KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
461 0

Xocalı, Babı-Yar, Osventsim, Xatın, Buhenvald soyqırımları – XX əsrin ən qanlı qırğınları kimi tarixə həkk olunub.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı adında Azərbaycan şəhəri erməni qəsbkarları tərəfindən yer üzündən silindi və 613 insan vəhşicəsinə məhv edildi. Bu cinayət təkcə Azərbaycana qarşı yox, müsəlman dünyasına qarşı olan vandalizm aktı idi. Aradan 25 il keçsə də, Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş bu faciə yenə ürəkləri göynədir, insanlarınızı qısasa çağırır. Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir və beynəlxalq ictimaiyyət bu barədə ətraflı məlumata malik olmalı və dünya birliyi bu soyqırıma siyasi-hüquqi qiymət verməlidir.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis “Xocalı soyqırımı Günü” haqqında qərar qəbul etmiş, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağırmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın bir sıra dövlətləri, Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatı Xocalı soyqırımını rəsmi olaraq tanımışdır. 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb.
Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələr paytaxtlarında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib və keçirilir. “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın xətti ilə Xocalı soyqırımının dünyaya tanıtdırılmasında çox önəmli işlər görülüb və bu iş intensiv şəkildə davam etdirilir.
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevin də iştirakı ilə keçirilən ümümxalq yürüşü Xocalı soyqırım ilə bağlı Azəbaycanın həyata keçirildiyi tədbirlərin zirvə nöqtəsi hesab etmək olar.
Xocalı hər zamanı ürəyinizdədir, onu heç zaman unutmayacağıq və bu faciəni dünyaya tanıtmaq kimi müqəddəs işi davam etdirib, işğal altındakı torpaqlarınızı azad edəcəyik, şəhidlərimizin qanını yerdə qoymayacağıq. O gün uzaqda deyil.
2016-ci ilin aprel döyüşləri, Lələtəpədəki Qələbə buna bir daha əsas verir.
Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir