Yasəmən Qaraqoyunlu: Nəyə doğru gedirik. Hansi durumdayiq?
Xankəndində Azərbaycan, Türkiyə, İran prezidentlərinin üçlü görüşü, bu görüsdə sayın İlham Əliyevin Pezeşkiana “Öz vətənindir. Vətəninizə xoş gəlmisiniz” deməsi bizi çox sevindirdi. Hamımiz çox duyğulandiq.
Bu görüşün, bu xoş mənzərənin əbədi olmasını dilədik.
Bu görüsdən, mesajlardan sonra, İ.Əliyev hökumətinin həyata keçirdiyi quruculuq işləri, Qarabağin işğaldan azad edilməsi, TDT-nin gunu gündən gücləndirilməsi, Ermənistanin Qərbi Azərbaycan adlandırılmasi böyük dəyişikliklərdir ki, bunu 30 il arzulamişdim, tələb etmişdim, mübarizə aparmışdım, bunların uğruna savaşmışdım.İndi düşünürəm ki, sayin İlham Əliyev elə böyuk işlər görur ki, fikirlərim, arzularim, gözləntilərim sürətlə həyata keçirilir ki, bu gün artiq İ.Əliyevin qarşisinda ancaq tənqidçi müxalifət olmaq yox, həm də bu işlərdə ona dəstək verən, yardim edən bir şəxs olmaliyam. Daha tənqidçi Yasəmen Qaraqoyunlu demək olar ki, yoxdur, TDT-ni quran bir siyasətə, iradəyə dəstək verən bir Yasəmən Qaraqoyunlu vardir. Əlbəttə ki, TDT-nın Türk Birləşik Dövlətlərinə (TBD) çevrilməsinə aparan siyaset izləməsi şərtilə.
Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan xəyalim, Azərbaycanin orta doğudaki misyonu haqdaki arzularim bu gün ölkədə aparilan siyasətlə üst- üstə düşür. Bir çox istisnalarla, Azərbaycanin Avrasiyadaki, orta doğudaki perspektivi ilə bağlı ğörüşlərimiz, özəlliklə xarici siyasətlə bağli Fikirlərimiz prezidentin fikirləri ilə demək olar ki, eynidir. İ.Əliyev yavaş- yavaş Azərbaycani Türkiyə ilə Türküstan arasinda bir körpüyə, bir mərkəzə çevirir. Azərbaycan qurucu bir mərkəz rolu oynayır. Bu tam da bizim arzuladığimiz siyasətdir.
(Daxili siyasətdə isə razilaşmadığim, qəbul etmədiyim çoxlu məsələlər var ki, buradaki qüsurlar, çatışmazliqlar haqqinda dönə – dönə yazmışam. Yaxşilari da demək, pisləri də demək borcumuzdur. Yıxıci tənqidçi olmaq yox, qurucu tənqidçi olmaq daha ərdəmlidir. Biz qurmaq üçün tənqid etdik. Heç bir mənffəət güdmədən hər cür təhlükələrə sinə gərərək ölkəmizi, dövlətimizi, millətimizi qorumaq məqsədilə meydana atıldiq. Bilənlər bilir. )
Lakin biz maksimalistik. Millətimiz üçün çox şeylər istəyirik. Millətimizi ucaltmaq istəyirik. Sonsuz xoşbəxtlik və güc istəyirik. Məhz buna görə də, ğörünənin görünməyən tərəflərini də göstərək deyirəm. Keçək əsas mətləbə.
Xankəndindəki görüşdə yanaşı duran üç Türk prezidentlərindən yalniz biri,
İran prezidenti Pezeşkian bütün kürsülərdən fəxrlə mən Türkəm! dedi. İranda Türk dili əsas dillərdən biridir dedi.Türk dili dövlət dili olmalıdir dedi.
Öncə Ə. Elçibəy, Nursultan Nazarbayev, sonra isə Pezeşkian fəxrlə Türkəm dedi.
Nə Türkiyə prezidenti sayın Ərdoğan, nə Azərbaycan prezidenti sayin İlham Əliyev, nə Azərbaycan müxalifət liderləri heç vaxt Mən Türkəm demədilər. Özlərinin Türk olduğunu deməkdən çəkindilər. Hətta Ərdoğan çox irəli gedib “mən Türk millətçiliyini ayaqlarimin altina alib əzərəm” dedi. Bununla da sübut etdi ki, nə orta dogu tarixini, nə dünya tarixini, nə də islam tarixini heç bilmirmiş…
Türkiyə cümhuriyyətinin başina, Türk Millətinin dövlətinin başina Türk millətçiliyini əzən birisi gətirilibsə, demək ki, Türkiyə cümhuriyyətində qurucu ünsur olan Türk millətinə qarşi Ataturkdən sonra düz 80 il böyük savaş aparilmişdir, Türk milləti sindirilmişdir.
Türklüyü İranda, Misirdə, Suriyada, İraqda, Əfqanistanda, Krimda, Ural- Altaylarda, Sibirdə, Azərbaycanda, Qafqazda, Hindistanda bitirdilər, Türkiyədə buraxarlarmi?
Türkiyə cümhuriyyətinin sahibi olan Türk milləti ilə bu ağizda danişmaq olmaz! Olmazdi!
Unutmayacağiq!
Mən Türkəm deməkdən Çəkinəcək nə var ki. Türk olmaq şərəfdir. Türk olmaq dövlət olmaq deməkdir, dövlət qurmaq deməkdir, dünyanı idarə etmək deməkdir, sivilizasiya qurmaq deməkdir, dinləri, mədəniyyətləri idarə etmək deməkdir. Türk olmaq çox böyük dağdır. Hər kəs daşiya bilməz!
Ərdoğan Türksüz Türkiyə quruculuğunu uğurla apararkən,
İlham Əliyevin Azərbaycaninda Türk dili, Türk milləti adı Anayasadan silindi. Azərbaycanli milləti, Azərbaycan dili qavramlari ilə Türk adı unutdurulmağa çalişilir. Tutaq ki, Qarabagin işğaldan azad edilməsinə qədər buna məcbur idik deyə bilərsiniz, bəs indi sizin qarşinizi kəsən nədir? İ.Əliyevin höküməti Türk kimliyini dövlətdən silmişdir.
İ.Əliyev höküməti Azərbaycanda Turan Universiteti qura bilərdi, Azərbaycani Turanin mərkəzinə çevirə bilərdi, əsir türk ellərindən minlərlə Türk tələbəni dövlət burslari ilə oxutdurub Türk dünyasinda gerçək dirçəlişi, quruculuğu başlada bilərdi, ortaq Türkcənin yayilmasi üçün yatirim yatira bilərdi, ancaq əvəzində İ.Əliyev Rusiyaya bağli universitetlər qurdu.
İ. Əliyevin Azərbaycaninda Rusiyanin agentura yuvaları olan “Rus evi”, “Slavyan Universiteti”, “Moskva Dövlət Universitetinin filialı”, “Seçenov adına Tibb universitetinin filialı”, 355 rus dilli məktəb fəaliyyət göstərir. Hər il yüz min rus dilli şagird bu məktəblərdən məzun olur. İ.Əliyev Azərbaycanda Rusiyaya ordu yetişdirir.
Ərdoğan Türkiyəsində Türk, Türkiyə adı Anayasadan silinib, türksüz federativ Anadolu, Osmanli dövləti qurulmağa çalışilir.
Burada Bati imperializmi Türkiyənin içində ustaca, hiyləgərcəsinə bir oyun oynayir. Türkiyə cümhuriyyətini federativ Osmanli dövlətinə çevirməyi planlayir ki, bu Osmanli dövlət modeli Türksüz Osmanli modelidir. Yəni ki, mərkəzində Türk millətinin olmadığı, Türkiyədəki bütün etnik qruplarin bərabər idarə etdiyiTürksuz dövlət modeli dünyaya qəbul etdirilməyə çalişılır.
Halbuki, Osmanli demək Türk deməkdir. Osmanli dövləti özbəöz Türk dövlətidir. Türksuz Osmanli yoxdur, olmamişdir. Osmanli dövlətini Türk milləti qurmuşdur. Osmanli dövlətinin sahibi Türk millətidir. Osmanli dövləti Türk dövlətidir. Türksüz Türkiyə, Türksüz Osmanli dövlətləri ABD-İzrail birliyinin projesidir ki, onu Türkiyədə uyğulamağa çalışan hər hökümət, Türkiyəni Türk Millətinin əlindən almaga çalişan hər lider Türk düşmənidir!
Türkiyəmizi də, Osmanli dövlətimizi də ABD-İzrail-Bati-Rus ittifaqina yem etməyəcəyik. Türksuz Türkiyə, Türksuz Osmanli yoxdur, ola bilməz.
Türkiyədə imperializm siyasi İslam üzərində çox kirli oyun oynayır.
Türksüz İslam anlayışi formalaşdirilir. Türksüz Türkiyə qavrami ilə barabər, Türksuz İslam qavrami da yayilmaqdadir ki, bu günkü İslamçilar həm də Türksüz İslam ümməti anlayışini qavramaqdadirlar. Türksüz İslam olmaz, olmamışdir.
7-10 -cu əsrlərdə İslamin qurucu gücü Ərəb, 10-20-ci əsrlərdə isə Türk olmuşdur. İslami qoruyan, yayan, sivilizasiya gücünə çevirən bir millət Türk millətidir. Türksüz İslam tarixi, İslam mədəniyyəti yoxdur. Bunu mən demirəm, bunu Türk- İslam tarixi deyir. Gedin İslam tarixini oxuyun ey Türksuz İslam xəyali quranlar. Kosmopolit İslam ümmetçiliyi yerimez. Her dinin, sivilizasiyanin mərkəzi gücü, qurucu ünşürü, təmsil edən bir otoritesi olur ki, 10-cu əsrdən etibarən 1920- ci illərə qədər İslamin mərkəzi otorite gücü Türkdur.
Ərdoğan Türkiyəsində içi boşaldılmış İslam, Türksüz İslam modeli təbliğ olunur.
Türksuz İran dövləti bölgəyə fəlakət gətirdi. İrana fəlakət gətirdi. Türksüz İran Orta doğuda yürüməz. Türksüz Əfqanistan olmadi. Yaşaya bilmədi. Türksuz Azərbaycan içi boş səsdir. Yüruməyəcək!
Bu üç prezidentin Türk millətinə, dilinə, adına münasibəti də onlarin ölkələrindəki Türk milli bilincinin, ictimai fikrin nə səviyyədə olduğunu da göstərir.
Türk milli bilinci, Türklük gücü Türkiyədə, Azərbaycanda öz mahiyyətindən, gücündən, ruhundan qopub çöküşə girdiyi, aşinmalara məruz qaldigi çağda, İranda, Güney Azərbaycanda yeni bir həyəcanla yüksəlməkdədir.
Qarşimızda 3 mənzərə var
1. Türksüz Azərbaycan.
( Türk adınin, kimliyinin rəsmi dövlət kimliyindən silinməsi).
2. Türksîz Türkiyə.
(Türk adinin dövlət kimliyindən silinməsinə çalışilmasi)
3. Türksüz İranda Türkluyun dirildilməsi yolu.
( Türk kimliyinin dövlət kimliyinə qayıdışina cəhd edilməsi)
Hər zaman yazdim, yenə yaziram.
Orta doğunu, Çindən başlayib Adriatik dənizində bitən böyük Turanı ABD-İzrail və Rusiya imperialist bölücü siyasətindən, basqilarindan qoruyacaq tək güc Türk millətidir.
Türkiyə- Azərbaycan- İran Türk İttifaqi – Üçlü ittifaq Orta doğunun, Avrasiyanin tək qurtuluşu, Türk-İslam sivilizasiyasinin bərpasinin tək yoludur.
Üçlü ittifaq isə Türk millətinə, Türk millətinin tarixi dövlət və mədəniyyət idarəetmə təcrübəsinə əsaslanaraq qurula bilər.
Türksüz Azərbaycan və Türksüz Türkiyə ilə heç bir ittifaq falan qurula bilməz. Türksuz siyasətlərin perspektivi yoxdur.
Bizim coğrafiyalarin, dövlətlərimizin liderlərinin 2 misyonu olmalidir.
1. Türk millətini yenidən kürəsəl siyasi oyunçu statusuna yüksəltmək. Türk Cahan imperatorluğu mefkuresi ile hereket etmek, siyaset yapmaq (100 ildir ki, İngilterə və Rusiya kürəsəl siyasi oyunçuluq statusunu Türk millətinin əlindən almışdır)
2. Türk -Turan, Türk-İslam sivilizasiyasini qurmaq.
Türkçüluk yalniz Türklər üçün deyil, Orta dogu və Avrasiya xalqlari üçün də tək qurtuluş çarəsidir.
Orta doğu və Avrasiya xalqlarini Bati və Rus imperializmindən qoruyan tek güc Türk millətidir. Min illər boyu biz bu coğrafiyalari, xalqlari Xaçli savaşlarindan, imperializmindən qorumuşuq. Biz sivilizasiya qurmuşuq.
Türk Bati və Rus imperializminə dirənişin adıdır.
Yasəmən Qaraqoyunlu
Share this content:



Yorum gönder