Yasamaldakı “İlahiyyat” məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına keçib. Bunun nə demək olduğunu sabah – Cümə namazında müəyyənləşdirmək olacaq. Çünki məscid yaşadığım evin yaxınlığındadır, hər Cümə burada maşın əlindən tərpənmək olmur, ən azı bir saatlıq tıxac yaranır. Bu da ondan irəli gəlir ki, müxtəlif rəqəmlərə görə Cümə namazına 8-10 min mömün gəlir. Yeni qərara görə isə “İlahiyyat” məscidində dini tədrisə önəm veriləcək, hətta məscidə bitişik ərazidə Tədris Mərkəzi binasının inşasına başlanılacağı haqqında xəbərlər var.
Görünən odur ki, “İlahiyyat” məscidi dövlətin nəzarətinə götürülür. Buna qədər məscidin dövlət qeydiyyatı da yox imiş. Hazırki qarışıq dünyada dövlətin dini ayinləri nəzarət altına almasının doğru qərar olduğunu düşünürəm, sadəcə “İlahiyyat” məscidində Cümə namazına gələnlərin aqibəti necə olacaq, onlar Cümə namazı üçün hara yönləndiriləcəklər, yoxsa elə əvvəlki kimi Cümə namazlarına davam edəcəklər – sualları hələ ki, açıq qalır. Çünki, açıq danışmaq lazımdır, Bakıda süni təriqətindən olan mömin soydaşlaşlarımız, həmçinin sələfilər arasında bu məscid populyardır. Elhan Şahinoğlu