Şimdi yükleniyor

Yasəmən Qaraqoyunlu: Azərbaycanın XX əsr tarixinin özeti

 

1-ci yazi

Bu sənin tarixindir Azərbaycan türkü.

Yazmayim deyirəm. Onsuz da düşmənlərim çoxdur, özümü hədəfə gətirməyim deyirəm.Amma əlimdə deyil. Bu millətə ağlayiram. Bu millətin başina nələr gətirildi nələr. Dözmürəm. Dözə bilmirəm. Susa bilmirəm. Gerçəklər içimdə vulkan kimi püskürür. Hayqirmaq istəyirəm.

Azərbaycanda Sentrokaspi hökümetleri

1. 1918- Lenin ve Şaumyan liderliyinde rus, erməni bolşevik- daşnaq hökümeti. Türk, Türkiyə düşməni.

2. 1920-1988- Pankratov-Nərimanov- Stalin liderliyinde başlanir- 1988 de A.Mütellibovla bitir. Rus-erməni kismopolit sosialist hökümeti. Türk, Türkiyə düşməni.

3. 1993- SSRİ-nin dağilmasindan sonra, 2 Qarabağ savaşina qədər, ateist, kosmopolit, sosialist, Rusiyaya bagli, KKB- Partnomenklatura hökümeti. Rus-erməni-kürd höküməti.
Türk, Türkiyə düşməni.

Bu Sentrokaspi hökümetləri Azərbaycana, Türk millətinə soyqirim yaşatdı, divan tutdu, sürğuň yaşatdi, köç yaşatdi. Acliq, səfalət yaşatdi. Anamizi ağlar qoydular.

Her üç Sentrokaspi hökümetinin milli qırğinlar törətmə və Türk Milli iradəsinə qarşı repressiya həyata keçirmə tarixi var. Bu tarixləri yaxşi öyrən arkadaş. Öyrən ki, kimin kim olduğunu biləsən.

Bu gün Azərbaycanın sərvətləri, gəlirləri bu 3- cü Sentrokaspi hökümətinin, cəmi 150 min KKB- Partnomenklatura ailəsinin əlində cəmləşib. 30 ildir ki, sərvətlər, gəlirlər, güc bu dar çevrənin, bu ailələrin, qudalarin əlindədir. Bizlər isə ac- yalavac, evsiz, eşiksiz, yoxsul, dilənçi buraxildiq. 30 ildir ki, planli şəkildə milli gəlirlərdən uzaq tutulduq, dövlətdən uzaq tutulduq.

Soruş, sorğula arkadaş, necə olur ki, 10 milyon əhali 150 min ailənin əsirinə çevrilib. Necə olur ki, 150 min ailə 10 milyonu ac- yalavac buraxir, bütün sərvətləri mənimsəyib əlində tutur, milyonlala insani qorxu içində idarə edə bilir?

30 ildir ki, KKB- Partnomenklatura təbəqəsi bizə rəhbərlik etdi, 30 il nazir, 30 il direktor, 30 il deputat, 30 il icra hakimi oldular. Bizi, istiqlalçıları “dövlətçilik düşmənləri” elan etdilər, bizə bütün mənalarda divan tutdular arkadaş.

1-ci və 2 -ci Sentrokaspi hökümetleri dövründəki türk-müsəlmanları, millətçiləri, istiqlalçiları, türk milletini “xalq düşməni” elan edib öldurdüler, bizə milli qırğınlar yaşatdilar, bizi ise, istiqlalçilari isə 3-cü sentrokaspi hökümeti dövründe ”dövletçilik düşmeni” elan edib öldürdüler, süründürdülər. Bizi Diri diri öldürdüler arkadaş. Yenə üzə duranlar, yalakalar, danosçular gece ğundüz iş başindadir. Bizi şərləyirlər, şantaj edirlər, sıxiştirirlar, qovurlar, möhtac buraxirlar. Başima gəlməyən qalmadi. Vətən talandi, hər şeyimiz çalındı.

Hansı tarixi yaşayırsan, kimlərlə üz-üzəsən bil, arkadaş.

Azerbaycanın son 100 ilində Türk milletinin 2 dövləti olmuşdu.
1. 1918- 20. Azərbaycan Xalq Cümhuriyyəti
2. 1993- Ə. Elçibəy Xalq hökümətı

Sentrokaspi hökümətləri, Rus-erməni-kürd hökümətləri Türk millətindən, bizdən İstiqlalimizin qisasini aldilar. Səndən aldîlar, məndən aldılar…

Yasəmən Qaraqoyunlu.

2- ci yazi

Demədi deməyin

YAP- quranlarin 80 faizi- keçmiş Rus-sovet partnomenklatura təmsilçiləri – R.Mehdiyevlə eyni ideoloji-siyasi görüşlərə sahibdir. YAP- dan bunlari təmizləsən YAP qalmaz!

Asıl sorun YAP, YAP zehniyyeti.

Üzünüzü AXC – yə çevirməyin. AXC- azadliq hərəkatindan gələn, xalqın içindən çixan bir təşkilatdir. Xalqın təşkilatidir. O üzdən partnomenklatura daim bu təşkilati hədəfə almışdir (hərçənd içlərində Qərb imperializminin oyuncaqlari da var. Nə fərqi var e, Moskva və ya Vaşinqton, London. İkisi də eynidir. İngilis imperializmi ile Rus imperializmi- ikisi də öldürücüdür. İkisi də Türk-İslam sivilizasiyasinin düşmənləridir.

Milli dövlətçilik anlayışi həm Moskvaya həm də Vaşinqtona, Londona bağli siyasi iradeni redd edir)

YAP- nı isə mərkəzi Moskva olan keçmiş Rus- sovet partnomenklatura təbəqəsi qurdu. İndi Azərbaycanin bütün sərvətləri rus-sovet nomenklatirasinin əlində cəmləşib. Ölkədə Hər şeyin sahibi onlardir. Xalq isə sərvətlərdən, milli gəlirlərdən, öz dövlətində siyasi iştirakçilqdan məhrum edildi.

Rusiyanin Azərbaycanda 3 höküməti olub. Üçü də Azərbaycana divan tutub.

1.1918- de Şaumyan rəhbərliyində Sentrokaspi hökümeti

2. 1920- de Nerimanov rehberliyinde Stalin- Orconikidze- Pankratov hökümeti. 70 il davam etdi.

4. 1995- den günümüzəcən davam edən YAP Rus- sovet partnomenklatura höküməti. R. Mehdiyev. R. Mehdiyev partnomenklatura elitasini uğurla idarə etdi, dövlətimizi onlara təslim etdi, sovet partnomenklaturasini güclendirdi və Azərbaycana hakim etdi. Azərbaycan sömürüldü, xalq sömürgə qurbani oldu, qul oldu.

Elçibəy höküməti devrildikdən sonra, Rus- sovet- KKB partnomenklatura hakimiyyəti bərpa olundu. Sovet Azərbaycani bərpa edildi. Stalinizm dirildildi. Azadliq hərəkatina qarşi, Xalq hərəkatina qarşi sistemstik savaş başladildi. Cəmiyyət şəxsiyyətsizləşdirildi, Xalqin iradəsi sındırildi…

Sovet partnomenklatura elitasi- akademikler, professorlar, KKB kadrolari, memurlar, yüzler, minler hakimiyəti ələ keçirərək Azərbaycani soydu, taladi.
Xalq isə əzilmiş, mağdur. Öz dövlətində təmsil olunmayan qul!

İ.Əliyev Azərbaycan dövlətini milliləşdirmek istəyirsə, YAP -i dəyişməlidir, yeniləməlidir, milliləşdirməlidir, ya da özünə yeni bir partiya qurmalidir. R. Mehdiyevin dayaqlari YAP-dir.

Biz son 30 ildə keçmiş Rus- Sovet partnomenklatura hakimiyəti altinda olduq. Onlar bizə, millətimizə divan tutdular. İndi dostlarimiz Azərbaycanda Tərtər işkəncelerindən danişirlar, mən isə deyirəm ki, Tərtər işgəncəsi 30 ildə hər yerdə, həyatin hər sahəsində, hər gun davam etmişdir. Orduda, təhsildə, səhiyyədə, iqtisadiyatda…hər sahədə. Məqsəd Türk millətini çöktürmək, dövlət olmağa qoymamaq, sərvətlərini mənimsemek idi.

Tarix tarixdir.

Qorxuram hər şeyi dəqiq yaza bilmirəm. Çox mövzuların üstündən keçirəm. Qorxuram!

Gələcək 50 ildə isə tarix hər kəsi ilmə ilmə yerinə qoyacaq. Tarix heç kəsə güzəşt etmir.

Qalib prezidentin ikinci bir savaşi başlanmalidir. Ona bu savaşda da qələbə arzulayiram.
Bu savaş Qarabağ savaşindan da təhlükəlidir. Bu savaş içimizdəki ermənilərlə, düşmənlərlə savaşdir.

Prezident Dövləti millileşdirmelidir. Keçmiş Rus Sovet partnomenklatura elitasini dövlətdən, parlamentdən təmizləməlidir.

Qoy Türk millətinin dövləti Türk millətinin olsun. Türk millətinin iradəsini təmsil etsin, uca Türk millətinə layiq olsun.

Dövlətimiz Şanimizdir!

Yasəmən Qaraqoyunlu

Share this content:

Yorum gönder