İdlip Olayı Nasıl İncelenmeli -II-

США ввели санкции против Китая

İdlib Mutabakatı Oyunları Bozdu…

PKK destekçisi Avusturyalı gazeteci Max Zirngast neden tutuklandı?

Vaşinqton Rusiyanın Xəzərdəki fəallığından narahatdır

Rusya 10 Aralık 2016
392

Barak Obama administrasiyasının ömrünə ay yarım vaxt qalsa da, Dövlət Departamenti müxtəlif iqtiqamətlərdə fəallığını azaltmır. Yeni prezident Donald Tramp Barak Obamadan fərqli siyasət aparacağını bildirib. Bu o deməkdir ki, Dövlət Departamentinin hədəfləri dəyişə bilər. Məsələn, Tramp deyib ki, onun prezidentliyi dövründə ABŞ başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Bu o deməkdirmi ki, Trampın prezidentliyi dövründə Amerika üçün hər zaman həssas olan insan haqları və demokratiya mövzuları arxa plana keçəcək? Keçəcəksə, demək Amerikanın xarici siyasətindəki əsas prioritetlərdən biri dəyişəcək.
Bu arada, Dövlət Departamentinin xətti ilə Azərbaycana səfər edən amerikalı diplomatların sayı artıb. Dekabrın 6-da Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun enerji diplomatiyası ofisinin direktoru Uilyam Silkvort Azərbaycana səfər etdi. Bakıdakı görüşlərdə əsas müzakirə mövzularından biri TAP və TANAP layihələri oldu.
Rəsmi Bakı bu iki layihənin reallaşmasında Vaşinqtonun verdiyi dəstəkdən məmnundur. Türkiyə ilə Rusiyanın “türk axını” layihəsində razılaşması Avropanın qaz bazarı uğrunda rəqabəti gücləndirəcək. ABŞ və Avropa İttifaqı daha çox Azərbaycan qazının ixracında maraqlıdırlar. Ancaq Rusiya tələsir və “türk axını” layihəsini TAP və TANAP-dan əvvəl istismara buraxmaq istəyir. Ona görə də belə bir məqamda rəsmi Bakının Vaşinqtonun dəstəyinə daha çox ehtiyacı var. Vaşinqton Avropa İttifaqı ölkələri daha sıx dialoq aparmalıdır ki, bu dövlətlər ilk növbədə Azərbaycan qazını alsınlar. Rəsmi Bakının Donald Tramp administrasiyasının da enerji məsələlərində Azərbaycana dəstəyini davam etdirməsini arzulayır.
ABŞ-ın hazırki administrasiyası Rusiyanın Cənubi Qafqazda fəallaşmasından da narahatdır. Məsələn, ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Rusiyanın Aralıq və Xəzər dənizlərində hərbi fəallığı artmaqdadır və Amerika bundan narahatdır. Nazir, həmçinin “Rusiya ABŞ üçün bir nömrəli təhlükə mənbəyidir” fikrini səsləndirib.
Rusiyanın Xəzərdə hərbi fəallığını artırmaqda iki məqsədi var:
Birinci məqsəd odur ki, Rusiyanın Xəzərdəki hərbi dəniz qüvvələri lider olmalıdır və bütün sahilyanı dövlətlər bu faktorla hesablaşmalıdırlar.
İkinci məqsəd isə odur ki, Rusiya sahil dövlətlərini Xəzərdə birgə hərbi təlimlərə və əməkdaşlığa cəlb etmək istəyir ki, bu dövlətlər ABŞ-ın Xəzərdə mümkün fəallığına imkan verməsinlər.
Kremlin Xəzərdəki bu iki məqsədi Vaşinqtonu narahat edir. Ancaq Vaşinqtonun bu prosesə mane olmaq üçün əlində alətləri yoxdur. Donald Tramp administrasiyası Rusiyanın Xəzərdəki hərbi fəallığını artırmasına isə ümumiyyətlə əhəmiyyət verməyə bilər.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar