Vasif Ismayıl: Etnik kimlik əziklik səbəbi olmamalıdır
İndiki İsrail-İran müharibəsi sırasında İran xalqı ilə həmrəylik yazıma gələn yüngül etirazları incələdim. Qarşı çıxan, inciklik bildirən bütün şərhlərin etnik kimlik üzərindən olduğunu düşünürəm.
Nədənsə, talışlar canfəşanlıq elədilər. Bəzi təhqirləri də mən, heç nə demədən paylaşım sahibləri özləri sildilər.
Anlamıram, qardaş, talış irandilli xalqdır, farslarla həmrəylik hiss etməkləri tamamilə normaldır. Bunu niyə açıq demirsiniz ki?! Dediklərimə qarşı çıxmaq üçün mürəkkəb fikir kombinasiyalarına nə ehtiyac var? Mən, türk olaraq buradan 3 000 km uzaqlıqda yaşayan yakuta necə simpatiya bəsləyirəmsə, sizin də farsa, qapı qonşumuz farsa simpatiya bəsləməyə haqqınız var…. Yahu, mənim türk olaraq farsa simpatiyam var. Məni çoxdan tanıyanlar bilirlər, kefim kök olanda farsca şeir zümzümə edə bilərəm, çox yaxın dostlarıma ancaq farsca avaz dinlədə bilərəm…
Bu arada, coğrafiyamızın tək irani dili farsca da deyil aaaaa… Məsələn Nizami Atabəylərin sifarişi üzrə dari dilində yazıb bütün əsərlərini – farsca deyil.
Qardaş, talışsan, denən ki, talış olduğum üçün və ya başqa hansısa səbəblə özümü iranlılar deyil, məhz farslarla həmrəy hiss edirəm… Bunda ayıb heç nə yoxdur ki?!
Bəli, bizim dövləti Oğuz qəbilələri qurdular. Belə baxanda mən də ata xəttindən heç Oğuz deyiləm. Atam Qırmızısaqqal obasındandır. Goranboyun Tap-Qaraqoyunlu, Tərtərin Borsunlu kəndləri bunu yaxşı bilirlər. Bizim ailə Molla İsmayılın nəslindəndir… Ailənin nümayəndələri əsasən Tovuzda İnçə dərəsində, Tərtərdə də ….İnçə dərəsində yaşayırlar… Bir də Tovuzun Öysüzlərində.
İstər talış ol, istər ləzgi, istər kürd, istər tat, istər avar, istər…..72 xalq sayaram….hamısı Azərbaycanımındır… Hamısı azərbaycanlıdır. Rusu da, ukraynalısı da, tatarı da, yəhudisi də….
İran niyə yəhudilərə düşməndir, onu da anlamıram. Ay qardaş, Azərbaycan yəhudilərinin dili juhurodur…. Bildiyin tatcadır. O qədər juhuro dilində Segah dinləmişəm. Onlar Segahı daha yaxşı oxuyurlar.
Mənim dediklərimə etiraz edənlərin etnik kimliyinə deyil, əzikliyinə qarşıyam. Şuşada bizim əsgərin postunda Dik dur, sən, Azərbaycan əsgərisən deyə yazı oxumuşdum.
Azərbaycanlı, etnik olaraq 72 xalqa mənsub ola bilərsən, dik dur, sən, azərbaycanlısan!
Share this content:
Yorum gönder