ABD-TALİBAN MÜZAKERELERİ SONUÇ VERECEK Mİ?

Haşdi Şabi ve Hizbullah

Abhazya Cumhurbaşkanı Adayı Kendisinin Zehirlendiğini İddia Ediyor

21 мая 1864 года, или сохранится ли Российская Федерация

Vyanada masaya konkret planlar gələcək

Azerbaycan, Ermenistan 28 Mart 2019
29

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra münaqişənin dinc yolla həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Ehtimal olunurdu ki, Ermənistanın yeni rəhbərliyi münaqişəyə yanaşmanı dəyişdirəcək və beynəlxalq hüququn prinsiplərinə uyğun bir mövqe nümayiş etdirəcək. Ancaq təəssüf ki, Paşinyanın ilk açıqlama və addımları buna uyğun olmadı. Mən xüsusən onun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərlərini, orada Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsini və sair addımları nəzərdə tuturam. Amma ümidlər hələ tükənməyib.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı deyib.

O qeyd edib ki, bundan əvvəl həmsədrlərin vasitəçiliyi ilə keçirilən qısamüddətli görüşlər var idi, bu görüşlərin biri nisbətən daha uzunmüddətli olmuşdu:

“İndi daha geniş bir görüş nəzərdə tutulur. Ehtimal olunur ki, bu görüşlərdə müzakirə masasına konkret planlar qoyulacaq. Bu, gözləniləndir. Mənim gözləntim odur ki, bu, görüş xatirinə görüş deyil. Burada masaya konkret planlar gələcək. Amma bu planların reallaşmasına ümidim azdır. Təəssüf ki, Ermənistandakı ümumi ictimai-siyasi mühit, eləcə də regional şərtlər buna tam uyğun deyil. Nikol Paşinyanın ürəyini bilmirik. Bəlkə onun da ürəyindən keçir ki, münaqişə həllini tapsın. Bilirik ki, münaqişədən sadəcə əraziləri işğal altında qalan Azərbaycan yox, Ermənistan, bütövlükdə region zərər görür. Yəni, Ermənistanda da yəqin kimlərsə münaqişənin indiki vəziyyətdə qalmasının hansı fəlakətli nəticələrə səbəb olduğunu bilirlər. Ancaq təəssüf ki, münaqişənin taleyində rol təkcə Azərbaycana və Ermənistana aid deyil. Daha təəssüf doğuran hal odur ki, Ermənistanın iradəsi özündə deyil. Yəni, özü ilə bağlı qərarları qəbul etmək iradəsinə sahib deyil. O iradəyə sahib olsaydı, Azərbaycan və Ermənistan ortaq yol tapıb münaqişəni dinc yolla həll edə bilərdilər. Təkrar edirəm; məncə, müzakirə masasına hansısa təkliflər gələcək, tərəflərin müzakirə etməsi üçün hansısa konkret məqamlar təklif olunacaq. Amma bunun müsbət yekunlaşma ehtimalını zəif qiymətləndirirəm”.

A.Aslanlı əlavə edib ki, Ermənistanın əl atdığı taktikalardan da biz bunu görürük:

“Ermənistan münaqişənin həlli məsələsində nə vaxt sıxışırsa, o vaxt da çıxış yolu axtarır. Bunu ya cəbhədə gərginliyi artıraraq, ya fövqəladə bir hadisə törədərək edir. Məsələn, Qarakənd faciəsi bunun başlanğıcı olmuşdu. Yəni, Nazarbayevlə Yeltsin bir proses başladanda Qarakənd səmasında o faciə baş vermişdi. İranın vasitəçiliyi ilə atəşkəs sazişinə dair danışıqlar başlananda Xocalı soyqırımı yaşanmışdı. Yenə İranın vasitəçiliyi ilə atəşkəs imzalananda Şuşa işğal olundu və sair. Dəfələrə belə hallar olub”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə martın 29-da Vyanada görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Yorumlar