Bismillahir Rahmanir Rəhim. Hörmətli həm vətənlilərim. Bu gün Dmanisi (Başkeçitdə)baş verən hadisə hamı kimi mənidə çox narahat edir. Belə bir qarşı durmanın baş verməsi, belə bir cinayətin olması qəbul edilməzdi. Ümüd edirəm ki,bütün günahkarlar öz cəzalarını alacaqlar. Ədalət bərqərar olacaq. Bu cür hadisələrin milli və dini nifrətə çevrilməsi yol verilməzdir. Milliyətindən və Dinindən aslı olmayaraq bütün Gürcüstan vətəndaşları həmişə qarşılıqlı hörmət və tolerantlıq içində yaşayıblar. O cümlədən Gürcüstan vətəndaşı olan xalqımız hər zaman ölkəmiz Gürcüstanın inkişafı və qorunmasında əllərindən gələn hər şeyi yüksək səvyədə ediblır. Bizi əsirlər boyu davam edən dostluq və qardaşlıq münasibətləri bağlayır. Bir qurupun yol verdiyi qeyri etik,qanunsuz əməlini ümumiləşdirmək yol verilməzdi. Bu kimi əməllər milli və dini məsələ kimi insanlar arasında yaymaq bölgədə sabitliyin pozulmasına səbəb ola bilər. Ona görədə hörmətli həm yerlilərim,media təmsilçiləri,gənclər, siyasətçilər və rəsmi şəxslər. Xahiş edirəm bu kimi münaqişəyə fikir bildirərkən daha diqqətli olmaq və məsələnin milli və dini mübahisələr kontekstinə keçirilməsinə zəmin yaratmayaq. Gürcüstan bizim hamımızın vətənidir,qorumaqda bizim hamımızın borcudur. Necəki Allahın Rəsulu s.ə.və.s hədisində buyurur. Vətəni sevmək imandandır.
Yasin Aliyev