası, Azərbaycanın Qafqaz və Türkiyənin regional siyasətinə mənfi təsir edəcək. İranın Qafqaza siyasi marağı getdikcə güclənəcək. İran Yaxın Şərqdə güclənməklə, Azərbaycana qarşı, xüsusilə Xəzər dənizində pay bölgüsü məsələlərində aqressiyasını artacaq.

Qeyd edək ki, Suriyada və İraqda Türkiyənin siyasəti iflasa uğraır. Halbuki, İranın əvəzində Türkiyə baş rolda olmalı idi, İranın güclənməsinin qarşısını almalı idi.

İran “Hizbullah”, “Haşdi Şabi” və “Husilər” vasitəsilə Yaxın Şərqin əsas oyunçusudur. Türkiyə isə, öz sərhədləri içərisində PKK ilə savaş aparmaqdadır. Rəsmi Ankaranın siyasi vəziyyəti elədir ki, Rusiya və İranın razılığı olmadan, Suriyada hərəkət edə bilmir.

Təbii ki, Yaxın Şərqdə yaşanan siyasi-hərbi xaos ABŞ-ın “Yaxın Şərq” planın bir hissəsidir. İran və Rusiya bunun qarşısını almağa çalışır. Öz regional oyunçu statusunu qorumağa çalışan Türkiyədə böyük ciddi siyasi-hərbi və terror təzyiqləri ilə üzləşəcək.
Muhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir