İran’da olan ne? Kürtler yeniden savaşa mı başladı?

Վազգեն Մանուկյանը: «Պետք է պատրաստ լինել կայծակնային արագությամբ, ապստամբելով վերցնել իշխանություն»

İsrail Suriye’de İran’ı hedef alıyor

Ramiya Mamedova: İran bölgədə sülh ölkəsi olmaq niyyətindədir?

Xanımıma bu vəzifəni təklif etdikdə sevinclə qarşılamamışdı”

Azerbaycan 22 Ekim 2020
183
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var”.

“Qafqazinfo”nun xəbərinə görə, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı jurnalistə bildirib ki, küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilər:

“O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir”.

Yorumlar